1000Kitap Logosu
Camal Cəfərov
Camal Cəfərov
Camal Cəfərov
TAKİP ET
Camal Cəfərov
@ironiyaof1k
Bu daş-kəsəkli yolda qatiləm.
Bakı
264 okur puanı
29 Tem 2020 tarihinde katıldı.
65
Kitap
53
İnceleme
538
Alıntı
26
İleti
Tanıdığın kimse takip etmiyor
Ortak okuduğunuz kitap bulunmuyor
Camal Cəfərov
Bəyaz Gecələr'i inceledi.
104 syf.
·
7 günde
·
Beğendi
·
8/10 puan
Fikrimcə, bu kitab üçün sadəcə müəyyən məlumatları versəm, bir az da öz düşüncələrimdən yazsam kifayət edər. Kitab ümumi 4 gecədən ibarətdir. 1-ci gecədə həyatı boyu yalnız yaşamış, çəkingən bir oğlanın Peterburq şəhərində öz, saf xoşbəxtliyi ilə boş küçələrdə hoppanıb düşməsi təsvir olunur. Sonra bir şablon aksiyon hadisəsi sayəsində Nastenka adlı bir qızı xilas edir, elə həmin andaca vurulur. Tanış olmaq üçün azca çabalayır və qız bir şərt qoyaraq növbəti gecə üçün görüşə razılıq verir. 2-ci gecədə də görüşürlər. Qız oğlanı tanımaq üçün ondan həyatını danışmasını istəyir. Oğlan da başlayır öz həyatını 3-cü şəxsin təkindən danışmağa: bu günə qədər necə yalnız yaşadığını, həyatının gözəl çağlarını necə itirdiyini və çox amma çox saf olan xəyallarını. Bu hissədə təxmini 15-20 səhifə tutur. Və mənə çox süni gəldi. Qıza həyatını danışma imkanını belə rahat əldə edə bilməsini bir qırağa qoyuram. Bunu anlaya bilmirəm ki, belə bir utancaq şəxs, həyatını necə sərbəst, kəsintisiz sevdiyi bir insana danışa bilər? Elə bil ibtidai sinif dərsliyinin "sinifdən xaric oxu" hissəsini oxuyurdu. Hə heç nə, oğlan danışıb bitirəndən sonra da qız deyir: "İndi hər şey mənə aydındır. Biz həmişə bir yerdə olacağıq; başıma nə hadisə gəlsə də, sizdən ayrılmayacağam." Güləkmi? Yəni bu qədər bəsit? Mənim üçün bədii kitablarda ən önəmli olan hissə onun dramatikliyidir. Azərbaycan tərcüməsi də sağolsun, bütün sarsıdıcı ola biləcək nitqi pərdələyib. Bundan sonra qız başlayır öz həyatını danışmağa. Gənc yaşlarında yaramazlıqlardan uzaq olsun deyə, onu sancaqla 7/24 yanına oturdan bir ədəd kor nənəsi vardır. Bu səbəbdən 17 yaşında bu qədər limitli həyata sahibdir. Bu danışıqda da, bir il öncə kirayənişinlərinin ona yardım etmə cəhdlərini, işin sonu olaraq da bir-birlərinə aşiq olduqlarını nəql edir. Sonra oğlan 1 illik səfərə çıxmalı olur, qayıdanda da münasibəti rəsmiləşdirməyi planlaşdırırlar, beləcə 1 il keçir, lakin oğlandan səs-səmir gəlmir. Qız da dərd çəkir, bu dönəmlərdə də elə məhz bizim bu utancaq oğlanla rastlaşır. Bu danışıq da, bundan öncəki kimi çox daha çox süni təsir bağışlayırdı, yenə də tərcüməyə bağlayıram bunu. Bu gecənin sonunda da oğlan Nastenkaya kömək etmək üçün onun səfərdən qayıtmalı olan sevgilisinə məktub yazır. 3-cü bəyaz gecədə, artıq məktub göndərilmişdi və ikisi də müəyyən saatda və müəyyən yerdə yanaşı oturub, məktubun ünvanlandığı şəxsi gözləyirdilər. Lakin vaxt çatanda o gəlmədi. Qız çox pis oldu. Oğlansa, təsəlli üçün, məktubu hələ də almadığını, bir neçə gün daha gözləməli olduqlarını dedi. Bu gecədəki hadisələrdə də oğlanın özünün qızı sevdiyi halda, qızın sevdiyi şəxsə qovuşması üçün necə də can yandırdığını görürük. Dialoqlarda da, qızın bunu duymasını və oğlana təmənnasız bu yaxşılığı edən ən yaxşı dost başlığını verdiyinin şahidi oluruq. Bu gecənin axırında isə kədərli olan tərəf oğlan olur çünki, hər şey də göründüyü kimi deyildir. 4-cü gecədə də həmçinin bir yerdə qızın sevgilisini gözlədilər, amma yenə də gəlmədi, sonunda onun Nastenkanı aldatdığını qəbullandılar. Nastenka bundan çox sarsıldı. Və zatən sarsılmış vəziyyətdə olan baş rol oğlanımız artıq dözə bilməyib içindəki bütün utanc duyduğu hisslərini qıza danışır, bu da uzun çəkir, sonra qız ayrı bir uzun və gözlənilməz danışıqla cavab verir. Maraqlı və xoş bir sonluq baş verəcəkdi ki, Dosto son anda ters köşe elədi. Sonluq yenə də özlüyündə xoşluğunu qorudu, lakin belə bir iyrənc tərcüməyə baxmayaraq sonda da olsa, sarsıldığımı etiraf edirəm. Bu sarsıntı üstüqapalı da olsa, kitabın sırf tərcüməyə görə bu hala düşdüyünü, Dostonun qələminin fövqəlliyini mənə göstərdi. Ötürdüyü mənalar, möhtəşəm təsviretmə və zərif melodramasına görə sizə də mütləq şəkildə tövsiyə edirəm. Lakin oxumaq üçün başqa bir dil seçsəniz kitabı sadaladığım özəllikləri və bütün şəffaflığı birgə oxumuş, özünüzə də yaxşılıq etmiş olarsınız.
