İnsanlarımızda, xüsusilə də gənclərimizdə özünü cəmiyyətdə təsdiq etməyin yalnış yollarını görürük. Baxırsan, yoxsul ailədir özünü güclə dolandırır, xeyli maddi problemi var, amma şadlıq sarayında övladına dəbdəbəli toy edir istedadsız bir müğənnini toyuna gətirməklə özünü kimlərəsə göstərir. Yaxud baxırsan ki, əynindəki bütün pal- paltarın üts-üstə qiyməti əlli manatı keçməyən bir gənc əlindəki üç min manatlıq mobil telfonun gözə soxmağa çalışır. İnanın, bu tip insanların hamsının psixoloqa və ya psixiatora ehtiyacı var.