"Mən sənə onu deyə bilərəm ki, insan həyatı boyu çox vaxt bir sevgiyə bağlanıb qalır. Sadəcə, çox vaxt... Bax bu, həqiqətdir. Məhəbbət möcüzədir. Amma sonunda iki nəfərdən biri üçün həmişə darıxdırıcı olur. O birisə heçnəsiz qalır yolun ortasında... Donub qalır və nəyi gözlədiyini də bilmir. Amma dəlilər kimi gözləyir, gözləyir..."
Sayfa 114·Kitabı okudu
-Qulaq as, Roza, sən özün məhəbbət barədə nə düşünürsən? Mən gözlərimi ona dikib soruşdum. - Mənə elə gəlir ki, bu işlərdə sənin təcrübən az deyil. Onun gülüşü qulaqlarımda əks-səda verdi: -Bu barədə mən danışmasam yaxşıdır, - gülüb qurtarandan sonra sakitcə dedi. - Məhəbbət ha... Ah mənim Arturum! Hər dəfə o əclafı xatırlayanda hiss eləyirəm ki, hələ də dizlərim əsir. Əgər ciddi bir şey eşitmək istəyirsənsə, Robbi, mən sənə onu deyə bilərəm ki,insan həyatı çox vaxt bir sevgiyə bağlanıb qalır. Sadəcə çox vaxt... Artur bunu mənə məndən ayrılmazdan bir qədər əvvəl dedi. Bax bu, həqiqətdir. Məhəbbət möcüzədir. Amma sonunda iki nəfərdən biri üçün həmişə darıxdırıcı olur. O birisə heçnəsiz qalır yolun ortasında... donub- qalır və nəyi gözlədiyinibdə bilmir. Amma dəlilər kimi gözləyir, gözləyir... - Başa düşdüm, - astaca dedim. - Sevgisiz adam məzuniyyətə çıxmış ölü kimi bir şeydir.
Reklam
İnsan həyatı çox vaxt bir sevgiyə bağlanıb qalır. Sadəcə, çox vaxt...
Sayfa 115