+Bay Cooper, kitaplarla aranız iyi olmalı
-Sadece iyi mi? Kafka olabilir diye hamamböceği bile öldürmüyorum.
Frans Kafkanı 6-cı sinifdən bəridir oxuyuram, bu Dönüşüm(Çevrilmə) yazarın ən sevdiyim əsəridir. Qısa hekayə olmasına baxmayaraq Kafka Gregor Samsa’nın yaşadıqlarını, hislərini, fikirlərini hiss edərək oxumağı oxuculara ötürməyi bacarmışdır.
DönüşümFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2022267,5bin okunma
Bu kitab F. Kafkanın “Milena’ya mektuplar” kitabına bənzəyirdi. Hər iki baş obraz da evli bir qadına aşiq olub, onlara məktublar yazırdılar. Dərin sevgi məni hər zaman özünə çəkdiyi üçün kitabda xoşuma gələn yerlər çox oldu. Lakin bir tərəfdən də evli, başqasına aid olan birinə bu dərəcədə şiddətli hislər bəsləməyi qəribsəyirəm. Bəlkə də sadecə takıntıdır. Werther’də eynilə özünü, öz həyatını, öz maraqlarını kənara qoyaraq Charlotte’yə özünü adamışdı. Mənə görə insan özünü sevməzsə başqaları da onu sevməz.
Kitaba münasibətim neytraldır. Axıcı getdiyi üçün oxumağa dəyər. 7/10
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · Türkiye İş Bankası Kültür Yayınları · 2024149,9bin okunma
Məhəbbətin astanasında, cəmiyyətin kənarında, qəlbin tam ortasında dayanır. Ehtirasın alovu ilə yanarkən, soyuq baxışlarla mühakimə olunur. Qatar səsi yaxınlaşan qaçılmaz sonun kölgəsində Anna danışır, susur, xatırlayır. Bu anlatım kütlələrin susdurduğu bir qadının iç səsi ilə əks-səda verir. Bir ömür, bir məhəbbət, bir xəyal….
Anna KareninaLev Tolstoy · Əli və Nino və Qanun Nəşriyyatı · 201355,4bin okunma
George Orwel bu romanında totalitarizmin insanları necə təsir altında saxladığını, onların təkcə davranışlarına yox, həm də düşüncələrinə necə nüfuz edə bildiyini, insanları şüursuzlaşdırdıqlarını (manqurtlaşdırdıqlarını) ətraflı şəkildə izah etmişdir. Oxuduqca sanki həmin rejimi özüm də yaşayırdım. Baş qəhraman Uitson Smit partiyaya sadiq olduğunu göstərməyə çalışsa da, əslində ona nifrət edir və onun kimi düşünən digər insanların da olduğuna inanırdı. Əsərin gedişatında gerçəkliyi axtarmağa, sərbəstliyi və sevgini yaşamağa çalışmışdı. Culiya adlı qadınla münasibət qurmuş, birlikdə əxlaq qaydalarını pozaraq dünyada saxta ləyaqət, fəzilət kimi qələmə verilən hər şeyin məhv olmasını arzulayırdılar. Heyvani instinkt, idarəedilməz şəhvət duyğusu partiyanı parçalayıb dağıda biləcək yeganə qüvvə idi. İnandıqları insan fikir polisi əməkdaşı çıxanda yolları ayrılmış, totalitar rejimin işgəncələrinə məruz qalmışdılar. Uitson son ana qədər dirənmiş, insanın şüuruna nüfuz etməyin onun iradəsindən kənar olduğunu, insan ruhunun bir gün partiyanın tilsimini qıra biləcəyini müdafiə etmişdir. Şüurunu təslim edib, ruhunu isə toxunulmaz saxlayacağına ümid bəsləyirdi. Lakin totalitarizmin insana təzyiqi o qədər güclüdür ki, ən sonunda Uitson’un dirənci qırılmışdı. Onun daxilinə nüfuz etməyi bacarmışdılar. 2+2=5 olduğunu qəbullanmışdı, eyni zamanda o öz üzərində qələbə çalmışdı və o artıq Böyük Qardaşı sevirdi. Tam da doğru bir zamanda kəşf elədiyim və oxuduğum kitab oldu. Çooox bəyəndim, insanı bir müddət boş divarı seyr etməyə təşviq edir.
İlk stip ilə aldığım ilk kitab idi
Yaxın dostumla dostluğumuzu başladan kitab idi
Wulf Dorn’u kəşf etməyimə səbəb olan kitab idi, hətta realda sərgisinə belə getmişdik