Elçin
Bütün qısa ömründə insan təpiyini ilk dəfə beləcə yeyən küçük quyruğunu
qısıb zingildəyə-zingildəyə o köşkdən uzağa qaçdı, hasarın dibindəki kolluğa girib heç vaxt hiss etmədiyi dəhşətli bir qorxu ilə köşkün açıq qapısına tərəf baxdı:
küçüyün bütün bədəni uçunurdu və yəqin o küçük elə həmin andan da başa düşdü ki,
Tülkü Gəldi Qəbiristanlığında insanlarla zarafat eləmək olmaz...

Ceylan Mumoğlu, Toprak Ana'yı inceledi.
03 May 21:17 · Kitabı okudu · 6/10 puan

İkinci Dünya Müharibəsi dövründə ön cəbhədə ağır fiziki itkilər arxa cəbhədə qalanların mənəvi-psixoloji sarsıntısına səbəb olurdu. Kəndlilərin aclıq, yoxsulluqla mübarizəsi, onların taleyinə düşən sınaqlar XX yüzilliyin 50-ci iilər ədəbiyyatında görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığında da əks olunub. Ç. Aytmatov əsərlərində şəxsiyyət psixologizminə (qəhrəmanın daxili dünyasına dərin nüfuzetmə) dəfələrlə müraciət etmiş yazıçılar sırasındadır. Bu səbəbdən yazıçının "Ana tarlası" povesti də digər povestləri kimi reallıqların təsviri gücüylə böyük oxucu marağı formalaşdırmışdı. İnsanlıq və xeyirxahlığın vacib dəyərlər kimi təqdim olunması, əbədi həyatın mövcudluğuna inam yazıçının çatdırmaq istədiyi əsas məsələlərdir.
Povestdəki hadisələr üç dövrü əhatə edir. Müharibədən əvvəlki dövr, müharibə dövrü və müharibədən sonrakı dövr. Yüksək insani keyfiyyətlərə malik, müdrik, zəhmətkeş ana Tolqonay ahıl yaşlarında torpaqla, tarlayla söhbət edir. Torpaq, əmək və ailəsi onun əsas sevinc mənbəyi idi. Lakin müharibə burağanı və qəddar faşizm onun bütün sevinclərinə son qoyub. Tolqonay ana başına gələn faciələrin öhdəsindən necə gəlir, necə çıxış yolu tapır, bunların hamısı barədə povesti oxuyunca öyrənəcəksiniz.
Qeyd: Müharibə dövrünü əks etdirən ədəbi əsərlər haqqında araşdırmalardan birində Ç. Aytmatovun "Ana tarla" povestiylə İsa Hüseynovun (Muğanna) "Saz" povestinin bənzərliyi haqqında oxudum. Bu məlumat diqqətimi çəkdi. Tezliklə öz yazıçımızın da həmin povestini oxumağa qərarlıyam. ‍
Əsərlə bağlı Qırğızfilm kinostusiyasının 1967-ci ildə eyni adlı film də çəkilib. https://www.youtube.com/watch?v=3ao0dL7IBx8
Xoş mütaliələr!
@mumogluceylan

BÖLMƏNİN MATERİALLARI. QƏDİM ƏDƏBİYYAT 
Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunəsi E.Ə. VI əsrdə Midiya dövləti ərazisində meydana çıxmış və müəllifliyi Zərdüştə aid edilən "Avesta"dır. Burada Azərbaycan xalqının dualist dünyagörüşü, ibtidai insanın xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır. Zərdüştün xeyir qüvvələrin başçısı Ahura Mazdaya (Hörmüzd) müraciətləri şəklində yazılmış "Avesta"da qədim insanların dünyanı və cəmiyyəti idarə edən xeyir və şər qüvvələr haqqında təsəvvürləri bədii-obrazlı şəkildə əks olunmuşdur. "Avesta"nın bədii cəhətdən ən gözəl hissəsi olan "Qatlar"da Zərdüştün insan və cəmiyyət, təbiət və fərd haqqında fəlsəfi-əxlaqi düşüncələri öz əksini tapmışdır. "Avesta" ilkin halında, bütöv şəkildə bizə gəlib çatmamışdır. Bu əsər E.Ə. IV yüzillikdə Makedoniyalı İskəndər tərəfindən yandırılmış və onun mətnindən yalnız ayrı-ayrı fraqmentlər atəşpərəst kahinlərin yaddaşında qorunub saxlanaraq sonralar bir yerə toplanmış və pəhləvi dilinə tərcümə edilmişdir. "Avesta"da Azərbaycan xalqının mifoloji dünyagörüşünün mühüm cəhətləri əks olunaraq dövrümüzə qədər gəlib çatmışdır. Xüsusən, dünyanın yaranması, ilk insanın meydana çıxması, bəşəriyyətin "qızıl dövrü", ilk günah və Tanrının qəzəblənərək insanlara narahatlıq, xəstəlik, bəla göndərməsi haqqında mifoloji motivlər dünya xalqlarının mifologiyasında geniş yayılmış ünsürlərdəndir.

Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları B.E. XI yüzilliyində "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. "Kitabi-Dədə Qorqud"dakı Təpəgöz obrazı Homerin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək "Kitabi-Dədə Qorqud"un iki əlyazması məlumdur. Bunlardan biri - alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir.

Ənənəyə görə, dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir. Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: "Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Uşun Qoca oğlu Səgrəyin boyu", "Salur Qazan dutsaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy".

Dədə Qorqud dastanlarının bir sıra boylarında mifoloji dünyagörüşünün izlərinə rast gəlmək mümkündür. Məsələn, "Dəli Domrul" boyunda ölüm kultunun əski qalıqları və bunun dastanın yazıya alındığı dövrün dini görüşlərinə görə mənalandırılması özünə yer tapmışdır. Buradakı Əzrayıl obrazı, dastanın bir çox başqa boylarında olduğu kimi, əsərə islamın qəbulundan sonra artırılmış və eposun ümumi ruhuna uyğunlaşdırılmışdır. Bu cəhətinə görə həmin boy ölüb-dirilən tanrılar haqqında qədim şumer, babil, misir əfsanə və mifləri ilə səsləşir.

"Kitabi-Dədəm Qorqud" eposunun bizə gəlib çatmış əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsr kimi müəyyən edilir. Boylarda orta əsrlər dastanlarımız kimi, nəsr və şeir parçaları növbələşsə də, həmin şeir parçaları orta əsrlərin poetika qanunlarına az uyğun gəlir. Bəzi tədqiqatçıların fikrincə, "Kitabi-Dədə Qorqud"da vaxtilə bəzi digər qədim türk dastanları kimi başdan-başa şeirlə yaradılmış, sonra isə yaddaşlarda yalnız əsas motivləri qaldığından, yazıya köçürülərkən nəsrlə bərpa edilmişdir.

Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara - şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir. Keçən yüzilliyin 50-ci illərində sovet totalitar rejiminin ideoloji basqısı altında "Dədə Qorqud" eposu milli ədavəti qızışdıran bir ədəbi abidə kimi qadağan edilmiş, yalnız 60-cı illərin əvvəllərində "bəraət" ala bilmişdir.

"Avesta"dan sonra ümumtürk kontekstində Azərbaycan yazılı ədəbiyyatının örnəkləri E.Ə. 328-ci ildə Çin qaynaqlarında verilmiş bir türkcə atalar sözü və ortaq türk ədəbiyyatları statusunda qələmə alınmış, B.E. VI-VIII əsrlərinə aid olan daş üzərində yazılardır. Bu yazılar hökmdarlara epitafiya-salnamə xarakteri daşısa da, onların bədii məziyyətləri də yüksəkdir və həmin dövrdə türk ədəbi dilinin inkişafı, obrazlar sisteminin formalaşması haqqında müəyyən təsəvvür yaradır. aşğarlı Mahmudun əsəri isə türk mifologiyası və folklorunun bir çox örnəklərini yazıya alıb sabitləşdirməsi ilə əhəmiyyət kəsb edir. Məsələn, E.Ə. VII-VI yüzilliklərdə yaşamış türk hökmdarı Alp Ər Tonqanın ölümünə həsr edilmiş ağı qədim türk bədii təfəkkürünün bütün incəlik və gözəlliyini təravətli halda bizə çatdırır.

Azərbaycan ərazisində yaranmış və yazısının tarixi V yüzilliyə gedib çatan alban ədəbiyyatı da klassik yazılı ədəbiyyatımızın qaynaqlarından sayılmalıdır. Alban hökmdarı Cavanşirin ölümünə şairi Dəvdəkin yazdığı ağı bir çox cəhətlərinə görə qədim türk hökmdarı Alp Ər Tonqaya həsr edilmiş ağıya bənzəyir.

VII-VIII əsrlərdə islam xilafətinin mərkəzi şəhərləri olan Mədinədə və Məkkədə yaşayıb yaratmış Azərbaycan şairlərindən Əbu Məhəmməd ibn Bəşşar, Musa Şəhəvat və İsmayıl ibn Yəsarın şeirləri mübariz tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr ərəb poeziyasından müəyyən dərəcədə seçilir. Bunu mütəxəssislər də təsdiq edirlər. Ərəb dilində bədii əsərlər yazmaq ənənəsi Azərbaycan şairləri arasında XI-XII əsrlərə qədər davam edir, Xətib Təbrizi, Məsud ibn Namdar kimi sənətkarlar bu dildə Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklər ərsəyə gətirirlər. Dövrünün böyük filoloji olan Xətib Təbrizinin ədəbiyyatşünaslıq sahəsində görkəmli xidmətləri vardır. Onun "Şərhül-Həmasə" adlı əsəri min ilə yaxındır ki, şərqşünas və ədəbiyyatşünaslar arasında öz böyük nüfuzunu saxlamaqdadır. Bu əsər haqqında onlarla elmi araşdırma yazılmış və nəşr olunmuşdur.

XI yüzillikdən Qətran Təbrizinin (1012-1088) yaradıcılığı ilə Azərbaycan poeziya məktəbi başqa bir dildən - dəri dilindən istifadə etməklə yeni inkişaf mərhələsinə qədəm qoyur. Qətranın bizə gəlib çatmış "Divan"ı əsas etibarilə dövrün hökmdarlarına yazılmış mədhiyyə-qəsidələrdən ibarət olsa da, bunların giriş-nəsib hissələrində heyranedici təbiət təsvirləri özünə yer tapmış və Azərbaycan poeziya məktəbinin sonrakı inkişafında mühüm rol oynamışdır..

1054-cü ildə Azərbaycanın oğuz türklərinin yaratdığı Səlcuqilər dövlətinin tərkibinə daxil olması elmin, incəsənətin və ədəbiyyatın inkişafına təkan verməklə yanaşı, türkdilli Azərbaycan xalqının formalaşmasını da başa çatdırmış oldu. XI yüzilliyin ən böyük Azərbaycan şairlərindən olan Qətran Təbrizinin əsərlərində Azərbaycan-türk ruhu, Azərbaycan dilinə xas olan bir çox söz və realilər öz dərin izlərini qoymuşdur. Şair bəzən ərəb və fars dillərində lazım olan qafiyəni tapmaqda çətinlik çəkərkən öz ana dilinə müraciət edir. Mübaliğəsiz demək olar ki, Qətran Təbrizi poeziyasının dili - azərbaycanca (türkcə) düşünüb farsca yazan bir sənətkarın dilidir və bu xüsusiyyət, ümumiyyətlə, farsdilli Azərbaycan poeziyası üçün səciyyəvidir. Bunu, Qətran Təbrizi dövründə yaşamış və şairlə şəxsən tanış olmuş məşhur İran şairi və alimi Nasir Xosrov da etiraf etmiş və Qətranın fars dilini o qədər də yaxşı bilmədiyini özünün "Səyahətnamə" əsərində qeyd etmişdir.

XII əsrdə Azərbaycan ədəbiyyatında bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatlarının sonrakı inkişafına güclü təsir göstərmiş poeziya məktəbi öz formalaşmasını başa çatdırır və onun Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli korifeyləri meydana gəlir. Daha çox arxaik sözlərdən istifadə yolu ilə yaradılan və buna görə də dərin fəlsəfi məzmun və mündəricə ifadəsində çətinlik çəkən farsdilli Xorasan ədəbi məktəbindən fərqli olaraq, Azərbaycan ədəbi məktəbinin nümayəndələri dəri dilində qələmə aldıqları poetik əsərləri ərəb söz və ifadələri hesabına zənginləşdirməklə onu yeni inkişaf mərhələsinə qaldırmış, ən incə poetik mətləblərin və dərin fəlsəfi fikirlərin ifadəsi üçün mükəmməl bir hala salmışlar. Saray ədəbi mühitində - XII əsr Azərbaycan dövlətlərindən Şirvanşahlar və Atabəylərin mesenatlığı altında Əbül-üla Gəncəvi (1096-1159), Məhsəti Gəncəvi (1089-1183), Xaqani Şirvani (1126-1199), Fələki Şirvani (1126-1160), Mücirəddin Beyləqani (-1190), İzzəddin Şirvani kimi əsərləri indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmiş sənətkarlar yetişmişdilər.

XII əsr Azərbaycan poeziya məktəbinin nümayəndələrinə yüksək şair professionallığı, sözün poetik imkanlarından maksimum istifadə bacarığı, poetik vahidlərdə özünə möhkəm yer tutmuş fikir çoxmənalılığı xas idi. Bununla yanaşı, xalq sənətinə, folklor obrazlarına, canlı xalq dilindən gələn söz və ifadələrə, aforizmlərə meyl də güclü idi.

Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani (1126-1199) yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və elmilikdir. İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir. Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan "Töhfətül-İraqeyn" ("İki İraqın töhfəsi") (1156) poemasında da Xaqani bir sıra simvol və eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olmuşdur. Bu baxımdan istər Xaqani, istərsə də Nizami yaradıcılığına dialektik inkişaf meyli xasdır. Bu şairlər təbiət və cəmiyyəti donmuş halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyl nümayiş etdirirlər. Xüsusən Nizami yaradıcılığı bu baxımdan bütövlükdə dünya ədəbiyyatlarında özünəməxsus mərhələ təşkil edir. Xaqani Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözməmiş, Məkkəyə ziyarətə getdikdən sonra bir daha saraya qayıtmayaraq Təbrizdə məskən salmış və orada da vəfat etmişdir. Şairin məzarı Təbrizin Sürxab qəbiristanlığındakı "Şairlər məqbərəsi" adlanan yerdədir.

Xaqani həm də Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulmuşdur. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatmışdır.

XII yüzillik Azərbaycan poeziya məktəbinin nümayəndələri arasında Şirvan ədəbi mühitinin yetirdiyi Fələki, Əbül-üla, Mücirəddin Beyləqani və başqaları ilə yanaşı, Güney Azərbaycanda ərsəyə gəlmiş Şihabəddin Sührəverdi (1154-1192) kimi filosof şairlər də olmuşdur.

Həyatı əfsanə və rəvayətlər pərdəsinə bürünmüş XII əsr şairi Məhsəti Gəncəvi Ömər Xəyyamdan sonra rübai janrının ən böyük ustadlarından biri kimi tanınır.

Bu dövrdə Azərbaycan ədəbiyyatının daha bir güclü qolu da saraylardan kənarda yaranır və ədəbi-mədəni mühitə get-gedə daha çox təsir göstərirdi. Nizami Gəncəvi (1141-1209) kimi söz sənətkarları məhz bu dövr ədəbiyyatının demokratik qolunu təşkil edirdilər. Bunlar üçün ədəbiyyat, poeziya gündəlik çörəkpulu vasitəsi deyil, ürəyin dərinliklərindən, patriotik və humanist duyğuların təsirindən gələn ideya-bədii ifadə vasitəsi, insan həyatını və məişətini yüngülləşdirmək, yaradılışın tacı olan insanı həyatda xoşbəxt görmək üçün bir təbliğat vasitəsi idi. Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İskəndərnamə") ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Şair özü də ədəbi-fəlsəfi dühası ilə bunu gözəl başa düşür və öz sənətinin ölməzliyi barəsində peyğəmbərcəsinə öngörülər verirdi. Sonralar ta bizim günlərə qədər Nizami irsi şairlərin hər zaman ilham mənbəyi olaraq qalmış və onun əsərlərinə Şərqdə və Qərbdə müxtəlif dillərdə 500-ə qədər şair nəzirə yazmışdır. Məhz Nizaminin və onun çapında olan digər sənətkarların yaradıcılığına görə XII-XVI əsrlər Azərbaycan ədəbiyyatının Renessans zirvəsi sayılır.

Bütün dünyanın "Gəncəli dahi" kimi tanıdığı Nizaminin yaradıcılığı bir də ona görə qlobal hadisədir ki, Azərbaycan şairinin irsində təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda Qərb, yəni o dövrün Qərbi olan antik ədəbi-mədəni dəyərlər öz kamil sintezini tapmışdır. Əslində, Nizami yaradıcılığını tam mənasilə klassik dövrün yeni mərhələsi kimi qiymətləndirmək olar. Çünki məhz Nizaminin yüksək humanist fikirlərində orta əsrlərin mistikasından oyanıb sağlam və ayıq təfəkkürlə hadisə və predmetlərə, insana, cəmiyyət həyatının məna və mahiyyətinə rasional, məntiqi yanaşma tərzinin şahidi oluruq. İnsan xoşbəxt yaşamaq üçün yaradılmışdır və bu ilahi qədəri, tanrısal taleyi heç bir şər qüvvə dəyişdirə bilməz. Nizaminin bütün yaradıcılığından işıqlı bir xətt kimi keçən əsas ideya məhz budur. Həmin ideya bir də az sonra dünya ədəbiyyatlarında özünü Avropa Renessansı sənətkarlarının yaradıcılığında büruzə verəcəkdir.

Nizami sənətinin ölməzliyi bir də özünü insan psixologiyasının əbədi problematikasını kəşf etməsində və bu problematikanın həlli yollarını göstərməsindədir. Ədəbiyyatın bəşər həyatında və bəşəriyyətin mədəni inkişafında oynadığı rolu da bəlkə elə bunda axtarmaq lazımdır. Azərbaycan şifahi xalq ədəbiyyatının və başında Nizami kimi dühalar duran yazılı ədəbiyyatın uzun yüzilliklər boyu apardığı etik-didaktik təbliğat olmasaydı, dünya səviyyəsində özünü göstərən bu qədər zülm və zorakılıqlar, haqsızlıq və ədalətsizliklər indikindən daha artıq olar, sivilizasiyanın əldə etdiyi çağdaş nailiyyətlər haqqında ancaq arzulamaq lazım gələrdi. Nizami yaradıcılığının zirvəsinə doğru dabanbasma gələn qlobal fəlakətin - monqol basqınlarının bu böyük dahinin əsərlərini öz tonqalları altında məhv etməməsi bu gün bəzən təfəkkür tərzimizi humanizm baxımından xeyli qabaqlayan Nizami irsindən bəhrələnməyimizə imkan yaratmışdır.

Nizami yaradıcılığının ölməzliyini təmin edən səbəblərdən biri də - onun qoyub həll etdiyi ictimai problemlərdir. Şairə görə, cəmiyyətin başında ağıllı, maarifpərvər hökmdar durmalı, bununla da insanların cəmiyyətdəki ahəngdar münasibətlərini təmin etməlidir. Hökmdar ictimai mühitin başında duran bir şəxs olduğundan, həmin mühitin sağlamlığı bir çox cəhətdən onun şəxsi keyfiyyətlərindən asılıdır. Şairin bütün əsərlərində qoyulan başlıca problem bundan ibarətdir ki, dövlət başçısı Tanrı qarşısında götürdüyü öhdəliklərə əməl etməli, tabeliyində olan insanların xoşbəxtliyi və rahatlığı uğrunda çalışmaqdan bir an belə geri durmamalıdır. Yalnız bu halda cəmiyyətdə fərdlərin ahəngdar inkişafı təmin edilə bilər, Tanrının insanı yaradarkən qarşıya qoyduğu məqsədlər həyata keçirilə bilər.