Bəyaz Gecələr
8.2/10
· 38,5bin okunma
OKUYACAKLARIMA EKLE
13
Camal Cəfərov
Din Nə Deməkdir və Onun Mahiyyəti Nədir?'i inceledi.
144 syf.
·
14 günde
·
Beğendi
·
8/10 puan
Kitab Tolstoy'un din haqqında fikir yürütdüyü mənbələrin ordan burdan bir araya toplanmasından təşkil olunub. Və bir neçə hissədən ibarətdir: Din nə deməkdir və onun mahiyyəti nədir? ; Din və mənəviyyat; və s. İlk hissə Tosltoy'un dinin artıq öldüyü, elmin artıq dini əvəz etdiyi tipli düşüncələrin və dinin mahiyyətinin insanlar tərəfindən dəyişdirilib bayağılaşdırılmasının tənqidi ilə başlayır. Bir-neçə başdan-ayağa dinlərin tarixi və incəliklərindən ibarət olan kitablar oxumuşam. Demək olar ki, çoxunda tərifindənsə, hətta deyərdim ki, obyektiv baxışdansa, dinin tənqidinə daha çox üstünlük veriblər. Lakin Tolstoyun eyni məğzli düşüncələr toplusundan ibarət olan bu kitabda qoyduğu fərqli baxış bucaqları dinin törəmə yox, əsl üzünü və mahiyyətini aydınlığa çıxarır. Təbii tənqid hissəsi də var, xüsusilə xristianlığı, daha doğrusu korlanmış xristianlığın dünyanın ən iyrənc kokteyli olduğunu vurğulayır. Bunu, yəni sırf xristianlığın bu üzünü tənqid etməsini, özünün xristian mühitində böyüyüb, başa çatması ilə əlaqələndirirəm. Çünki hər halda xristianlıqda olan o qədər murdar hadisələr görməsi təbiidir. Digər dinləri araşdırmış olsa da, içində olmayıb, həmin dinlərin elə islamdan tutmuş yəhudiliyə hamısının içində bənzər hadisələr vardır. Gərək içində olub yaşayasan, görəsən. Eyni zamanda dırnaq içində özünü inanclı sayıb dini məhv edən şəxslərin də tənqidi böyük yer tutur. Etdiyi tənqidlərdən bəhs etdim, bir az da ümumi mövzuları buraya düzüm. Öncə dinin nə olmadığını, ardınca isə dinin nə olduğunu başa salır, dindarla dinsizin əxlaqi, mənəviyyat; və s. baxımından müqayisələrini edir. Dinin korlandıqdan sonra insanların təbəqələrə bölünmələrindən, ağa qul münasibətlərindən, həyatın qanunun insanların bir-biri üçün yaşamağa çalışmasından bir-biri ilə savaşmağa çalışmasına necə çevrildiyini xırdalayır. Başda hakimiyyət özü olmaq üzrə tarixçilərin, sosioloqların, bioloqların, hüquqşünasların, elm adamlarının, filosofların yayındığı sualları, gerçək dinin bərpasına çalışmaqdansa, sadəcə korlanmış dinə bir müdaxilə etmədiklərinə və buna görə dünyanın belə bir iyrənc bir hal aldığına görə onları qınayır. Hətta Nitsşenin tənqidinə ayrı bir paraqraf yaradılıb. Din və mənəviyyat başlıqlı ikinci hissədə Tolstoy ona gələn iki sualı cavablayır: • L.N.Tolstoy "din" sözü altında nəyi başa düşür? • L.N.Tolstoy dindən asılı olmayan mənəviyyatın mövcudluğunu mümkün hesab edirmi? Tolstoy da burda bu suallara baya ətraflı cavablar verir. Öncə din deyəndə başa düşülən üç baxış bucağı yazır və onları bənzətmələrlə, öz düşüncələri ilə geniş izah edir. Sonda da suallara cavabını bu yazıyla ümumiləşdirir: "Din insanın ayrıca bir fərd olaraq sonsuz dünyaya və onun yaranışına olan bəlli münasibətindən ibarətdir. Mənəviyyat isə, bu münasibətdən nəticə olaraq çıxır və insanın gündəlik həyatına rəhbərlik edir." Üçüncü hissədə hələ balaca bir uşağa din haqqında necə bəhs edilməli olduğundan danışır. Hələ bir şəxsin özünün dinin mahiyyətinə varmadan, ona öyrədilmiş cəfəngiyyatı eynilə uşağa öyrədib, aşılmasını böyük cinayət kimi görür. Və bu hissədəki bütün düşüncələri ilə birə-bir razıyam. Tamamilə haqlıdır, və sırf bu yazılara görə bu kitabı oxumağa dəyərdi. İndi də məlum, ətraf dinin nə olduğunu bilmədən onun əleyhinə və leyhinə danışan insanlarla doludur. Hətta onlardan bir neçə nəfər bu yazını oxuyur da, təəssüf anlamayacaqlar. Anladıqları, onlara öyrədilən dini təlimə riayət edərək, başqalarına da ötürərək, (xüsusilə də erkən dövrdən balaca, saf uşaqlara) bu yalanı yaşatmağa davam edəcəklər. Ona görə bəlkə bir-iki dənə tutar deyə, bu kitabı bu yazını oxuyan hər bir kəsə tövsiyə edirəm. Birilərini qəfəsdən aydınlığa çıxara bilərsə, nə xoş. Tolstoyun dinlə bağlı düşüncələrini ifadə etdiyi əsərlər senzura yasağı ucbatından çap edilməsə də, geniş çevrələrə yayılmağı bacarırdı. Belə bir yazıçının kilsə əleyhinə çıxışları və xristianlığın ortodoksal cərəyanı barədə yazdığı kəskin fikirlər, habelə, xristianlığa və ümumilikdə dinə özünəməxsus baxışı rus pravoslav kilsəsini qorxuya salmış və hiddətləndirmişdi. Kilsə böyükləri dahi yazıçının bu istiqamətdəki fəaliyyətini dayandırmadığını görüncə, onu dinsiz