“-Bəzən çox yaxın insanlar da,dostlar da,hətta ailə üzvləri də bir-birini anlaya bilmir. İnsanıq. Əsəbi oluruq,bədbin oluruq,həyatda nəsə istədiyimiz kimi getməyəndə qaralar bağlayırıq. Bütün dünyadan zəhləmiz gedir,”bütün dünya bizə qarşıdı” düşünürük. Bilirsən,məsələ,əslində,bizdədi,dünyada yox… O qədər özümüzə qapılırıq,o qədər düşünüb hər məsələni çürüdürük ki,nəticədə mətləbdən və həqiqətlərdən tamam uzaqlaşırıq. Bataqlıq kimi düşün…Çıxmaq istədikcə daha da batırsan. Elə anlarda insana vaxt lazımdı. Tək qalmağa,düşünməyə,götür-qoy eləməyə…Bəzənsə,sadəcə,darıxmağa…Əlində olan bir nemətin dəyərini bilmək üçün ondan uzaqlaşmaq lazımdı. Darıxdığın hər dəqiqə,hətta saniyə də dəyərini sənin gözünün önünə qoyur. Anlayırsan?”
Sayfa 44·Kitabı okuyor
1000Kitap
gözlərimin içinə bax... sevməyi bacarmıram, amma sənin sevgin xoşuma gəlir, təkcə sənin... səbəbini sənə deyim: çünki sən məni maraqla dinləyirsən, hətta mən ağlıma gələni danışanda da.
Sayfa 93·Kitabı okudu
Əgər sən ona izah etməyə çalışsaydın ki, insanın bugünkü duası Düşmənin sabahkı varlığı yaratmaq üçün istifadə etdiyi saysız-hesabsız ünsürlərdən yalnız biridir, sənin himayəndə olan adam cavab verərdi ki, onda Düşmən insanların necə dua edəcəyini həmişə əvvəlcədən bilir. Başqa sözlə, insanlar öz iradələri ilə deyil, əvvəlcədən müəyyən olunmuş qaydaya uyğun dua edirlər. Və əlavə edərdi ki, bugünkü gündən geriyə doğru bütün günlər zənciri boyunca, hətta materiyanın yaradılışına qədər gedib çıxmaq olar; beləliklə, həm insanda, həm də təbiətdə olan hər şey “başlanğıcda olan Söz” tərəfindən yaradılmışdır.
Alıntı
“… O hətta inildədi də. O həssas adam idi, zalım və həssas”.
Sayfa 30·Kitabı okuyor
“İnsanlar hətta pis adamlar olsalar belə, əksər hallarda bizim onlar haqqında düşündüyümüzdən qat-qat sadəlövh və sadədil olurlar. Elə biz özümüz də”.
Sayfa 16·Kitabı okuyor
Zarafat bir yana, Raul Razorbak qalaq-qalaq kitab oxumuşdu. Məni də mütaliəyə o həvəsləndirmiş, onun təbirincə desək, "cansıxıcı olmayan" yazıçılarla tanış etmişdi: Rable, Edqar Allen Po, Luis Kerroll, Herbert Uells, Jül Vern, Ayzek Azimov, Frank Herbert, Filip K. Dik. - "Cansıxıcı olmayan" yazıçı çox azdır, – Raul izah edirdi. - Yazıçıların əksəriyyəti elə bilir ki, nə qədər anlaşılmaz, dolaşıq cümlələrlə yazsalar, bir o qədər ağılı görünəcəklər. Ona görə də bir cümləni iyirmi sətir uzadırlar. Sonra ədəbi mükafatlara layiq görülürlər, sonra isə insanlar onların kitablarını qonaq otağına bəzək kimi alırlar, qonaqlarını inandırmaq istəyirlər ki, biz kitab oxumağa qadirik. Kitab da kitab ola. Hətta içində heç nə baş verməyən kitablar vərəqləmişəm. Qətiyyən heç nə. Birisi gəlir, gözəl bir qadın görür, ona girişməyə başlayır. Qadın ona deyir ki, onunla yatıb-yatmayacağını hələ dəqiq bilmir. Səkkiz yüz səhifədən sonra, nəhayət, qərara gəlir və qətiyyətlə yox deyir. - Bir kitabda heç nə baş vermirsə, onu niyə yazırlar? - ondan soruşdum..
Sayfa 20
Edebiyat