Yaradıcılığa dövrünün ədəbi ənənəsinə uyğun olaraq lirik şeirlər - qəsidə, qəzəl və rübailərlə başlayan Nizami qısa bir zaman ərzində öz "Divan"ını tərtib etmiş və bir şair kimi məşhurlaşmışdı. Lirik şeir yaradıcılığı ömrünün sonuna kimi şairi məşğul etmiş və o, irihəcmli poemalarında verə bilmədiyi müxtəlif ağrılı, fəlsəfi problemləri rübabi şerin köməyi ilə lakonik şəkildə ifadə etmişdir. Nizami ilk poeması "Sirlər xəzinəsi"ndən (1174) başlamış son əsəri "İskəndərnamə"yə qədər dövrünün aktual, eləcə də bəşəriyyətin əbədi problemlərinin həllini bir an belə nəzərdən qaçırmamış, əsərdən-əsərə bu işi daha da təkmilləşdirmişdir. Bu, ölməz Nizami sənətinin humanist konsepsiyasını təşkil etməkdədir. Nizaminin beş poeması sonralar "Xəmsə" ("Beşlik") adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır.

Nizaminin ilk poeması "Sirlər xəzinəsi" (1174) "Xəmsə"nin başqa hissələrindən fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Ancaq burada öz əksini tapan bir çox problemlərin təqdimində müxtəlif hekayə və rəvayətlərdən ustalıqla istifadə edilmişdir. Bunun üçün öz dövrünün müxtəlif qaynaqlarına, eləcə də folklora müraciət edən şair, bütün bu materialın yüksək bədii səviyyədə təqdiminə nail olmuşdur. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. Nizami bu ilk poeması ilə Yaxın və Orta şərq ədəbiyatlarında tamamilə yeni bir epik ənənənin əsasını qoyduğunu sübut etmiş, özündən sonra bütöv bir ədəbi məktəbin bünövrəsini qoymuşdur.

"Xosrov və Şirin" (1180) poeması Nizaminin romanik əsərlərinin, yəni əsasında roman süjeti duran bitkin obrazlar qalereyasına malik poemalarının birincisidir. Əsərin mövzusu İran Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz doğma mühitinin hadisə, şəxsiyyət və problemlərindən çıxış etməsi şübhə doğurmur. Nizami öz sələfi - İran şairi Firdövsi kimi tarixi-əfsanəvi əsər yaratmır, öz poemasının janrını "həvəsnamə" kimi müəyyən edir və məhəbbətin tərənnümünə həsr edir. Təsadüfi deyil ki, əsərin qəhrəmanı Xosrov Pərvizin həyatının ancaq Azərbaycan şahzadəsi Şirinlə bağlı məqamlarına daha çox diqqət yetirilir, şairə doğma olan bu gözəl az qala baş qəhrəman kimi təqdim edilir. Poemanın məzmun janrı şairin özü tərəfindən "həvəsnamə" kimi müəyyən edilsə də, Nizami özündən əvvəlki şairlər kimi sadəcə ötəri həvəs və yüngül ehtirasa deyil, insanı mənən zənginləşdirən və kamilləşdirən, onu ilahi mərtəbəyə qaldıran, onun xarakterini mənfidən müsbətə doğru dəyişdirən ülvi məhəbbətə himn yaratmışdır. Poemadakı monumental obrazlardan biri olan Fərhad sonrakı dövrlərdə bir çox Nizami ardıcıllarını ilhamlandırmış və o, bir sıra poemaların baş qəhrəmanı kimi təqdim edilmişdir.

Qəhrəman xarakterinin dinamik inkişafını romantik sənət tipinin tələbləri baxımından əks etdirən Nizami, poemanın sonunda öz qəhrəmanının məhəbbətin təsiri altında heyrətamiz dərəcədə dəyişərək ideal bir şəxsiyyətə çevrildiyini göstərmişdir. Şair Xosrovun faciəsini islam tarixindən götürdüyü başqa bir tarixi hadisə - Məhəmməd peyğəmbərin Xosrova məktub yazıb onu islam dininə dəvət etməsi və şahın həmin məktuba etinasızlıq göstərib onu cırması ilə bağlayır. Bu süjet poemanın sonunda əlavə kimi verilmişdir.

İnsanı ucaldan, onun adını əbədiləşdirən ülvi məhəbbətin təsvir və tərənnümü "Xəmsə" silsiləsinin üçüncü əsəri olan "Leyli və Məcnun"da (1188) özünə yer tapmışdır. Şirvanşah Axsitanın sifarişi ilə yazılmış bu əsərində Nizami öz sənətinin ecazı ilə ölməz bir məhəbbət dastanı yaratmağa nail olmuşdur. Həm də o, Yaxın və Orta Şərq ədəbiyyatlarında bu mövzuda poema qələmə alan ilk sənətkar kimi məşhurdur. Poemanın baş qəhrəmanları - insan azadlığı ideyasını qəbul etmək istəməyən cəmiyyət tərəfindən "məcnun" (dəli) adlandırılmış Qeys və Leyli insanın azad sevib-sevilmək arzularının təcəssümünə çevrilmişdir. Əsərdə başlıca problemlərdən birini də qadın azadlığına tamamilə yeni baxış təşkil edir. Şair cəmiyyətin və şəxsiyyətin azadlıq və inkişafına mane olan çürük adət-ənənələrin əleyhinə çıxır, insanın cəmiyyətdə rasional azadlığı ideyasının vacibliyi fikrini irəli sürür və əsaslandırır. Süjetin faciə ilə sona çatmasında Nizami insanı əhatə edən ictimai mühiti, bu mühitdə hökm sürən qeyri-məntiqi adətləri, vəhşi instinktləri günahlandırır, bütün bunlara qarşı insanın müdaxilə etmədiyi təbii mühiti, vəhşi heyvanlar aləmini qoyur. Şair göstərir ki, ictimai münasibətlərin təsir göstərmədiyi saf və təmiz heyvanlar Məcnunun yüksəkliyini və ülviliyini daha yaxşı anlayır və onun başına toplaşırlar. Bu poemanın giriş hissəsində də Nizami insan cəmiyyətində gördüyü bir sıra nöqsan və eybəcərliklərin bədii ifşasını vermişdir.

