İlkanə Şahmar

İlkanə Şahmar
@ilkanesahmar
20 okur puanı
Ocak 2020 tarihinde katıldı
Bir axşam taksidən düşüb payıza, Bilmədik haraya, hayana gedək, Dərin sularını qatıb dayaza, Dəniz də bağlandı yay kinosutək. Yağışın əlindən qaçıb bir küncə, Dayandıq üzümüz qibləyə sarı Yenə tapılmadı, payız gəlincə Bağlı ümidlərin itmiş açarı... (1964)
Reklam
Mən sağ ikən kəsilsə qağayıların səsi, silinsə qayaların kölgəsi... yox olsa Xəzər, Mən sağ ikən barmağımdan üzük kimi ömrümdən Xəzər çıxsa, Xəzər itsə... Neyləyərəm, neyləyərəm dəniz də getsə... (1964)
Ölümümə bir az qalmış Darayacağam saçlarımı, Təmiz, ağ köynək geyəcəm, Ölümümə bir az qalmış. Ölümümə bir az qalmış Göy üzü mavi olacaq, Buludlar köpük-köpük. Məktub yazacağam sənə. Sevirdim, sevirəm, sevəcəyəm deyəcəm, Ölümümə bir az qalmış, Ölümümə bir az qalmış...

Okur Takip Önerileri

Tümünü Gör
Son gecədir bu gün yenə, Sabah yenə son səhər, Son yel dolur son yelkənə, Qayıq üzür birtəhər... Axırıncı ağacdır bu, Əsir sonuncu külək, Bağlayıb sonuncu yolu Yenə sonuncu fələk...
...Öləndə neçə yaşın var idi sənin? Yoxsa hələ doğulmamışdın? (1963)
Reklam
Reklam
310 öğeden 46 ile 60 arasındakiler gösteriliyor.