1. Bölüm

5
40
14
Çox yorulmuşdu. Alnındakı təri sildikdən sonra geri qayıtmaq haqqında düşünməyə başladı. Ancaq nədənsə fikrini dəyişib, günəşib batışını seyr etdi. Bu mənzərəni yüzlərcə dəfə çəkmiş, sayını unutduğu qədər də izləmişdi, lakin yenə doymurdu, doya bilmirdi. Günəş dağların arxasında gözdən itənə qədər onu izləyir- hər dəfə də sevdiyi oğlanı savaşa yola salan qız kimi həyacanlanırdı. Bu dəfə də dəyişən heç nə olmadı. Günəş yox oldu, gizləndi.... hava qaralmadan qaldığı qəsəbəyə qayıtmalıydı. Onun üçün vaxt itirmədən yola düşdü. Böyük bir rəssamdı. Ölkəsi ilə yanaşı, dünyada da tanınır, rəsmləri ən bahalı salonları, sərgiləri bəzəyirdi. Ancaq o, yalnızlığı seçmişdi. Heç bir tədbirə qatılmır, verilən mükafatları qəbul etməyi də başqalarına həvalə edirdi. Işi- gücü dağ- daş demədən, dolaşıb çoxlu rəsmlər çəkmədi. Uzun və yorucu keçən bir ömürdən sonra bu dünyadan istəyəcəyi heç nə qalmamışdı. Bütün arzuları, xəyalları gec də olsa həqiqətə çevrilmiş, daha sonra o, özü onlardan əl çəkmişdi. Həyata aid silə bilmədiyi bircə, yaratmaq arzusu qalmışdı, geriyə. Onun üçün gəzir və dayanmadan çəkirdi. Getdiyi yerlərdə onu tanımırdılar, daha doğrusu o, özünü tanıtmırdı. Yorulmuşdu, saxta alıqşlardan, iki üzlü insanlardan... yorulmuşdu, bu həyata aid nə varsa.... varlı biriydi, ancaq bu pulu nə etsin, hara xərcləsin... şöhrət ona qırx yaşında gəldi, indi isə altmışı keçirmişdi. Tanınmağa başlayanda artıq bütün sevdiklərini itirmiş, bütün arzularının üstündən xətt çəkmişdi. Sonra birdən birə nə oldu, bilmədi. Bir sabah gözlərini açanda hər kəs ondan danışırdı. Beləliklə o, indi üzünə kimsənin baxmadığı axmaq Zaur deyil də, hər kəsin tanıyıb, sevdiyi böyük rəssam Zaur müəllimdi. Onun haqqında bir söz də yazmayan saytlar, qəzetlər birdən birə bütün əsas xəbərlərini ondan yazırdı. Ancaq o, bu kirli dünyaya daxil olmadı. Heç bir tvdə görünmədi, jurnalistlərdən uzaq qaçdı. Çox vaxt onun haralarda olduğunu heç kim bilmirdi. Hər kəsin tanıdığı, lakin heç kəsin ulaşa bilmədiyi bir sirrə çevrilmişdi. Rəsmlərini poçt vasitəsi ilə sərgilərə göndərir, pulunu da elə eyni qaydada alırdı. Günü gündən şöhrəti artdı, rəsmləri böyük qiymətlərə satılırdı.... o, isə ancaq səyahət edib, rəsmlər çəkməklə məşğuldu. Indi onun elektron ünvanına yüzlərlə eşq məktubu gəlir, bir- birindən gözəl xanımlar onu yaxından tanımaq istədiklərini söyləyirdi. Lakin o, tənhalığı seçmişdi. Otuz yaşı olardı, onda.. dənizin sahilində dayanıb sevdiyi qızı gözləyirdi. Günəşin batmağına az qalmışdı. Düşünürdü ki, günəş batarkən, - onunla evlənmək istədiyini söyləsin. Bir neçə ildi, tanıyırdılar bir- birilərini. Zaurun rəssamlığa olan sevgisinin ucbatından evlənə bilmirdilər.. nəhayət qərarını vermişdi, sevdiyi qadın bütün arzularının üstündə idi. Onun üçün hər şeydən- hətta xəyallarından belə əl çəkə bilərdi. Bir- iki gün bundan öncə yaxşı bir yerdə işə girsə də, bunu qıza deməmişdi. Fikirləşirdi ki, evlilik