elan edərək kilsədən qovmuşdular. Tolstoy isə yalnız tövbə etməklə yenidən kilsəyə mənsubluğunu bərpa edə bilərdi. Ancaq Tolstoy bu qərara kəskin bir cavab yazmaqla tövbə etmək niyyətində olmadığını, kilsə ilə bütün əlaqələrini kəsdiyini vurğulamışdı. Kitabın elə məhz bu dördüncü hissəsində də, Tolstoy onunla bağlı çıxarılan bu qətnaməyə cavab vermək istəməsə də, ona gələn saysız-hesabsız nifrət məktubları ucbatından yazdığı izahatı görə bilirik. Dediyim kimi, bütün kitab boyu ruhanilərin tənqidinə artıqlaması ilə yer verilmişdir. "Ruhanilərə çağırış" adlanan sonuncu hissədə də, bir dəfəlik üzünü elə bu ruhanilərə tutur. Loru dildə desək, bütün demək istədiklərini üzlərinə deyir. Onlarla birə-bir söhbət aparır. Bu da fikrimcə faydalı, bir o qədər də təqdirdəlayiq bir iş idi. Tolstoy ömrü boyu çox fərqli məqamlarda, çox sayda müxtəlif baxış bucaqlarında yer alıb, ona görə apardığı müşahidələr çox ustacadır. Həqiqətən insanları, insanlığı belə dahicə analiz edən birini görməmişdim. Bunları da uzun uzadı bura yazardım, amma elə yerləşdirdiyim alıntılar sırayla oxunsa, müəyyən şeylərdən agah ola bilərsiz. Qəribədir, normalda insanlar həyata dindar başlayırlar, ardınca müxtəlif səbəblərdən dindən çıxırlar. Artıq bunu təbii bir hadisə kimi adlandırıram.Tolstoy da dindar olub, ardınca dindən uzaqlaşıb. Lakin sonda dinlə yenidən barışıq əldə edib. Həqiqətən çox qəribə və maraqlı bir hadisədir. Xüsusilə də Tosltoy'un bundan öncə oxuduğum "İtiraflarım" kitabının sonlarında qeyd etdiyi bu dinə qayıdış müəmmalı sonlanmışdı, daha aydın desəm, Tosltoy birdən dinə geri döndüyünü dedi lakin səbəbini və bununla bağlı düşüncələrini qeyd etmədi. Buna görə də fikrimcə, bu kitab bir növ Tolstoy'un İtiraflarım kitabını tamamlayır. Bu barədə fikirlərimi də qısaldıb bunu deyə bilərəm ki, özündə yaratdığı yeni perspektivdən eyni şeylərə yenidən baxdıqda, bu dəfə ağrılı, əzablı yox, möhtəşəm bir şeylərlə qarşılaşdı. Bu hissədə Tolstoyla tamamilə razılaşırammı? -yox. Peki, uztamağa ehtiyac varmı? - yox. Hər halda bu təqdirəlayiq bir şeydir. Bu kitabdakı yazılar da dinlə barışdıqdan sonrakı dönəmə aiddir. Xüsusilə dindən yeni çıxan, lakin boşluqdan çıxa bilməyənlərə fəlsəfəyə yönəlmədən qabaq Tolstoyun bu yazılarını oxumağa çağırıram, həqiqətən düzgün anlanıb tətbiq edilsə hər bir kəs içində Tanrı ilə barışıq əldə edə bilər. İndi bu yazdıqlarımı oxuyan dindən çıxmış şəxslərə boş yapıram kimi görsənəcəm (çün mənə də elə görsəndi:) lakin bu görüşlərlə tanış olmağa hər halda dəyərdi.
Din Nə Deməkdir və Onun Mahiyyəti Nədir?
OKUYACAKLARIMA EKLE
14
Camal Cəfərov
İtiraflarım'ı inceledi.
102 syf.
·
3 günde
·
Beğendi
·
9/10 puan
Kitabın arxa qapağına kitabı izah etmək üçün belə bir yazı yerləşdirilib: "Hristiyanlığın; hayatın varlığı ve anlamına tatmin edici bir cevap verememesi karşısında, geleneksel Ortodoks Hristiyanlığına olan inancını kaybeden Tolstoy, İtiriaflaırm'da hayatın ne olduğunu, neden ve nasıl yaşanabileceğini ve ölümü seçmenin en doğru yol olup olmadığını sorgular." Əgər ki, sonda 'sorgular' sözü yerinə 'izah eder', 'anlatır' tipli sözlər qoyulsaydı ən başdan müdaxiləni edərdim çünki kitabda Tolstoy bir çox insan kimi müəyyən inancla böyüdülməyinin ardınca şübhələr sayəsində, dindən çıxar və həyatın mənasız olduğunu ortaya qoyar. Beləcə yaşamağın da mənasız olduğunu etiraf edər. Burda da təbii ki, Albert Camus un "İntihar etirafla eyni güclüdür, əgər intihar edirsənsə, həyatın mənasız olduğunu özünə etiraf edirsən deməkdir." cümləsi yada düşür. Beləcə Tolstoy yaşamına son qoymamaq üçün bildiyimiz məna axtarışına çıxar. İlk öncə Tolstoy'un həmin zamandakı vəziyyətini daha yaxşı anlayasız deyə yazdığı bir alıntını bura buraxıram: "Soluk alabiliyor, yiyebiliyor, içebiliyor, uyuyabiliyordum. Ama yaşamıyordum, çünkü gerçekleştirmeyi mantıklı bulabileceğim hiçbir arzum yoktu. Hakikati bile bilmeyi arzu etmiyordum, çünkü hakikatin içeriğini tahmin edebiliyordum. Hakikat hayatın anlamsız olduğuydu. Sanki yaşayacağım kadar yaşamış, yürüyeceğim kadar yürümüştüm de bir uçurumun kenarına gelmiştim, önümde yok oluştan başka hiçbir şeyin olmadığı apaçık bir şekilde görebiliyordum. Durmam imkansızdı, geri dönmem imkansızdı, gözlerimi kapamam ya da önümde ıstıraptan ve ölüm gerçeğinden -tamamen yok oluştan başka hiçbir şeyin olmadığını görmezden gelmem imkansızdı. Üzerinde