Nizaminin son poemaları olan "Yeddi gözəl" (1197) və "İskəndərnamə" (1203) şairin uzun illərdən bəri kitabxanalarda apardığı elmi axtarışların, etdiyi müşahidələrin məntiqi nəticəsidir. Hər iki əsərin mövzusunu şair özü müəyyənləşdirmiş və ictimai idealının bədii gerçəkləşdirilməsi yolunda bir fəlsəfi-poetik vasitə kimi istifadə etmişdir. Hər iki əsər tarixi mövzuda yazılsa da, Nizami tarixdən yalnız bir fon kimi istifadə etmiş, əksər hallarda real tarixi öz estetik idealına uyğunlaşdırmışdır. Bu baxımdan bu poemalar mahiyyətcə bir-birinin məntiqi davamı kimi də nəzərdən keçirilə bilər. Nizaminin bir humanist sənətkar kimi qarşıya qoyub həll etmək istədiyi əsas ideya isə insanın xoşbəxtliyi və bu xoşbəxtlik yollarının tapılmasıdır. Orta əsrlərdə bunun üçün əsas məsuliyyət cəmiyyətin deyil, hökmdarın üzərinə düşdüyündən, fəlsəfi və bədii əsərlərdə əsas tələblər də məhz onların qarşısında qoyulurdu. Xüsusən İskəndər obrazı ilə Nizami maarifpərvər və ədalətli bir şahın cəmiyyətin rifahı və ahəngdar inkişafı üçün necə böyük fəaliyyət imkanlarına malik olduğunu göstərmişdir. Bu baxımdan Nizaminin yaratdığı hökmdar obrazlarının əsərdən-əsərə kamilləşdiyini və cəmiyyətin arzu və tələblərinə daha çox cavab verdiyini görürük. Xosrovdan ("Xosrov və Şirin") Bəhram Gura ("Yeddi gözəl") və İskəndərə ("İskəndərnamə") doğru yüksələn xətlə gedən hökmdar obrazları ən nəhayətdə "İqbalnamə"də ("İskəndərnamə"nin ikinci hissəsi) sadəcə bir hökmdar deyil, bir çox xalqları doğru yola yönəldən, təkcə öz ölkəsi Yunanıstanda yox, bütün mədəni dünyada haqqı və ədaləti bərpa edən peyğəmbər səviyyəsinə yüksəlir.

Nizami sənətinin böyüklüyü və onun estetik idealının ülviliyi sonrakı əsrlərdə də Azərbaycan ədəbiyyatının inkişafına güclü təkan vermiş, bu böyük dahi tərəfindən müəyyən edilmiş humanizm və demokratizm prinsipləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta şərq, eləcə də bir sıra Qərb ədəbiyyatlarında humanist meyllərin intişarına səbəb olmuşdur

İMADƏDDİN NƏSİMİ DOĞRUDANMI DƏRİSİ SOYULARAQ EDAM EDİLİB?
Azərbaycanın böyük alimlərindən olan mərhum akademik Ziya Bünyadov elmdə həmişə öz orijinal araşdırma və məqalələri ilə yadda qalıb. Uzun müddət Şərqşünaslıq İnstitutunun direktoru və Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuş alim xilafət dövrünün və VII-XIII əsr Azərbaycan tarixinin tədqiqatçısı idi. Ensiklopedik zəka sahibi olan alim bununla yanaşı, orta əsr Azərbaycan tarixi, Şərq fəlsəfəsi və İslam mədəniyyəti barədə də geniş araşdırmalar aparıb. Bu araşdırmaların hər biri orijinal elmi məqalə xarakterli olub. Həmin məqalələrdən sonra alimlər tərəfindən tarixə yeni və əsaslı baxış, elmi yanaşmalar olub. Ziya Bünyadovun araşdırmalarından biri də orta əsrlərin böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin öülümü ilə bağlıdır. Çoxumuza ədəbiyyatdan və Nəsimi haqqında çəkilmiş filmdən məlumdur ki, şairi dird-diri edam edib, dərisini soyublar. Amma Ziya Bünyadovun məqaləsində Nəsimi barədəki bu məlumatlara yeni yanaşma öz əksini tapıb. Akademik Nəsimin edam olunmağı və dərisinin diri-diri soyulmağı barədə məlumatları təkzib edib. Ziya Bünyadov məqaləsində Nəsiminin necə öldürülməsi ilə bağlı qənaətlərin zəifliyi və bizə gəlib çatan materialların azlığından şikayət edir. Bildiri ki, müasir Azərbaycan şərqşünasları Nəsiminin edamına aid faktları yalnız türk alimi Əbdülbaqi Gölpınarlının “İslam ensiklopediyasında”kı “Nəsimi” adlı məqaləsindən götürüb və bununla da kifayətləniblər. Ziya Bünyadov Nəsiminin məhkəməsində kimin onun əleyhinə danışması, həmin adamlara Nəsiminin nə cavab verməsi barədə məlumatların yoxluğundan şikayətlənir və öz məqaləsində bu məsələyə aydınlıq gətirməyə çalışıb. Modern.az saytı mərhum akademikin bu orijinal fərziyyəni əks etdirən məqaləsini təqdim edir. Məqalə Ziya Bünyadovun ölümündən çox sonra, Şərqşünaslıq İnstitutunun orqanı olan “Azərbaycan Şərqşünaslığı” jurnalının 2009-cu ildəki birinci nömrəsində çap olunub. “İndiyə qədər Nəsiminin ölümü haqqında xəbər bizə yalnız türk alimi Əbdülbaqi Gölpınarlının “İslam Ensiklopedisi”ndə dərc olunmuş “Nəsimi” adlı məqaləsindən bəllidir (Bax: “İslam Ansiklopedisi”, İstanbul, 1964, cild 9, səh. 206-207). Məqalədə qısaca deyilir ki, Nəsiminin məhkəməsi və qətli məmlük sultanı əl-Müəyyəd Seyfəddin Şeyxin hakimiyyəti (815-824 hicri və ya 1412-1421-ci miladi illər) və Hələb valisi Yaşbək ibn Abdulla əl-Yusifinin dövründə (818-824 hicri və ya 1414-1424-ci miladi illər) olub. Bu məlumat alimlərimiz tərəfindən sözsüz qəbul olunur və eynilə bütün tədqiqatlara köçürülür. Lakin Nəsiminin məhkəməsi necə keçib, kim əleyhinə danışıb, özü nə cavab verib, qətli haqda sərəncamı kim verib – bütün bunlar oxuculara bəlli deyil. Bundan başqa, Nəsiminin adı və haralılığı haqda məlumat da müxtəlif ərəb mənbələrində müxtəlifdir. Ərəb müəllifləri İbn Həcər Əsqəlani (1372-1449) “Ənba əl-qumr biəbna əl-umr” (“Həyat oğulları haqqında dolğun bilgi”), Şəmsəddin Səxavi (1427-1497) “əd-Da`əllami liəhl əl-qərn ət-tasi” (“9-cu hicri əsrinin əhli üzərinə parıldayan işıq”) və İbn əl-İmdad əl-Hənbəli (öl. 1678) “Şəzərat əz-zəhəb fi əxbari min zəhəb” (“Ölüb gedənlər haqqında xəbərlərdən qızıl dənəciklər”) əsərində aşağıdakı məlumatı verirlər: “820-ci (1417) ildə Hələbdə yaşayan Şeyx Nəsiməddin Təbrizi öldürülmüşdür. O, Hələbdə hürufiyyə məzhəbinin şeyxi idi. Orada onun məsləkdaşlarının sayı artır, küfrü intişar edir və şöhrət qazanır. Onun sərəncamları sultan əl-Müəyyəd Şeyxin onu öldürmək haqqında əmrinə qədər yerinə yetirilirdi. Onun başını kəsib, dərisini soydular və cəsədini çarmıxa çəkdilər”. Beləliklə, üç ərəb orta əsrlər müəllifləri Nəsiminin adını İmadəddin yox, Nəsiməddin kimi və yer mənsubiyyətini Nəsimi və ya Şirvani yox, Təbrizi kimi qələmə alırlar. Yalnız 1920-ci ildə vəfat etmiş Məhəmməd Raqib ibn Mahmud ibn Haşim ət-Təbbaq əl-Hələbinin “İlam ən-nubəla bitarix Hələb əş-Şəhra” (“Ali cənabların Boz Hələbin tarixi haqqında məlumatları”) adlı əsərində (Hələb, III c., 1925, s.15-16) Nəsiminin məhkəməsi və qətli haqqında bir qədər müfəssəl məlumat verilir. Ancaq bu məlumatıda Məhəmməd Raqib 1479-cu ildə vəfat etmiş Əbuzər Əhməd ibn Burhan İbrahim Sibt ibn əl-Hələbinin “Künüz əz-zəhəb fi-tarix Hələb” (“Hələb tarixinə dair qızıl xəzinələr”) adlı əsərindən götürüb. Təəssüf ki, son əsər bizə gəlib çatmayıb. Lakin ehtimal etmək olar ki, Məhəmməd Raqib Nəsimi haqında məlumatı xətərsiz köçürüb.

