Teoman musiqilərini sevərək dinlədiyim,konsertlərinə getdiyim musiqiçilərdəndir.Bu qədər sevdiyim musiqilərin söz yazarı da özüdür.Buna görə onun Fasa fiso adlandırdığı,öz həyatının 50 ilini əks etdirən həyat yolunu da oxumaq çox maraqlı idi.Oxumaq deyərkən,ilk dəfə idi ki,bir kitabı səsli oxuyurdum,"storytel" adlandırılan programda teoman bu kitabı öz səsləndirir.Uşaqlığından başlayaraq(elə ən çox uşaqlıq və yeniyetməlik dövründən yazıb),kariyerasının başlığını,hər dövründə ona ilham olan insanları və ən səmimi halı ilə Teomanı tanış edib oxucu ilə.
Kitab o qədər səmimidir ki,düşüncələrimi sadəcə özümə saxlamaq istəyirəm.Kitabın sonunda Teoman dostuna sual verir ki, "mən daha əvvəlki papatya Teoman ola bilməyəcəyəm?" (Teomanın ilk musiqilərindən olan Papatyaya görə bir müddət onu belə adlandırırlar)
Yaşlanırıq,hər ilin bizi daha da dəyişdirdiyinə inanırıq,ki dəyişir.Ancaq daim o itib gedən zamanı axtarırıq.Gecikirik,həyata da,insanlara da.
Necə deyirdi?
Bunlar güzel günlerimiz
Daha beter olacak her şey
Bunlar zaten yalan dolan
Kaderden kaçamaz insan