Vesperanın telefonda gördüyüyü mənzərə qarşısında lap çaşıb qaldı. O, nə reaksiya verəcəyini bilmədi ilk öncə. Çəkinərək facebook tətbiqini açdı və dostluq atılan hissəyə toxundu. Yox, gördüyü həqiqət idi. 2 dəqiqə öncə Atayev Altay adlı hesapın sahibi ona dostluq istəyi atmışdı. Bir anlıq bunun yenə yuxu olduğunu düşünüb " Lənət sənə, kor şeytan " deyib, profilinə giriş etdi. Onun nəzərini ilk Altayın profil şəkli çəkdi. Profilində öz şəkli var idi çox "aesthetic" bir şəkil olduğunu düşündü və diqqətlə incələməyə başladı. Gözlərinə baxdı ilk öncə. Gözlərində dərin məna var idi... Sanki, yaşıl gözləri altında bütün hüznü yatmışdı. Necə dərin...necə hüzünlü...Sonra burnuna baxdı. Bir kişiyə görə burnu çox biçimli və balaca idi. Vespera onun, bu qüsursuzluğunu qısqanmadı deyil. Ən son, dolğun dodaqlarını incələməyə başladı. Anlıq ağlına gördüyü yuxu gəldi. Şəkil ilə yuxusu paralel şəkildə beynini əsir almışdı. Bu normal deyildi. Altay, onun müəllimi idi və Vespera onu cəmi 1 saat 30 dəqiqə görmüşdü. Ona yad olan hissin adını qoya bilmirdi...Dostluğunu qəbul etdi və profilindəki paylaşımlarını incələməyə başlaqdı. Aktiv facebook istifadəçisi olduğunu gördü.
Altay çox zaman düşüncələrini, kitab və yaxud filmlərdən alıntıları, gəzdiyi yerlərdən paylaşım etməyi sevirdi. Bugün paylaşımı Vesperanın da diqqətini çəkdi. Belə deyilirdi ;
"Həyatımda ilk dəfədir ki bugün yaşamadığım hissi yaşadım. Yadlıq və doğmalıq hissini bir insanın ruhunda gördüm. Ən qəribəsi də odur ki, o insanın üzünü bir dəfə də olsun görməmişdim, amma ruhunu tanıdım 🌃⭐"
Vespera, dəfələrlə oxudu Altayın yazısını. Onun dilə gətirə bilmədiyi hissləri, Altay yazıyla ifadə etmişdi. Telefonu bir kənara qoydu və yatağında öz yerini möhkəmləyib, uzandı. Heç bir şey düşünmək istəmirdi. Sadəcə yatmaq və bu gün yaşadığı hisslərin yersiz və gərəksiz, sadəcə bilinçaltının oynadığı bir oyun olduğunu düşündü. Az bir vaxt ərzində yaşadığı bu hisslərin, gördüyü yuxu ilə əlaqəli olduğunu düşündü. Səhər bu olanları unutmalı idi axı, Altay müəllimin dərsi var idi... O, dostluq istəyini qəbul edib, telefonu bir kənara qoydu və yuxuya getməyə çalışdı.
Altay, gecənin qaranlığında " AynaBandin - O gözlər " mahnısı ilə Bulvarda gəzərək, düşüncələrə qərq olmuşdu. Bugün ADRA universitetində, ilk iş günü idi. Bu işi istəyirdi mi ? Yox. Sadəcə məcburiyyətdən bu işdə işləməliydi. 2 ay öncə ADRA universitetinin rektoru, Altayın rəsm sərgisində olmuş və çəkdiyi rəsmləri çox bəyənmişdi. Əslində, hər bir insan çox çalışsa əgər rəsm çəkə bilər, amma rəsmi hiss edərək çəkmək, rəsmlərdə insanın daxilini göstərmək, nə hiss etdiyini qarşı tərəfə ötürməyi hər rəssam edə bilmir. O Bunu Altayda görmüş, elə ordaca Altaya iş təklifi etmişdir. Altay, təbii ki, müəllimin onu bəyənməsi qürurunu oxşamışdı ancaq universitetdə işləmək ona görə deyildi. Onun düşüncəsinə görə incəsənət, insanlardan uzaqlaşaraq, daxili aləminlə baş-başa qalıb, duyularaq, hiss edilərək ərsəyə gətirilməlidir. Birinə, "fırçanı düz tut, rəsmi belə çək " demək olmazdı . İncəsənət ruhdan gəlir, onu öyrətmirlər. Lakin, Altay bu təklif üzərində fikirləşməli və düzgün qərar verməli idi. Ailəsindən ayrı yaşamağa qərar verdikdən sonra, artıq onun üçün yaşamaq daha çətin idi. Onun yaşamaq üçün pula, boyalara və fırçaya ehtiyacı var idi. Son iş yerindən çıxdıqdan sonra maddi sıxıntılar yaşayırdı. Edilən təklifi düşünmək qərarına gəldi. "Yaşamaq üçün" bəzən insan istəmədiyi həyatı yaşamaq məcburiyyətində qalır. Sərgidən 3 gün sonra, Altay orada işləmək qərarına gəlir və rektorla danışır və sənədlərini hazırlayır...