durduğum şeyin çökmüş olduğunu ve ayaklarımın altında hiçbir şeyin olmadığını hissediyordum. Üzerine hayatımı kurduğum o şey artık yoktu ve ondan geriye hiçbir şey kalmamıştı." Yatıb-yatıb birdən birə bu axtarışa çıxması mənə Necip Fazıl Kısakürek den bir misranı xatırlatdı: Tam otuz il saatım işləmiş, mən durmuşam; Göy üzündən xəbərsiz uçurtma uçurmuşam... Tolstoyun 40-lı yaşlarında bunları yaşayıb bu dərin, acılı dönəmlərdən keçdiyini yazırsa mən elə erkən yaşlarımdan bunları yaşamış və təkcə Albert Camus oxuyub özümə o qədər əziyyət verməmişdim. Hər halda Tolstoy'un Albert Camus oxuma kimi bir seçeneği yox idi, fərqli dövrlərdə yaşadıqlarına görə. Yenə də etdiyi araşdırmalar çox məna kəsb edir, həqiqətən çox sevdim. Demək indi də bir çox insanın etdiyi kimi, Tosltoy da dindən çıxdıqdan sonra ilk elm və fəlsəfəyə sığınır. Elm və fəlsəfə barədə araşdırmaları 2-3 paraqraf tutur, tam təfərrüatları ilə də yazmaq istəmirəm. Sokrates, Arthur SchopenhauerImmanuel Kant kimi bir neçə daha filosofun adlarının çəkildiyini desəm kifayətdir. Çünki fəlsəfə araşdırmasından sonra üzü ağ çıxmır Tolstoy. Hər bir araşdırmadan 0 eşittir 0 nəticəsini alır. Və deyir ki: "Bu şekilde felsefi bilgi hiçbir şeyi inkar etmemekle birlikte soruyu kendisinin çözemeyeceği yanıtını vermiş oluyordu. Felsefe için de bu sorunun yanıtı belirsizliğini koruyordu. Elmdə və fəlsəfədə bir izah tapa bilmədiyini üçün izahı ətrafındakı insanlar arasında tapmaq ümidi ilə həyatın içində axtarmağa başlayır. Bu təqdir ediləsi bir şeydir. Çünki əgər fəlsəfədə, elmdə kimlərinsə düşüncəsi üzrə düşünür və qərar verirsə, burda tam olaraq öz müşahidələri meydanda danışmalı idi. Beləliklə ətrafındakı özü kimi insanların necə yaşadıqlarını, onu ümidsizliyə aparan suallara qarşı vəziyyətlərinin nə olduğunu müşahidə etməyə başladı. Etdiyi araşdırmaların nəticəsi olaraq qərara gəldi ki, öz mühitindəki insanlar üçün içində olduğu dəhşətli məqamdan qurtulmanın 4 yolu var. Yollardan ilki cəhalətdir. Bu, yaşamın pislik və mənasızlıqdan ibarət olduğunu bilməmək və anlamamaqdan yaranır. Bu tip insanlar çoxunluqla qadınlar ya da çox gənc insanlardan ibarətdir. İkinci çıxış yolu "Epikürcülük"dür. Bu yol, yaşamın çarəsizliyi bilindiyi halda insanın sahib olduğu şeylərdən ən yaxşı şəkildə yararlanaraq heçlik düşüncələrindən uzaqlaşması deməkdir. Bir alıntı ilə bu yolu xüsusilə izah etmək istəyirəm, çünki az sonra üzərinə qayıdacam: "Ekmeğinizi mutlulukla yeyin ve şarabınızı neşeli bir yürekle için... Fani hayatınızın bütün günlerini mutlu yaşayın.. çünkü bu, hayattan ve yeryüzündeki yapıp ettiklerinizden payınıza düşendir. Eliniz yapmak için hangi işi bulursa, onu var gücünüzle yapın, çünkü gidecek olduğunuz mezarda ne bir iş, ne bir araç, ne bilgi, ne de bilgelik vardır." Üçüncü qaçış güc və enerji yoluyladır. Bu yol, insanın həyatını pis və mənasız olduğunu anlaması ilə birlikdə onu yox etməsi deməkdir. Bunun üçün də ayrı yollar vardır: boyun ətrafına keçirilən ip, su, qəlbə sancılan bir bıçaq ya da relslərdən keçməkdə olan bir qatar. Yəni ki, intihar. Dördüncü yol isə Tolstoyun dediyinə görə zəiflərin yolu idi. Həqiqəti görmək amma yaşamdan bir şey çıxmayacağını öncədən bilə-bilə, həyatdan yapışmaqdır bu yol. Bu tip insanlar ölümün yaşamaqdan daha yaxşı olduğunu bilirlər lakin özlərini öldürəcək gücün özlərində tapmadıqları üçün hər şeyi bildikləri halda həyatdan bir şeylər gözləyərək həyatlarına davam edərlər. Və anlaşılan qədəri ilə Tolstoy da bunlardan idi. Gerçəyi bildiyindən gözlərini yuma bilməyəcəyinə görə birinci yol Tolstoy üçün mənasız olur. Mənimsə ən çox toxunmaq istədiyim hissə 2-ci yol haqda Tolstoy'un düşüncələridir. Çünki mən özüm də bu yoldayam və fikirlərimin üst-üstə düşmədiyi məqamlar var. İlk öncə Tolstoy'un 2-ci yol haqda olan bütün düşüncələrini bura köçürürəm: • "Bizim çevremizdeki insanların çoğunluğu işte bu şekilde hayatı kendileri için yaşanılır kılmaktadır. Onların içinde bulundukları şartlar onlara sıkıntıdan çok refah getirmekte ve ahlaki yönden kalın kafalı oluşları da kendilerine üstün konumlarının raslantısal olduğunu, herkesin Süleyman gibi bin tane karısının ve saraylarının olmayacağını, bin karısı olan her bir kişi için bir tane karısı olmayan bin kişi olduğunu, her bir saray için onu alınlarından terler damlayarak inşa etmek zorunda olan bin kişi olduğunu