Məlumatın mətni belədir: “İmadəddin Nəsiminin qətli hekayəsi: “Künüz əz-zəhəb”də deyilir ki, zındıq Nəsiminin qətli əmir Yaşbək ibn Abdulla əl-Yusifinin vaxtında olub. Ona qarşı ittiham Hələbin Ədalət Sarayında şeyximiz ibn Xətibin və Şəmsəddin ibn Əminnəddövlənin hüzurunda irəli sürülüb. Həmin zaman şeyxin naibi İzzəddin, malikilərin qazılar qazısı Fətxəddin və hənbəlilərin qazılar qazısı Şihabəddin də orada olub. Nəsimi bir para ağılsız adamları azdırıb yoldan edib və bunlar onun küfrünə, zındıqlığına və mülhidliyinə (çoxallahlılıq) qoşularaq, onun ardınca gediblər. İttiham ilə onun əleyhinə hənəfilərin qazılar qazısı İbn əş-Şənqasi çıxış edib. Bu hadisə qazıların və Hələb şəhəri üləmalarının hüzurunda baş verib və naib Yaşbək ona (Nəsimiyə – Z.B.) deyir: “Sən öz dediklərini sübuta yetirməlisən, yoxsa mən səni öldürəcəyəm!”. Bu sözləri eşitcək İbn əş-Şənqasi ittihamdan imtina edir. Nəsimi isə iki dəfə kəlmeyi-şəhadət deməkdən savayı başqa bir söz demir və özünə qarşı deyilənləri inkar edir. Bu anda hənbəlilərin şeyxi Şihabəddin durub malikilərin qazısı Fətxəddindən yuxarı başda oturub və həmin məclisdə fitva verib ki, Nəsimi zındıqdır və tövbəsi qəbul olunmadan öldürülməlidir. O (Şihabəddin – Z.B.) Fətxəddindən yuxarı başa keçib oturarkən Fətxəddin özünü ondan yan çəkir və Şihabəddin ona deyir: “Nə üçün də onun qətlinə fitva verilməsin?” Fətxəddin isə ona deyir, olmaya öz əlinlə ona ölüm hökmü yazmaq istəyirsən?” Şihabəddin: “Bəli!” deyə cavab verir. Sonra o, fitva sənədini tutub yazır və öz yazısını şeyximiz ibn Xatibə və iştirak edən qalan qazı və üləmalara təqdim edir. Onlar isə onun fitvasına razılıq vermirlər və Fətxəddin ona deyir: “Qazı və üləmalar səninlə razı olmadıqları halda, mən sənin sözünlə ona necə ölüm hökmü kəsə bilərəm?” Əmir Yaşbəksə söyləyir: “Mən onu öldürə bilmərəm, çünki sultan Əl-Müəyyəd göstəriş verib ki onu (sultan – Z.B.) məsələdən xəbərdar edim. Belə ki, mən sultanın Nəsimi barəsində nə kimi sərəncam verəcəyini gözləməliyəm”. Məclis bununla dağılır və Nəsimi naib Yaşbək yanında, ədalət sarayında dustaq qalır. Onun işi ilə sultan əl-Müəyyədi tanış etdilər. Bundan sonra Yaşbəkə göstəriş gəlir ki, dustaq zindana köçürülsün. Nəsimini aparıb qala həbsxanasına salırlar. Sonra isə Sultan əl-Müəyyədin sərəncamı gəlir çatır ki, Nəsimi öldürülüb dərisi soyulsun və yeddi gün Hələbdə car çəkilib əyan edilsin, sonra da cəsədi parça-parça edilsin: bir qismi Əlibəy Zülqədərə və onun qardaşı Nəsrəddinə göndərilsin. Belə ki, Nəsimi onların da inamlarını pozmuşdu. Nəsimi ilə elə belə də etdilər. O kafir, mülhid bir adam idi. Allah bizi onun söz və əməllərindən hifz edib qorusun! Amma onun lətif şeirləri vardır!” Bu sözlərdən sonra Məhəmməd Raqib yazır: “Mən deyirəm ki, Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə Hələbin əl-Ferafire məhəlləsində “Sultan hamamı” adı ilə məşhur olan hamamla üzbəüz və hökumət evinin yanındadır. Bu təkyəni idarə edən şeyxlər ona “Nəsimi təkyəsi” deyirlər”. Bu mötəbər məxəzlərdən gətirilən məlumat göstərir ki, Nəsiminin diri-diri dərisinin soyulması sonralar xalq tərəfindən yaranmış bir əfsanədir və geniş kütlənin ona olan hüsn-rəğbətinin rəmzidir. Bu əfsanəyə isbat edilmiş bir elmi məlumat kimi və ya tarixi bir fakt kimi baxmaq yanlışdır.

Müəllif: Samir Faziloğlu

Nizami Gəncəvi Haqqında Məlumat
Tam adı:Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvi
Doğum tarixi:1141-ci il
Doğum yeri: Gəncə
Ölüm tarixi:1209-cu il
Ölüm yeri: Gəncə

Nizami Gəncəvi (tam adı Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvi) - şair və mütəfəkkir, farsdilli Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi. 