İlk gününün ağırlığını və mənasızlığını üzərindən ata bilmirdi. O, dərin düşüncələr içində idi. İstəmədiyi iş, istəmədiyi həyat və yaşama dair həvəssizlik...
"Bura aid deyiləm axı mən" dedi.
Bir an dayandı və dənizin sonsuzluğuna baxaraq, öz- özünə; " Mən heç vaxt bir yerə aid olmamışam " dedi.
"Aidiyyatsızlıq" hissi - görünməzlikdir. İnsanlar içində nəfəs alırsan, amma yaşamırsan. İllərdir ki, mən yaşamırdım axı...
Altay, saata baxdı saat artıq evə getmə zamanı gəlmişdi, nəfəsini dərib yola rəvan oldu.
Altay evə gəldi və divardakı saata baxdı. Saat 23:47 göstərirdi. Ev balaca olsa da iki mərtəbəli idi. Qapıdan girən kimi, divan, stol- stul və salona lazım olacaq əşyalar var idi. Evə daxil olan zaman, insanı ilk cəlb edən, Altayın çəkdiyi rəsmlər, portrelər, boya və fırçalar idi. Divarın sol küncündə isə, kitab rəfi var idi. Gənc müəllim, məktəb vaxtlarından oxumağı bir vərdiş etmiş, bir ay ərzində iki kitab bitirir ,kitabxanasına əlavə edir və bundan böyük zövq alırdı. O, duş alıb, kitab oxumaq qərarına gəldi.
15 dəqiqəlik soyuq duş aldıqdan sonra, kitab rəfindən kitab seçməyə başladı. Uzun zamandır alıb, oxumadığı "Paulo Coelhonun - Kimyagər " əsərini götürmək istədi , lakin onun yanındakı "Franz Kafkanın - Milenaya məktublar " kitabını gördü və fikrini dəyişdi. Bugün dərs dediyi qrupdakı Vesperanı xatırladı. Gülümsədi. Vespera, Altayın diqqətini çəkmişdi. Kitabı götürüb, ikinci mərtəbəki tək otaq olan - yataq otağına qalxdı və yatağına uzanıb, çəkməcədən eynəyini götürdü. Eynəyini taxıb, kitabı vərəqləməyə başladı. O, bu kitabı dörd dəfə bitirib, qeydlərini etmişdi. 36- cı səhifədə altından xətt çəkdiyi -
" Nə yazacağımı bilirəm , sadəcə, gözlərinin işığında sanki gözəl və xoşbəxt olan dodaqlarının nəfəsində sətirlər arasında gəzişirəm "
cümləsinə nəzər yetirdi. Öz- özünə " Görəsən, Vespera bu yazıları hiss edərək oxuyub, yoxsa kitabı bitirmək xətrinə.? "
Sonra "Axı, mənə nə? " deyib, kitabı kənara qoydu, telefonu əlinə aldı. Bugün Facebooka girmədiyinin fərqinə varıb ora girdi. ADRA- nın facebook səhifəsinə daxil oldu və orda paylaşılan alboma daxil oldu. Tələbələrin çəkdiyi rəsmləri incələməyə başladı. Diqqətini 2 portre çəkdi. Hər iksində də o, rəsmdəki ruhu hiss edirdi, sanki portre danışırdı.
Rəsmi incələdi biraz. Sonra isə ən altda yazılan "Vespera Petridis" yazıldığını gördü. Bir anlıq dayandı - "Axı bu qızı niyə özümə yaxın hiss edirəm. Etdiyim hər bir hərəkətdə,ağlıma o qız gəlib bugün."
Onu ilk gördüyüm anda həm yadlıq həm də doğmalıq hissini bir arada yaşadım...bəlkə də anlamsız bir yaxınlıq hiss etdim, lakin baxışları çox doğma idi...onu tanımadan axı, necə ruhunu tanıyırmışammış kimi hiss yarandı. Nə olacağını düşünmədən, o, Vesperaya dostluq istəyi göndərdi ardından isə, belə bir post paylaşdı..
"Həyatımda ilk dəfədir ki bugün yaşamadığım hissi yaşadım. Yadlıq və doğmalıq hissini bir insanın ruhunda gördüm. Ən qəribəsi də odur ki, o insanın üzünü bir dəfə də olsun görməmişdim, amma ruhunu tanıdım 🌃⭐"
Telefonu kənara qoyub, kitabını oxumağa başladı. Telefonun bildirim səsi ilə o kitabdan ayrılıb, bildirimin facebookdan gəldiyini gördü. Vespera onun istəyini qəbul etmişdi. O, səhifəni incələməyə başladı.
İlk öncə profil şəklinə baxdı. Həqiqətən gözəl qız idi. Yunan tanrıçasını andıran saçları, cizgiləri və cazibəsi var idi.
Paylaşımlarına göz gəzdirmək istədi ilk öncə, lakin öz-özünə " Nə etməyə çalışırsan, Altay? " deyib, telefonu söndürdü və yatmağa çalışdı. Səhər yorğun və sıxıcı gün onu gözləyirdi....