unutturabilmektedir." • "En esası bu gün ya da yarın, bütün zevkleri yok edecek olan hastalığın, yaşlılığın ve ölümün kaçınılmazlığını unutabilmelerini sağlamakatadır." • "Bu insanların bazılarının düşüncelerinin ve hayal güçlerinin darlığının pozitif düşünce dedikleri bir felsefe olduğunu söyleseler de bu, onları benim gözümde, o soruyu görmezden gelmek için balı yalayanların mertebesinden başka bir yere koymaz. Ben bu insanlar gibi davranmazdım, onların hayal güçlerinin kıtlığı bende olmadığı için böyle bir darlığı kendimde yapay olarak oluşturamazdım." • "İkinci yol geleceği düşünmeden hayatın nimetlerinden olduğu gibi yararlanmaya bakmaktı. Ben bunu yapamazdım. Yaşlılığın, acının ve ölümün var olduğunu bile-bile gezintiye çıkamazdım. Hayal güçüm çok kuvvetliydi, ne de talihin yaşamıma zevk katan anlık rastlantılarına sevinebilirdim." Tolstoyun bu yola atdığı diss'lər bu qədər. İndi rediss zamanı. Deməli ilk olaraq bu yolda olanların əxlaqi yöndən aşağı olduqlarını vurğulayaraq özləri həzz və xoşbəxtlik içində olarkən eyni zamanda dünyada səfil həyat yaşayan və bu məqama gələ bilməyəcək olan insanların unudulmasını qaralayır. Hər halda Tolstoy bu dörd yol haqda olan fikirləri dindən çıxdıqdan sonra bura buraxdığını və əxlaqi cəhətdən heç kimə söz atma hüququnun olmadığını unudur. Doğrudur, vicdanlı olmaq dinə baxmır və zatən vicdanlı olanlar nəzərdə tutulan səfil insanlar üçün vəzifələri olmasa da yardımlarını edəcək, yəni həyatı özləri üçün həzz yerinə çevirə bilirlərsə eyni zamanda onlara da yardım etmək iqtidarındadırlar. Burda problem yoxdu, qəribə olan odur ki, kitabın əvvəlində Tosltoy əxlaqi cəhətdən necə düşük biri olduğunu etiraf edib, və bu yolda olan insanlara söz atarkən sırf bu maddədən istifadə etməsini düzgün görmürəm. Sonra üçüncü yazıda tənqid edir ki, xoşbəxt həyat sürsələr də suallardan qaçırlar. Yəni burda sualların qulu olub min bir əziyyət çəkməyi böyük ali vəzifə kimi görür və bu çox gülməlidir. İkinci yazıda xəstəliyin gəlib bütün həzləri aparacağını deyir, bu da çox gülüncdür çünki hansı yolda olursansa ol, ölüm, xəstəlik zatən gələcək, əsas onlar gələnə qədər necə yaşadığın olmalıdır. 4-cü yazıda da həmçinin ölümün, acının varlığına görə xoşbəxtlikdən məhrum olmağa çağırır. Burda bildiyin qapalı da olsa ömrünün sonuna qədər ölümün, heçliyin qayğısını çəkməyi tərifləyir. Gələcək qayğılara görə əzab çəkməkdənsə, anın dadını çıxararam daha yaxşı. Bir də xəyal gücünü tərifləyir djjdks. Nəysə bu haqda daha da bir şey demək istəmirəm və Albert Camus 'un düşüncəsi ilə Tosltoy'un bu yol haqdakı tənqidlərinin absurd olduğunu bir daha rəsmiləşdirirəm: "Ölümlə bitən həyat mənasızdır, bəli. Buna şübhə yoxdur. Lakin, həyat ölümlə bitir deyə gözümüzü, ürəyimizi bu yaşanılası Dünyanın gözəlliklərinə, bunların yanında insanların iztirablarına, çarəsizliklərinə bağlayacağıq? Əgər yaşayırıqsa yaşadığımız müddətdə xoşbəxt olmağa, sağımızda-solumuzda xoşbəxtlik yaratmağa çalışmalıyıq. "Xoşbəxtlik bir yerdə və hər yerdə heç nə gözləmədən Dünyanı, insanları sevməkdir" deyir Albert Camus . Bu qədər. Deməli toxunmaq istədiyim başqa şey də hər bir paraqrafdan sonra Tolstoy'un intihar etmə arzularıdır. Həm də kəşf etdiyi 4 yoldan olan 3-cüsü: İntihar. İndi az öncə ikinci yol barəsində Tosltoy'la etdiyim "fikir mübadiləsi"ni 3cü yolda edəcəm. Yenə ilk Tosltoy'un üçüncü yol barəsindəki düşüncələrini buraxıram buraya. • "Olağan dışı bir şekilde güçlü ve tutarlı olan insanlar böyle haraket ederler. Kendilerine aptalca bir şaka oynandığını, ölmenin yaşamaktan daha iyi olduğunu ve hiç var olmamanın en iyisi olduğunu anlayan bu insanlar gerçeği neyse onu yapar ve derhal bu aptal şakaya bir son verir. • "Bizim çevremizden bu şekilde haraket edenlerin sayısı gitgide artmakta ve bu insanlar bunu çoğunlukla zekalarının en kıvrak olduğu ve aklı zayıflatan bazı alışkanlıkların henüz edinilmediği, hayatlarının o en güzel döneminde yapmaktadırlar. En saygın kaçış yolunun bu olduğunu anladım ve bir daha bu yolu seçmek istedim." Deməli gördüyünüz kimi Tolstoy intiharın ən saygın yol olduğunu deyir və bunu yalnız güclülərin edə bildiyini, edə bilməyənlərin artıq dördüncü qrupa aid olduğunu deyir. Amma məncə, gücü ortaya salması bir az mənasız olur. Yenə də istər-istəməz Albert Camus 'dan bir alıntı gətirməliyəm: "Yaşamaq, intihar üçün lazım olandan daha çox