1000Kitap Logosu
Camal Cəfərov
Camal Cəfərov
Camal Cəfərov
TAKİP ET
Camal Cəfərov
@ironiyaof1k
Bu daş-kəsəkli yolda qatiləm.
Bakı
257 okur puanı
29 Tem 2020 tarihinde katıldı.
63
Kitap
52
İnceleme
515
Alıntı
23
İleti
Tanıdığın kimse takip etmiyor
Ortak okuduğunuz kitap bulunmuyor
Toplumda ağalıq eləyən bu "inanc aşılayanların" isə adamların köləliyindən yararlanaraq öz həyatlarındakı boşluğu doldurmağa çalışır, özlərinin ağılsız və gen-bol dəbdəbələri içində əylənməklə ömür sürürlər. Bütün bu var-dövləti isə yalnız insanları köləlişdirməklə əldə eləyirlər; bu zənginliyin daha da artırılması isə insanların daha da artıq kölələşməyi ilə yarana bilir, axı yalnız aclıq və ehtiyac içində yaşayan insanlar onların özlərinə deyil, ağalarına gərək olan işlərə bütün ömürlərini sərf eləməklə razılaşa bilərlər.
15
Bugünkü dünyamızın insanları heç bir inancı olmadan yaşayırlar. İnsanların bir bölüyü (oxumuşlar, azlıqda olan varlılar) kilsənin insanlara aşıladığı korlanmış dini təlimin təsirindən qurtularaq, artıq heç nəyə inanmır, istənilən inancı ya qanmazlıq sayır, ya da kütləni itaətdə saxlamaq üçün gərəkli bir yaraq hesab eləyirlər. İnsanların yoxsulluq və savadsızlıq içərisində yaşayan böyük çoxluğu isə hipnoz altında yaşayır, onlara inanc adı ilə aşılanan dini təlimin gerçək inanc olduğunu düşünür. Öz əlində hipnoz eləmə vasitələrini saxlayan azlığın və hipnoz altında yaşayan çoxluğun toplusundan yaranan bu həyat isə, istər azlıqda qalaraq ağalıq eləyənlərin amansızlıq və əxlaqsızlığı ilə, istərsə də, çoxluqda olan zəhmətkeş kütlənin əzilməsi və başdan çıxarılması ilə çox qorxuncdur. Təsəvvür edin xalqın böyük çoxluğunu təşkil edənlər, onlara aşılanan bu uydurmalara inanır və bu yalanları onlara aşılayan, ancaq özləri heç nəyə inanmayan azlığa kölə sədaqəti ilə boyun əyir, onlara ağalıq eləyən bu yalançıların istəyinə uyğun davranırlar.
12
Hansısa dini təlim insanın dünyadakı yerini anlaşılmaz bir şəkildə müəyyən edirsə, bununla da onun həyatı anlamasına aydınlıq gətirmək yerinə, bununla bağlı olan düşüncələrini bir az da artıq dolaşdırırsa, onda bu təlimə doğruçu inanc demək olmaz, bu ən azından, özünün başlıca dəyərini itirmək dərəcəsinə qədər korlanmış inancdan başqa bir şey deyil.
10
2
...
745 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.