Həyatı

Nizami 1141-ci ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhərində sənətkar ailəsində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 1209-cu ildə Gəncədə də vəfat etmişdir.
Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliyə yolu ilə orta əsrin elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa Ərəb ve Fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.

Yaradıcılığı

Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.
Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.
Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı «Xosrov və Şirin» poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə «Leyli və Məcnun» mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə «Leyli və Məcnun» poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına «Yeddi gözəl» əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı «İsgəndərnamə» (təqr. 1203) poemasını qələmə almışdır.

Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır.

Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars,ərəb,çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə , insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır. 

Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.

Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.

Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məhşur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.


Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmışdır.

Əsərləri
Sirlər xəzinəsi
Xosrov və Şirin
Leyli və Məcnun
Yeddi gözəl 
İskəndərnamə (Şərəfnamə və İqbalnamə adlı iki hissədən ibarətdir)
Divanı (dövrümüzə 6 qəsidə, 120 qəzəl, 30 rübai gəlib çatıb)

Yasemin, bir alıntı ekledi.
19 Nis 19:23 · Kitabı okudu · 9/10 puan

Sizin fikirləriniz müəyyən bir tezlik yaradır, həmin tezlikdəki uyğun fikirləri cəzb edir, daha sonra sizin həyat səhnələriniz kimi geri dönür. Həyatınızda nəyisə dəyişmək istəyirsinizsə, sadəcə olaraq, fikirlərinizi dəyişin, başqa tezliyə köklənin..

The Secret - Sır, Rhonda Byrne (Sayfa 11 - Qanun nəşriyyatı)The Secret - Sır, Rhonda Byrne (Sayfa 11 - Qanun nəşriyyatı)

"Sağ tərəfdə, sinənizdə bir yer ağrıyacaq. Evinizin sizi içinə sığdıra bilməyəcəyi qədər balaca hiss edəcəksiniz. Özünüzü çölə atacaqsınız. Bura da sizə dar gələcək. Bədəninizin ürəyinizə dar gəldiyi kimi. Nə gözəl gül açacaq içinizi, nə də masmavi göy üzü. Bədəninizi daşıya bilməyəcək qədər böyük, bir yandan da itəcək qədər balaca olacaqsınız. Yanınızdakılar sizə çoxlu sözlər deyəcək.
"Əsas sağlamlıqdı, həyat davam edir, eybiyox hər şey unudulur.."
Amma siz... heç nə eşitməyəcəksiniz.
Gözyaşlarınızdan ətrafı görməyəcək hala qədər gələcəksiniz.

Onun ölməsini istəyəcək qədər nifrət edəcəksiniz. Az sonra isə qollarında ölmək istəyəcəyiniz qədər çox sevəcəksiniz.

Həmişə onun haqqında danışmaq istəyəcəksiniz.
Sizə,
"Ölümə çarə tapıldı" , "Sabah qiyamətdi" desələrdə,
başınızı qaldırıb heç nə soruşmazsınız.

Tək qalmaq istəyəcəksiniz. Həm də camaatın içində itmək.
Heç birisi bəs etmiyəcək.

Keçmişi fikirləşəcəksiniz. Bəlkə də dəqiqə-dəqiqə. Amma pis yerlərini atlayacaqsınız. Hər dəqiqəsini yenidən yaşamaq, keçdiyiniz yerdən yenidən keçəmək istəyəcəksiniz.

Keçmişi xatırlamaq, getdiyiniz yerdən keçmək... bunlar daha da ağır gələcək. Amma etməkdə davam eləyəcəksiniz. Biri sizə içinizdəki acını ata biləcəklərini desə, həmin adamdan qaçarsınız. Acıdan qurtulmaq istədiyiniz halda, acının bədəninizdə qalması üçün müqavimət aparacaqsınız.

Həyatınızın qalanını onu fikirləşərək keçirmək istəyəcəksiniz. Əksini deyənlərə nifrət edəcəksiniz.

Hər kəs ona bənzəyəcək. Amma heç kim onun yerinə ola bilməyəcək.

Dərmanlara sığınacaqsınız. Bir neçə saat başını dumanlandıra biləcək ancaq. Yenə unuda bilməyəcəksiniz.
Bütün mahnılar sizin üçün yazılıbmış kimi gələcək.
Boğazınız düyümlənəcək, qulaq asa bilməyəcəksiniz.
Yatmaq çətin, oyanmaq asan olacaq.
Səhəri iplə çəkəcək qədər çox istəyəcəksiniz, həm də 'heç günəş çıxmasaydı' deyəcəksiniz.

Yuxu görəcəksiniz. Həqiqət olmasını istədiyiniz.
Telefonun zəng çalmasını gözləyəcəksiniz. Zəng vurmayacağını bilə-bilə.
Hər dəfə telefon zəng çalanda ürəyiniz ağzınıza gələcək. Zəng vuranla ağlamaqlı danışacaqsınız.

Ürəyiniz burxulacaq.
Canınız yanacaq.
Bir daha heç vaxt sevməməyə and içəcəksiniz.

Həyatda heç nə etmək gəlməyəcək içinizdən.
Onun səsinizi ikinci səfər eşitməyə görə hardasa diri-diri yanıb tutuşacaqsınız.

Dayanmadan zəng vurduğu günlərin qiymətini bilmədiyiniz gün üçün özünüzə nifrət edəcəksinkz.
Yaşadığınız şəhəri tərk etmək istəyəcəksiniz.
Amma onunla bir gün bir yerdə qatşılaşmaəa ümidlənib, bundan əl çəkəcəksiniz."

(*Pakizə Suda. "Ayrılık")
Bu yaşamaq deyildi. Bu ölüb-dirilmək idi.

Bir insanın bu əziyyəti çəkə bilməsi düşüncəsi belə qorxuducudur. Nəinki yaşamaq.

Yazıldı: 22.01.2016 17:39
Köçürüldü: 14.04.2018 15:28

Fatima Abbasova

Sh Remarque, bir alıntı ekledi.
11 Nis 14:53 · Kitabı okudu · 10/10 puan

"Qulaq as, biri var imiş, biri yox imiş, bir dalğa var imiş. Bu dalğa hansı dənizdəsə, məsələn, deyək ki, Kapri buxtasında bir qayaya vurulubmuş. O hər gün özünü bu qayanın qoynuna atır, onu yalayır, gecə-gündüz öpüb oxşayır, dümağ qollarını boynuna dolayır, ağlayır, sızlayır, yalvarır ki, ona mehman olsun. DALĞA HƏMİN QAYANI BELƏCƏ SEVƏ-SEVƏ, OXŞAYA-OXŞAYA, YAVAŞ-YAVAŞ, ALTDAN-ALTDAN OYUR, OYUR... VƏ GÜNLƏRİN BİR GÜNÜ QAYA TAMAM OVULUR, UÇUB ONUN QOYNUNA YIXILIR...
Ravik kalvadosdan bir qurtum aldı. Joan dözmədi:
-Sonrası?
-VƏ DALĞA BİRDƏN GÖRÜR Kİ, DAHA QUCAQLAMAĞA, SEVİB OXŞAMAĞA, VÜSAL HƏSRƏTİ İLƏ YANMAĞA QAYA YOXDUR. O, ÇİLİK-ÇİLİK OLUB, ÖZÜNÜN QUCAĞINDA BOĞULUB, DƏNİZİN DİBİNƏ GEDİB... Bilir ki, ALDANIB. Çox fikirləşir ki, neyləsin, axırda GEDİB ÖZÜNƏ AYRI QAYA AXTARIR..."

