Atom fizikası, elementar zərrəciklər dərslikləri oxuyanda çevrildiyim Məndən ləzzət almışdım. Ətrafımda var olan hər şeyə vecsizlik yaranmışdı, hər şeyə adi vecsiz bir təbəssümlə yanaşırdım. Hətta ən vacib saydığım birinin yoxluğu da artıq vecimə olmadı.

Turan Hüseynova

@turan_hsynva
·
Çok fazla kitap okuduğum zaman dönüştüğüm kişiyi seviyorum. Sosyal medyada çok fazla vakit geçirdiğimde dönüştüğüm kişiyi sevmiyorum.
Sayfa 90·Kitabı okudu
Aləm hamısı xidmətindədir, ey Adəm övladı!Allah bir çiçəyi sadəcə sənin görüb və Ona təvəkkül etməyin üçün yaratdı. Kainatdakı o tək çiçək sadəcə sənin üçündür. Bu, həqiqətən də mükəmməldir! İndi isə bizi əhatə edən bütün maddi aləmi düşün: mavi səmanı, yaşıl örpəyə bürünmüş təbiəti, dalğalanan dənizləri, əzəmətli dağları və o dağlardan çağlayaraq axan şəlalələri...Bütün bunlar sənin üçündür. Sadəcə sənin! Bu səbəbdən qəlbini yoran hər nə varsa, bu cümlələri xatırla və Onu an. O, hər an səninlədir, səni görür və eşidir. Sən kiçik şeylər üçün yaradılmadın, sən bütün yaradılışdan üstünsən. Bir düşün, hər gün günəş sənin üçün doğur, gecə sənin üçün gəlir. Maddi cəhətdən bizdən qat-qat böyük olan günəş və ay hər gün sənə xidmət edir. Sənin üçün yağış yağır, fəsillər dəyişir, yer fırlanır və sənə adi görünən milyonlarla möcüzə baş verir.İndi bir daha düşün, səncə, sən dəyərsizsən? Hələ də Allahın səni unutduğunu düşünürsən? Xeyr, sən çox dəyərlisən! Elə dəyərlisən ki, Allah hüzün atəşi və çətinliklərlə ruhunu yoğurur, onu layiq olduğu ali məqama yüksəldir. Axı biz çox vaxt unuduruq: həkimin sağlamlığımız üçün yazdığı acı dərmanları, vurduğu ağır iynələri. Öncə çox ağrıdır, hətta insanı bezdirir. Lakin sonra bədənimiz təsəvvür belə edə bilmədiyimiz bir rahatlığa qovuşur.
Adam tənhalığa və yeknəsəqliyə adət edir. O qədər adət edirik ki, bütün bunları rahatlıq bilirik, elə bilirik normal həyat elə bu cür olmalıdır. Hətta bunları məhv edə biləcək dəyişikliklərdən qorxur, adətimizi pozacaq insanlardan uzaq dururuq. Çünki qorxuruq ki, artıq bizimlə bütünləşmiş tənhalığımızı itirərik.
2 il əvvəl onu ilk dəfə görəndə həmişəki kimi özümü itirmişdim. O gün bu dünyadakı ən haqsız, ən ədalətsiz mübarizənin kişinin gücü ilə qadının gözəlliyi arasında olan mübarizə olduğunu anlamışdım... Sonradan düşünəndə gəlib gözümün önündə dayanır, kişi dünyasında verdiyim savaşlar, bəzən ağılla, bəzən güclə, bəzən isə iradə ilə qalib gəldiyim mübarizələr. Amma onun gözəlliyi ilə olan mübarizəm bunların heç birinə bənzəmədiyi kimi, nəticəsi də bənzəmədi. Mən bu günədək uda-uda gəlmişdim halbuki. Bənzətmələri bir kənara qoyub öz ruhuma baxsam da dəyişən heç nə olmur. Nə oxuduğum kitablar çatdı köməyimə, nə qan tər içində çıxdığım idmanlar, nə ağlım, nə də iradəm. Heç biri bəs eləmədi. Qurduğum bütün o möhkəm xarakter də bir baxışın qarşısında aciz qaldı. Düzü istəyirdim bu məğlubiyyət biraz pisimə gəlsin. Axı mən də özümü yetişdirənə qədər kifayət qədər yorulmuşdum, əziyyət çəkmişdim. O da insandı nəticədə... necə olur ki, insan bir cüt gözə, qaşa, bir gülüşə, bir baxışa yox olub gedir? Amma qəribəsi odur ki, pisimə də gəlmədi. Gəlmir hələ də)) Ona ilk dəfə görəndə biraz da özümə yazığım gəldi. Çünki içimdə bildim ki, bir gün onu unutmalı olsam, buna bir ömür də çatmayacaq. Təxminən hesablamışdım hətta)) Hardasa 95 il lazım idi ki, mən o üzü yaddaşımdan silim. Yəni ömür çatmazdı onu unutmağa...
Nə gözəldir insanın Yaradanı müqabilində yersiz təkəbbür libasını çıxarıb, öz mütləq acizliyini etiraf etməyi bacarması... Bir Allah dostu hər gecə varlığın ən gizli qatlarından ucaldırdı bu səmimi fəryadı səmaya: "İlahi, Sənə olan təvəkkülümün, ən xalis dualarımın, hətta günahlardan qaçıb sığındığım tövbələrimin belə yenidən bir tövbəyə ehtiyacı var. Mənim hər əməlim qüsurludur, lakin mən Sənin bənzərsiz, hüdudsuz lütfünə, rəhmətinə ümidvaram". Nə qədər müqəddəs bir etirafdır...
Könlün həsrət dəmləri...
Cibimdə son iki manatım qalmışdı. Dərsə gəlib heç olmasa bir saat onu görməyimin əvəzində sabah işdən piyada qayıtmalı olacaqdım. Öz-özümə pıçıldadım: “Hər şeyin bir bədəli var. Gözəl hisslər yaşamaq istəyirsənsə, o bədəli ödəməlisən.” Və tərəddüdsüz dərsə getdim. Şair demişkən, “ay üzü aydan işıqlım” məndən əvvəl gəlmişdi. Yenə gülümsəyirdi. Elə bir gülüş idi ki, adamın bütün yorğunluğunu əlindən alırdı. Amma bu dəfə də mənim tərəfə baxmırdı. Sanki baxsa, nəsə dəyişəcəkdi… Bütün aləm mənim ona olan sevgimi duyurdu, divarlar, pəncərələr, hətta səssiz skamyalar belə. O isə ya bunu anlamırdı, ya da anlamazlıqdan gəlirdi. Dərs boyu müəllimin səsi uzaqdan gələn külək kimi idi. Mən isə öz aləmimdə idim: bir baxışın ehtimalında, təsadüfi bir anın ümidi ilə ona baxırdım. Elə bilirdim, birdən dönüb baxacaq və bütün bu səssiz etiraflar gözlərimdən onun qəlbinə axacaq. Dərs bitəndə hamı tələsik qalxdı. O da ayağa durdu, çantasını yığdı. Bir anlıq yollarımız kəsişdi. Göz-gözə gəldik. Cəmi bir neçə saniyə. Amma mənim üçün bir ömür qədər uzun idi o an. Gülümsədi. Sadə, sakit, amma içimi dağıdan bir gülüşlə. Bəlkə də hələ anlamırdı. Bəlkə də bu sevgi tələsməyi sevmirdi. Mən sabah piyada qayıdacaqdım, yorğun, amma könlü xoş. Çünki sevgi qarşılıq görməsə belə insanı yüngülləşdirən yeganə yükdür...
Duygu ve Düşünce