təklifindən sonra həm rəssamlıqdan əl çəkdiyini, həm də gözəl bir işə girdiyini söyləsin. Həyacandan dəniz kimi dalğalanır, qağayılar kimi fəryad qoparırdı sinəsində- ürəyi. Bir qədər sonra uzaqdan qız göründü. Yavaş- yavaş ona yaxınlaşdıqca ürəyindən birlikdə yaşayacaqları bir ömrün rəsmi keçdi. Necə gözəl olacaqdı- sevdiyi insan üçün yaşamaq, bir ömür sevilmək.... uşaqların adına qədər düşünmüşdü. Sonra bu fikrindən daşındı. Qoy, adı anaları seçsin. Və qız indi yanında dayanmışdı. Günəş buludları qırmızımtıl rəngə boyasa da, özü ənənəvi rəngindəydi. Sevgi də günəş kimi deyildimi- deyə düşündü, hər insanı fərqli rəngə boyasa da, özü hər zaman eyni rəngdə olur.... sonra o, evlilik təklif etmək istərkən, qız ayrılmaq istədiyini dedi və sakitcə getdi. Günəşin batdığı tərəfə gedirdi. Günəş və qız eyni anda görünməz oldu. Sonra düz on ol gecə- gündüz demədən çalışdı, çoxlu şəkillər çəkdi. Qəsəbənin ətrafında çoxlu balaca kənd vardı. Onun üçün bu qəsəbədə balaca bir ev kirayəyə götürdü. Gündüzlər bu kəndləri gəzir, həm mənzərə,həm də canlı insan rəsmləri çəkirdi. Rəsmini çəkdiyi hər kəsin də haqqını verir, heç kimə borclu qalmırdı. Hətta haqqından da bir qədər artıq pul verirdi. Qəsəbədəki evinə dönərkən kəndlərn birinin içindən keçməli oldu. Günəş çoxdan son parçalarını da yer üzündən yığışdırmışdı. Qaranlıqda balaca bir evin yanından keçərkən ayaqlarını saxlamalı oldu. Evdən uşaq səsi gəlirdi. On yaşında bir uşaq yanıqlı- yanıqlı ağlayır, evdəkilərin bütün cəhdlərinə baxmayaraq sakitləşmirdi. Nə edəcəyini bilmirdi, ancaq nə qədər çalışsa da oradan uzaqlaşa bilmədi. Ürəyi orada qalmasını və uşağın niyə aladığını öyrənməsini istəyirdi ondan. Ürəyinə hər zaman məğlub olurdu, bu dəfə də dəyişən bir şey olmadı. Sakitcə qapını döydü. Bir neçə dəqiqədən sonra qapını yaşlı bir qadın açdı. Indi bu balaca daxmanın içində əyləmişdi. Bir otaqlı evdə əşiya demək olar ki, yox idi. Evin sakinləri yaşlı ər- arvad, bir də balaca nəvələri idi. Uşağın atası müharibədə həlak olmuş, anası isə başqa biri ilə qaçmışdı. Ancaq uşağı ağladan bunlardan heç biri deyildi, o, atasının rəsmini istəyirdi nənəsindən. Ancaq atasına aid evdə bir dənə də şəkil yoxdu. Bu eşidəndə yaralı və yaşlı ürəyində bir ağrı duydu. Bu ağrını heç nə ilə müqayisə etmək olmazdı. Bir təhər özünü ələ alıb, sakitləşdi. Ancaq gözlərinə mane ola bilmirdi- uşaq kimi ağlayan qəhvəyi gözlərinə. Onlara gecə vaxtı qonaq gələn bu babanın belə ağlaması uşağa çox maraqlı gəldi. Indi o, öz göz yaşını undub, rəssamın gözlərinə baxırdı. Nəhayət ki, ayağa qalxıb rəssam olduğunu və sabah atasının rəsmini çəkəcəyinə uşağa söz verdi. O qədər mehriban danışırdı ki, uşaq inandı, ona... və sakitcə yuxuya getdi. Indi, yuxuda atası müharibədən qayıdır, anasını ondan alan adamı döyürdü.... Balaca daxmadan çıxıb evinə necə getdiyini özü də bilmədi. Hələ də ağlayırdı. Uşağın arzusu, göz yaşları onun ürəyinə yaman toxunmuşdu. Əgər, bacarsa, bu