mərdlik tələb edir." Hər halda bütün iztirablara baxmayaraq, yaşamaq, yaxud ondan imtina etmək sualına cavab verərək yaşamaq və fikirləşmək lazımdır ki, Tolstoy'un çəkdiyi əziyyət bir az mənəvidir, bu əziyyəti həm ruhən, həm də fiziki və maddi cəhətdən yaşayan insanlarda var yəni. Qəribədir ki, Tolstoy kitab boyunca intihar düşüncəsi üzərinə bu qədər çöküb qalır, çünki mən adi Albert Camus 'un Sizif Haqqında Mif kitabını oxuyan kimi intiharın o yol olmadığını anlamışdım. Həmin kitabın incelemesine də hətta qeyd etmişəm o haqda yenə də bura da yazım. Deməli kitabın axırlarına yaxın Friedrich NietzscheFyodor Dostoyevski'dən də bəhs edirdi. Və onların fikirlərindən (N: Tanrını öldürdük, D: Tanrı yoxdursa, onda mən Tanrıyam) bir düşüncə başladır və ucunu bəzi intiharlara bağlayır. Demək deyir: "Tanrı yoxdursa, İncildə deyilən əbədi həyat dünyada reallaşır." Yəni özün Tanrı olursan. (Tanrı olmaq - azad olmaq). Sonra da deyir "insanın özünü reallaşdırması üçün bu kifayət edirsə onda intihar nəyə lazımdı? Yenicə azadlıq əldə edəndən sonra niyə özünü öldürərək bu dünyanı tərk edəsən?" Ən maraqlısı da odur ki, necə olur da Tolstoy o qədər yol qət edir bir bunun fərqinə vara bilmir amma. Sonra üç şeyi tespit ki, məncə bu Tolstoy'un bu yolda ən böyük zəfərlərindəndir. Üçünü də alıntı olaraq bura qoyuram yenə: 1)Ben, yani benim aklım, hayatın anlamsız olduğunu kabul etti. Eğer akıldan üstün bir şey yoksa (ki yok, olduğunu kimse kanıtlayamaz), bu durumda benim için yaşamın yaratıcısı akıldır. Akıl var olmamış olsaydı, benim için yaşam diye bir şey olmayacaktı. O halde yaşamın var edicisi akılken, akıl nasıl olur da yaşamı geri çevirebilir? Ya da başka bir şekilde söyleyecek olursak: yaşam olmasaydı, aklım olmayacaktı, bu yüzden akıl yaşamın oğludur. Yaşam her şeydir. Akıl onun meyvesidir, ne var ki akıl yaşamın kendisini reddetmektedir! Bu noktada bir şeylerin yanlış olduğunu hissettim. 2)Eğer yaşamak ve yaşamın anlamını kavramak istiyorsam bu anlamı, onu yitirenlerin ve kendilerini öldürmek isteyenlerin arasında değil de yaşamın kendisini oluşturan, kendi hayatlarının ve de bizim hayatlarımızın yükünü sırtlanmış olan, geçmişin ve günümüzün milyarları arasında aramam gerektiğini en azından içgüdüsel olarak hissettim. 3)Ölmeye ve dirilmeye dair yüzlerce olay hatırladım. Gördüm ki ben yalnızca Tanrı'ya inandığımda yaşıyordum. Tanrı'yı düşünmem yetiyordu, o zaman hemen diriliyordum. O'nu unuttuğum, O'na inanmadığım zamanlarda ise, yaşam da yok oluyordu. Yaşamın bu diriliş ve ölümleri neydi? Tanrı'nın varlığına inancı kaybettiğimde, sanki yaşamla ilgili bağlarım da kopuyordu. Tanrı'yı bulmak konusunda az da olsa umudum olmasa, yaşamıma çoktan son verirdim. Fakat yaşıyordum. O'nu hissettiğim ve O'nu aradığım zaman yaşıyordum. Öyleyse, O vardır. O, O'nsuz yaşanmayan şeydir. Bu yazıların hamısını oxuyandan sonra özüm də ümidlənirdim ki, artıq bir çıxış yolu, rahat ola biləcəyi bir yol tapacaq. Xüsusilə də üçüncü alıntıdan sonra, çünki O'nun mövcud olması üçün sırf hansısa dinə filan sığınmağa ehtiyac qalmırdı. Birincidə də çox düzgün fikir mübadiləsi aparıb özü ilə, yəni varoluşun anlamına dair. Peki ya bunlar qala-qala Tosltoy babamız nə etdi? Daha öncə də içində olub, bütün həqiqətləri bildiyi halda dinə qayıtdı. Daha doğrusu inanca qayıtdı. Varoluşu ancaq inancın cavabladığını hayqırdı. Ee nolsun? Bu suallara görə həyatını bu hala salmağa dəyərmiydi? Ən çox da Tolstoy'a ona görə yazığım gəldi ki, bunca yol gəlməsinə rəğmən sonda bir şey çıxara bilmədi və dinin, inancın içində olarkən gördüyü iyrənc, dəhşətəgətirici hadisələrin içində sovrulub getdi. Olduğuna zərrə inamım yoxdu, amma yenə də sonuna qədər oxuyan biriləri oldusa, çəkdikləri əziyyətə görə təşəkkür edirəm. İncelemede də mənə ruhdaşlıq edən Albert Camus 'a da həmçinin. Elə onun "Həyat mənasızdır, amma həyatda məna axtarışı özü mənasızdır" düşüncəsini Sigmund Freud 'un "Əgər bir insan həyatın mənasını axtarır və onun dəyərlərini araşdırırsa, deməli o xəstədir" deyimi ilə möhkəmləndirib, Lev Tolstoy un da ən böyük və kitabı təşkil edən etirafının "Bütün dəlilər kimi mən də özümdən başqa hər kəsə dəli deyirdim" cümləsiylə özünün dəli olduğunu etiraf etməsi olduğunu bildirərək incelemeni bitirirəm.
İtiraflarım
8.4/10
· 12,9bin okunma
OKUYACAKLARIMA EKLE
27
Camal Cəfərov
Üç Ölüm'ü inceledi.
116 syf.