Zafer Abidesi, Erich Maria RemarqueZafer Abidesi, Erich Maria Remarque
Ceylan Mumoğlu, İnsancıklar'ı inceledi.
 02 Nis 18:41 · Kitabı okudu · 3 günde · 5/10 puan

Yazıçı bizə insanlara zahiri görünüşlərinə görə deyil, daxili dünyalarına görə dəyər verməyimizi təklif edir.
------------------------------------------------------------
Yaranma tarixi:
"Yoxsul insanlar" romanını yazıçı-psixoloq F. Dostoyevski 24 yaşında yazıb. Roman müəllifin ilk əsəridir. Bir çox ədəbiyyatşünaslar bu romanda "rus sosial romanının ilk cücərtisi"ni görsələr də, yazıldığı zamanda çox sayda tənqidlərə də tuş gəlib. "Kiçik adam" mövzusu rus ədəbiyyatının kəsişən mövzularından biridir. İlk dəfə bu mövzuya A.S. Puşkin povestlərindən birində və "Bürünc atlı" poemasında toxunub, daha sonra isə N. Qoqol "Palto" əsərində özünün ölməz obrazı Akakiy Akakiyeviçlə davam etmişdir.
⭕Elə "Yoxsul insanlar"ı oxuduğumda da xarakterlər arası məktublaşmada Puşkin əsərləri və xüsusilə "Palto" əsərinin ayrıca qeyd olunması diqqətimdən yayınmadı. Bütövlükdə bu mövzuda yazan yazıçılar hamısı oxucunun diqqətini insanların sosial güzəranına, hər kəsin sevgi və mərhəmət, xoşbəxtlik haqqı olduğu barədə düşünməyi təklif ediblər.
Dostoyevski "Yoxsul insanlar" əlyazmasını da ədəbiyyatçı dostu Qriqoryeviçə vermişdi. Qriqoryeviç kitabı oxuyub bəyənən kimi onu başqa bir yazıçıya – Nekrasova ötürmüşdü. Hər iki yazıçı Dostoyevskinin qəhrəmanlarından – orta yaşlı bir katib ilə uzaq qohumu olan gənc, tənha qadının (prototip Dostoyevskinin qohumu olub) həyatından bəhs edən əsərdən elə təsirlənmişdilər. Bu əsər Dostoyevskinin gələcəkdə istedadlı bir yazıçı olmasından xəbər verdi. Ədəbiyyat aləmində diqqətləri öz üzərinə çəkə bildi. Tənqidçi Belinskinin belə diqqətini çəkməsi gənc yazıçı üçün uğur demək idi.
Janr:
Romanın janrı epistolyardır, yəni ayrı-ayrı şəxslərin bir-biriylə məktublaşması. Buna məktub roman da demək olar. "Kiçik adamlar" özləri öz haqlarında danışırlar, öz kiçik sevincləri, yaxud öz böyük bədbəxtliklərini təfərrüatıyla bir-birilərinə ötürürlər. Məktublarda obrazların bir-biriylə səmimi, həyəcan dolu bölüşmələri oxucuya təsir edir. Doğrudur, məktublarda sentimentallıq çox nəzərə çarpır, bəlkə buna görə də V. Nabokov Dostoyevskini bəyənməyərək "sentimental" yazıçı adlandırıb. Ancaq bu da var ki, Dostoyevski öz zəkası və diliylə "sentimentallıq"ı aşaraq bəhs etdiyi mövzularda və yaratdığı obrazlarda romantizm və realizmin arasında aralıq mövqedə dayanmışdı. Əsas məsələ yazıçının obrazların daxili dünyasını, kənd həyat tərzini, təbiilik, səmimilik, sadəliklərini güclü emosiyalarla çatdıra bilməsindəydi. Bu baxımdan epistolyar janr personajın daxili dünyasını məktub vasitəsiylə açmaqda yazıçıya kömək edib və əsər dərin psixologizmi ilə fərqlənir.
Əsərin qəhrəmanları:
"Yoxsul insanlar" romanının əsas qəhrəmanları məmur Makar Devuşkin və yetim qalmış Varvara Dobroselovadır. Onlar bir-biriylə məktub vasitəsiylə ünsiyyət saxlayırlar və əsər boyu bu məktubların sayı 54-dür. Qız bir zorakılığın qurbanı olur və indi uzaq qohumunun himayəçiliyi altında onu incidənlərdən gizlənir. Amma həmin uzaq qohumun da öz güzəranı yaxşı deyil. Onların ikisi də bədbəxtdir və kasıbdırlar, ancaq bir-birilərinə kömək edirlər. Bütün hekayə boyunca onların bədbəxtlikləri daha da böyüyür. Bir-biriləriylə nəinki məktublarla, həm də kitablarla da bölüşürlər. Bu yerdə əsərdə baş verənlər haqqında çox məlumat verməyəcəyəm, oxucunun marağı qaçmasın.
Romandakı mövzular:
1. "Kiçik insan" mövzusu
2. Sevgi mövzusu
3. Kənd və şəhər qarşıdurması
4. İncəsənət mövzusu
5. Valideyn sevgisi
6. Mərhəmət mövzusu
Romanda problematika:
1. Yoxsulluq
2. Özbaşnalıq və ədalətsizlik
3. Laqeydlik
4. Əyyaşlıq
5. Tənhalıq
6. Antisanitariya və kasıblar üçün tibbi xidmətin yoxluğu.
⭕Bütün əsərlərində olduğu kimi ilk əsəri "Yoxsul insanlar"da da Dostoyevski bizə əxlaqi dərs keçir. Yaratdığı görkəmsiz və yazıq qəhrəmanlarının əsl mahiyyətini açaraq işıqlandırır və sanki biz oxuculara belə vəziyyətdə yaşayan insanlara özümüzün qiymət verməsini, insanlara zahiri görünüşlərinə görə deyil, daxili dünyalarına görə dəyər verməyimizi təklif edir.
@mumogluceylan