həyatında çəkdiyi ən qiymətli şəkil olacaqdı. Bütün ömrə dəyəcək bir işi bacara bilməməkdən çox qorxurdu. Indiyə qədər çoxlu mənzərə və insan rəsmi çəkmişdi, lakin bu rəsmləri çəkərkən hər zaman görüklərini köçürürdü, kağız üzərinə bu dəfə isə görmədiyi birini çəkməliydi. Atası uşağın yadındadır, əgər şəkildəki atasına oxşamasa uşaq bunu anlayacaqdı. Uşaq atasını heç görməsəydi, nə vardı... gözəl bir kişi şəkli çək və de- bu sənin atandı. Ancaq bu yalan olardı və o, belə düşündüyü üçün özünə acıqlandı. Hə, Zaur bir uşağı aldadacaq qədər zəif birimi, olacaqdı.... bu işlə məşğul olan çoxlu rəssamlar vardı. Onların işi əsasən polis idarələrində cinayətkarların robot ərsmlərini çəkməkdi. Ancaq onların çəkdikləri şəkillər çox vaxt, o qədər də bənzəmirdi, çəkdikləri insanlara. O, isə əti ilə, qanı ilə, hətta üzündəki cizgilərlə canlı bir insan rəsmi çəkməliydi. Bir təhər evə gəlib, yatağına uzandı. Tez yatmalıydı, yatmalıydı ki, sabah güclü olsun.... bu düşüncələrlə yuxuya getdi... Sabah tezdən günəşlə birlikdə oyanıb, o kəndə doğru yola düşdü. Uşaq yerindən qalxanda onu qarşısında görməliydi. Bir an da olsa uşaq qəlbinin narahatlıq keçirməsini istəmirdi. Kəndə çatanda, yaşlı kişinin həyətdə işlədiyini gördü. Bir qədər onunla söhbət edib, birlikdə uşağın yuxudan oyanmasını gözlədi. Kişi oğlundan danışır, onu təsvir etməyə çalışırdı. Ancaq rəssam qadını dinləmək istəyirdi. Bir ana qədər övladını heç kim yaxşı tanıya bilməzdi. Uşaqlıqdan bəri başına sığal çəkə- çəkə böyütdüyü övladını ana çox gözəl təsvir edəcəkdi. Və uşaq yuxudan oyandı. Qarşısında dünənki babanı görəndə, az da olsa təəccüblənmədi. Çünki, dünən dediyi sözlərdən sonra, onun gəlcəyinə əmindi. Ana yavaş- yavaş oğlunu təsvir etməyə başladı. Ən kiçik cizgilərinə qədər xatırlayırdı övladını. Oğlan böyük maraqla rəssamın necə işlədiyini izləyirdi. Çəkilən hər fırçadan sonra, sanki atası bir az daha yaxınlaşırdı. Bir neçə saat davam edən gərgin əməkdən sonra, rəsm hazırdı və eyni ilə uşağın atasına bənzəyirdi. Uşağın o anki sevincini heç bir rəssam, yazıçı təsvi edə bilməzdi.... Yaşlı kişiyə bir qədər də pul verib, oradan uzaqlaşdı. Ürəyində illərdi tapamadığı rahatlığı tapmışdı. Yeriyərkən, sanki torpağa deyil də, buludlara toxunurdu ayaqları. Indi görəcək bir işi, çəkəcək bir şəkili qalmamışdı. Ilk dəfə bütövləşdiyini, bütün acılarının, əzablarının dindiyini hiss edirdi və eyni zamanda ölümə doğru addımladığını da hiss edirdi... Iki gün sonra bütün mətbuat Zaurun ölümündən danışırdı. Ölümündən sonra da unudulmadı, çünki unudulmaz əsərlər yaratmışdı. Lakin, bu böyük rəssamın ən böyük əsərini o ailədən başqa kimsə görmədi, onlar da bu rəsmi çəkənin böyük bir rəssam olduğu.... Onun çəkdiyi şəkillər böyük salonlarda izləyicilərin alqışını qazanır, lakin heç biri kasıb kəndli daxmasında, divardan asılan rəsm qədər gözəl yerdə deyil.... Tural Sahab
Okuduğunuz için teşekkürler.Bir hikayenin daha sonuna geldiniz.