·
3 günde
·
8/10 puan
Kitab 5 hekayədən ibarətdir. Holstomer, Çömlek Alyoşa, Balodan sonra, Köyde şarkılar və Üç ölüm Holstomer hekayəsində bir atın ağrılı həyat hekayəsi danışılır. Uşaqlıqdan çəkdiyi əziyyətlər filan.Tolstoya başlamamışdan qabaq Mihail Bulgakov un Genç Bir Doktorun Anıları kitabını oxumuşdum və bu hekayəni oxuyarkən ordan bir alıntı yadıma düşdü: #136868562. O zaman oxuyarkən tam anlamamışdım, ümumiyyətlə ilk öncə hekayədən asılı olmayaraq Tolstoyun kitablarına əzab, əziyyət, ağrılı həyat səhnələrini qatdığını bildiyim üçün, səbəbi də bu bilirdim. Lakin bu hekayəni oxuyandan sonra daha da aydınlandım, nəzərdə tutduğu "öykü" buymuş və sırf atların çəkdiyi əziyyətdən bəhs edirdi. Baş roldakı at (Holstomer) həyatı boyu əzilərkən, əldən ələ keçərkən insanlar və atlarla bağlı bir çox müşahidə etmə imkanı qazanıb. Cinsi fərqli olduğuna görə və bir qüsuru olduğundan daima atlar arasında aşağılanan və insanlar tərəfindən daima incidilən Holstomer bütün düşüncələrini, uşaqlıqdan bəri keçirdiyi hissləri öz diliylə çatdırır. Bu sarsıcı və içində bir çox həqiqətlər təşkil edən danışıq sonluğunu tam anlamasam da hekayəni gözümdə ona on etdi. İkinci hekayə Alyoşa adlı şən bir uşağın qısa həyatının qısa hekayəsini təşkil edir. Alyoşa lap uşaqlıqdan kənd gəncləri üçün məzə mərkəzi idi. Hamı bunu məsxərəyə qoyardı. Anası tərəfindən də döyülər, oxudulmaz, bunun əvəzində isə 6 yaşından bəri işlədilərdi. Normalda qıraqdan ağrılı uşaqlıq və həyat kimi görünür, lakin kitabda da deyildiyi kimi "Her zaman neşeliydi. Çocuklar haline güldüğünde ya susar, ya da onlara katılırdı." Elə 19 yaşında da ailəsi tərəfindən bir mülkədarın evinə qulluqçu olaraq göndərilir. Qüvvətli biri olmasa da, hər deyiləni edirdi. Çox nəzakətli davranışla qarşılaşmasa da, 'koşuyor, hallediyor, bakıyor, unutmuyor, her şeye yetişiyor, daima gülümsüyordu.' Sonra gün gəlir bir aşçıya vurulur, qulağını dartıllar filan, təsirli sonluqla da bitir. Çox qısa hekayə olduğundan bundan sonra nə desəm artıq spoiler olacaq, ona görə susuram daha. Digər hekayədə isə bir məclis zamanı İvan Vasilyeviç camaata gənclik xatirələrindən danışır. Bir gün olduğu baloda ilk dəfə aşiq oluşu və balodan sonra baş verən hadisələrdən sonra bunun əriyib gedişi. Elə də sevmədim. Dördüncü hekayədə də 4-5 gəncin əsgərliyə yola salınan zaman bir rus kəndinin təsviri yer alır: adət ənənələr, çalınan mahnılar, saxlanılan matəmlər, anaların iniltiləri və başqa incə detallar. Sonda da ortaya bütün bu olanlara faciəvi bir baxış bucağı atılır. Son olaraq kitaba da adını verən "Üç ölüm" hekayəsi 3 hissədən ibarətdi və hər birində 3 canlının ölümündən bəhs edilir. Birincisi öləcəyini özündən də gizlətdikləri ağciyər xəstəliyinə tutulmuş bir qadın. İkincisi heç bir kəsi olmayan bir yaşlı fəhlə, üçüncüsü isə ağac. Birinci hissədə qadının öləcəyinin fərqində olduğu zaman etdiyi nitq sarsıcı idi. İkinci hissədə bütün varlığı ilə yalnız qalmış kişinin Tanrıya sığınaraq, fərqində ola-ola, ölümün gəlişini hiss edə-edə ölməsinin təsviri çox təsirli idi. Bu mənə Albert Camus'un Xoşbəxt Ölüm kitabının ikinci hissəsi olan "Şüurlu ölüm" parçasını xatırlatdı. Üçüncü ölüm olan ağacın çöküşü isə Tolstoyun bir şeyi unutmadığını və vacib bir şey kimi əsərlərinə yansıtdığı təbiətin şahidi oluruq. Bu hissəni oxuyarkəndə yenə Albert Camus dan bir alıntı yadıma düşdü: Əgər mən ağac olsaydım. Onda mənim üçün həyatın mənası olardı. Daha dəqiq ifadə etsək, mənim üçün mahiyyəti problemi aradan qalxardı və mən bu dünyanın bir hissəsinə çevrilərdim..
Üç Ölüm
7.3/10
· 2.333 okunma
OKUYACAKLARIMA EKLE
18
Camal Cəfərov
İvan İlyiç'in Ölümü'ü inceledi.
88 syf.
·
1 günde
·
Beğendi
·
8/10 puan
"İvan İlyiç'in öldüğünü öğrenir-öğrenmez odadakı bayların ilk aklına gelen bu ölümün kendilerinin ve tanıdıklarının makam değiştirmesi, rütbece yükselmesi bakımından ne gibi bir etkisinin olucağıydı." Kitabın başlığından olan bu parça ən başdan bizə insanların birinin ölümünə qarşı necə laqeyd olduqlarını, üzüləndə belə ilk öncə özlərini düşünərək 'üzüldüklərini" göstərir. "Neyseki ben ölmedim de o öldü, bak ben yaşıyorum." tipli düşüncəli insanlarla dolu bir həyat.. Hətta həyat yoldaşı belə cənazə günündə dul aylığı ilə maraqlanırdı. Ölümə toplumun reaksiyası və cənazədən sonra İvan İlyiçin həyatından bəhs edir. Çox da içi mesajdolu, maraqlı bir həyat hekayəsi idi. Hüquq fakültəsində oxumuş, çox istedadlı, ədəbli, nə istədiyini bilən, alicənab, dürüst, nəzakətli, özü və sevdikləri üçün yaşayan, fədəkar, heç kimi qıra bilməyəcək qədər tatlımı tatlı, vicdanı üzündən çox sayda haqsızlığa uğramış bir obraz. Şəxsiyyətini çox sevdim. Hətta rastlaşdığım roman qəhrəmanlarından ən sevdiklərim arasına girdi İvan İlyiç. Təbii, mənfi xüsusiyyətlərinin sayı da az deyildi, lakin yazmayacağam bura:) Çox uzatmaq istəmirəm məzmunu, demək xəstəliyə tutulandan sonra da apardığı mübarizə, ağrıları, ölüm haqda amansız düşüncələri bir yerdə ümidsizliyə çevrilməyə başladı. Dəhşətli ağrılar və iniltilərlə birlikdə mənəvi ağrılar da çəkdi ömrünün sonlarında. Həmin yataqda ətrafındakı insanlara qərəzsiz atdığı baxışı, artıq dəyərsizləşmiş xatirələri elə sarsıdıcı bir şəkildə təsvir edib ki, Tolstoy.. bu gün oxuduğum digər iki kitabından sonra yaranan önyarğını məhv etməyi bacardı bu kitab. Möhtəşəm.
