Kimsəsizlər evindəki bir uşaq
Gecə quran oxuyaraq dırnağını yeyirdi...
Və Allaha deyirdi;
"Anam ölüb, yoxsa canı qurtarıb?
Neçə vaxtdır döyülmür...
Görən, indi belindəki göyərtilər sağalıb?
Sol dizində sıyrıq vardı-o qalıb?"
Bir az susub, yenə dedi Allaha;
Qucağımda göndərdiyin kitab var,
Yazmısan ki cənnətdə də şərab var,
Atam ora düşəcəksə, gizlə şərab şüşəsin!
Ya da anam ordadısa, atam ora düşməsin...
✍İlkin Ziya
– Hər bir hakimiyyət insanlar üzərində zorakılıq alətidir, vaxt gələcək nə qeysərlərin, nə də başqalarının hakimiyyəti olacaq. İnsan həqiqət və ədalət səltənətinə daxil olacaq, orada, ümumiyyətlə, heç bir hakimiyyətə ehtiyac qalmayacaq.