İvan İlyiç'in Ölümü
8.3/10
· 20,6bin okunma
OKUYACAKLARIMA EKLE
17
Camal Cəfərov
İnsan Nə İlə Yaşayır?'ı inceledi.
80 syf.
·
1 günde
·
6/10 puan
Kitab Semyon adlı səfil bir o qədər də vicdanlı çəkməcinin evə dönərkən kilsənin bir küncündə qəribə biri ilə rastlaşması ilə başlayır. Kişi qəribin halına acıyıb onu evinə aparır, evdəki son çörək tikələrini belə ona verirlər. Ondan niyə bu halda olduğunu soruşanda isə sadəcə Tanrının cəzalandırdığını söyləyir. Gördüyü yaxşılıq qarşısında gənc də bir işin ucundan tutub bu səfil ailəyə yardım etməyə başlamışdı, hətta xoş güzərana çıxarır onları. Ardınca da missiyalarını yerinə yetirmək üçün Yerə göndərilən bir mələk olduğu aydınlaşır. Beləcə nağılvari hadisələr də baş verir. Açığını deyim kitab bir mənalı qarşılanmasa da bir az uşaq ədəbiyyatı kimi gəldi mənə, yenə də Tolstoya başlamışamsa, xırda-xuruş əsərlərini oxumağı lazım bildim. Bir də kitabı oxuyarkən Qaraqan:ın "Mələk" romanı xatirimə gəldi. İki kitab da göydən düşən bir mələk üzərinə qurulub. Tolstoy mələyi gənc bir oğlana, Qaraqan isə gözəllər gözəli bir qadına bənzədir. Hər halda kitablar arasında olan fərqləri bura yazsam saatlar çəkər. Bir bunu demək istəyirəm ki, düşdüyü ərazidən, dövrdən və insanlardan asılı olaraq uyğun nisbətdə Mələk romanındakı mələyin fonunda göstərilən reallıqların və mənaların sayı daha çox idi. Burda göstərilən yeganə şey isə yalnız: sevgi, sevgi, bir də şey, sevgi
İnsan Nə İlə Yaşayır?
8.5/10
· 107,3bin okunma
OKUYACAKLARIMA EKLE
18
80 syf.
·
1 günde
·
7/10 puan
Gələcəyi parlaq olan Yevgeni adlı Hüquq fakültəsi tələbəsi bir gün atasının ölümünə görə kəndə gedər və onun borclarını ödəmək üçün məcburi orda qalar. Və bu 16 yaşından bəri düzənli olaraq qadınlarla əlaqəyə girən gənc üçün baha başa gəlir. Çünki orda nə qadın nə də şərait var idi. Nəfsinə də artıq hakim dura bilmirdi, üstəlik bir də bunu sağlamlığı üçün şərt saydığından bir təhər qarovulçu vasitəsilə bir qadını kəndə gətirməyi bacardı. Və bu adət halını almağa başladı. Lakin bir gün evlənməyi qərara alır, dolayı yolla da bu cür əlaqələrin başını buraxır. Lakin bir təsadüf nəticəsilə evlənəndən sonra evlərində xidmətçilərdən biri əvvəllər davamlı əlaqədə olduğu bir qadın olur. Evlənəndən bəri artıq canının qurtardığını fikirləşdiyi bu murdar hissin yenidən baş qaldırması onu dəhşətli dərəcədə kədərləndirir. Bu hissdən azad olduğuna görə qəlbində dəfələrlə sevinmişdi və budur, son dərəcə əhəmiyyətsiz görünən bir təsadüf açıb göstərdi ki, demə azad olmayıbmış bu hissdən. Yenə də ona baş əyməyib, bu hissi boğub məhv eləyəcəyinə qəlbində tamamilə əmin idi. Və beləcə nəfsilə, başqa adla desək şeytanla mübarizəsi başlayır. Amma və lakin özünün xəbəri olmasa da artıq bir şeylə mübarizədə uduzmuşdu: xəyanət. O hər halda düşünmürdü ki, xəyanət təkcə gizlicə başqa qadınla görüşmək deyil.. İçində iblis xisləti gəzdirə-gəzdirə səni sevən qadına özünü mələk kimi tanıtmaq, onu aldatmaq xəyanət deyilmi? Buna görə artıq sadəcə özünü qurtarmaq üçün çalışmalı idi, xəyanətlə (nəfslə) mübarizədə ən başdan məğlub olmuşdu. Özünü isə şəhvət və bunun gətirdiyi əzablardan qurtarıb qurta bilməyəcəyini danışmayacağam, oxusaz görəssiz. Sonu maraqlı idi. Kitabda türk seriallarını xatırladan birdən çox səhnələr olsa da hamısı bizə çox şeyi açır: o dövrdə qadınların nəfsi zəifliyi və itaətkarlığı, indi də demək olar ki, hər bir kəsin içində olan nəfs, şeytan, ona baş əymələri, qısqanclıq.. Pis deyildi. Ən azından Tolstoydan oxuduğum ilk kitab olduğuna görə özümü buna inandırıram:)
Şeytan
8.1/10
· 2.286 okunma
OKUYACAKLARIMA EKLE
6