Həsən Əliyev

Həsən Əliyev
@isbadofme
24 Aralık 2003
39 okur puanı
Nisan 2021 tarihinde katıldı
Sahalara geri döndüm
10/10
·304 syf.··
2024 8. kitabı
·
3 günde okudu
·
Okunma: 29 Ağustos 2024 12:34
Əslində kitabım da yox idi oxumağa, əlimdə olanlar da hansısa seriyaya aid kitablar olduğu üçün davam kitablarını almaq lazımdı, həm də insan uzun müddət oxumayanda həvəsi itir. Ona görə də ilk kitabımı 2 günə yeyib bitirdim. Mən belə kitablara "əyləndirərək düşündürən" deyirəm və özlüyümdə ən sevdiyim tərzdi mənimçün bu, klassikləri oxumağa çəkinməyimin səbəbi də budu, mənimçün vacib olan "əylənmək". Nə isə keçək kitaba. Əsərdə Momo adlı 10-12 yaşlarında qız obrazımız günümüzdə insanlarda çox az rastlanan "dinləmək" xüsusiyyətinə sahibdir. Əsəri oxuyanda sanki uşaq kitabı oxuyurmuş kimi olur insan, amma üzərində düşünəndə çox mesajlar verir insana Michael Ende. Bu tərzinə görə "Balaca Şahzadə"yə bənzəyir, amma "Balaca Şahzadə" çox şişirdilir, mənə görə. Kitabda "duman adamlar" adlandırılan insanabənzər məxluqlar, zamanını verimli keçirtməyən, zamanının azlığından şikayət edən insanlara zamanlarına müəyyən məşğuliyyətlərini təxirə salmaqla, işlərini tez bitirməklə və s. qənaət etməyi təklif edirlər və bu yolla yaşamlarını sürdürürlər. Belə yaşamağın insanların həyatını necə dəyişdirdiyini oxuyacaqsız kitabda. Oxuyarkən bu dəyişiklikləri günümüz dünyası ilə müqayisə etməyi unutmayın. Zamanımızı keyfiyyətli yaşamaq diləyilə.
MomoMichael Ende · Pegasus Yayınları · 201782,1bin okunma
8/10
·424 syf.··
2024 6. kitabı
·
14 günde okudu
·
Okunma: 18 Şubat 2024 01:17
Kitab çıxandan bəri haqqında bir-birinə zidd fikirlər duyurdum, Facebook qruplarında hətta çox insan görürdüm, deyirdilər ki, əsər "klişe" fikirlərdən ibarətdir, başqa kitablardan oğurlanıb və s. O zaman sizə bir sual verim: motivasiya tipli kitablar niyə kifayət qədər oxunur? Yəni insanı maksimum nə qədər, hansı üsullarla motivasiya etmək olar ki?) Və ya bir fikir çox insan tərəfindən, əxlaqi meyarlara uyğun olaraq düz hesab edilirsə, yazıçı fərqli yazmaqçün onu səhvmi göstərməlidi? Qısası deməyim odu ki, insan hissləri, niyə intihar doğru seçim deyil, müharibə, sevgi, yarım qalmış arzular, din və s. "klişe" mövzulardısa o zaman gərək kitabların yarısını ayırıb tullasınlar. Bu mövhumlar əksər kitablarda yer alır, əsas məsələ bunların insana necə çatdırıldığıdır, insanda hansı duyğular yaratdığıdır, nə qədər dərindən təsir etdiyidir. Yerli yazıçımız da, məncə, kifayət qədər geniş fantaziyası ilə bunu bacarıb, indiyə qədər oxşarını görmədiyim bir iş ortaya çıxarıb. Ən sevdiyim hissə kitablar haqqında obrazımızın dediyi fikirlərin yer aldığı bölümlər idi. Kitabdan həmçinin kifayət qədər yeni məlumatlar öyrənmək mümkündür, yazıçı Bosniya və Herseqovinanı elə təsvir edib ki, getməyim gəldi lap. Bir az bəyənmədiyim, bəzən təkrar mövzulara toxunulurdu kitabda, bir də bu janrın oxuyucusu deyiləm.
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,798 okunma
10/10
·287 syf.··
2024 5. kitabı
Dostlarım bilir ki, daha çox epik-fantastik tərzdə kitablar oxumağı xoşlayıram, özüm də ən azından belə düşünürəm, amma emosiya dolu əsərləri - "Çərpələng uçuran", "Mənim Payım" və s. - də oxumaqdan zövq alıram. Ona görə əslində sıxılacağımı gözlədiyim bu əsər məni çox təəccübləndirdi, bununla da kifayətlənmədi, bəlkə gələcəkdə - daha çox kitab oxuyanda- qurmağı xəyal etdiyim top 10 siyahıma daxil oldu, buna əminəm. Sadəcə emosiya dolu əsər deyildi bu, "Həyat kitabı" idi mənimçün. Üz qabığını sevdiyim üçün (Koridor yayınlarının üzü qırmızı parçadandı) bu nəşri aldım. Yazı stili, Türkiyə türklərinin keçən əsrdə işlətdiyi əksər sözlərin səhifənin altında verilmiş qeydlərə baxmadan belə dilimizdə mövcud olub anlaşılması ayrı zövq verirdi. Kitabdan "alıntı" paylaşmadım, bu da mənim "içimdəki şeytan" olsun) Nə yazsam kitab haqda az qalacaq, məncə. Çünki hər şey görəcəksiz, sevgi, insan münasibətləri, insan xisləti, dostluq, doğru və yanlış fəlsəfəsi, fərqli növdə "şeytan"lar və daha nələr...
İçimizdeki ŞeytanSabahattin Ali · Koridor Yayıncılık · 2022208,7bin okunma
7/10
·60 syf.··
2024 4. kitabı
2 Stephan Zweig kitabını da pdf olaraq oxudum. (Yad insanın məktubu, Amok koşucusu) Bizim dildə "Qəzəblə qaçan" kimi adlandıra bilərəm. Çünki Amokun nə olduğuna baxanda, uzunmüddətli depressiya halından sonra, qıcıqlandırıcı bir şeyin təsiri ilə insanın dəliyə dönməsi anlamına gəldiyini və əsasən Asiya ölkələrində daha yayılmış olan söz olduğunu gördüm. Bu mənə əvvəlki əsərindən daha maraqlı gəldi ona görə ona verdiyim xalı azaldıb 6 etdim. Əsərlərə nisbətən aşağı bal verməyimin səbəbi isə oxuduğum tərzdə olmamasıdı və Zweig hər iki əsər boyu hər hansı emosiyanı götürür və onu şişirdib təhlil etməyə çalışır, yaxından baxmağa çalışır sanki. Əsərdə bir həkimin "Amok" halına düşməsi və buna qapılıb etdiklərini hekayə etməsini oxuyuruq. Əvvəli daha maraqlı gəldi mənə, məsuliyyət haqda gözəl fikirlər var idi, insanı sanki hazırlayırdı ki, "sənə məsuliyyətin limitlərinin harada bitdiyini və ya bitməli olduğunu öyrədən bir hadisə danışacam", amma o gözlədiyimi almadım. Belə orijinal dili çox çətin deyil, təbiəti və s. təsvir etdiyi yerlər bizim dilimizə çox uymadığı üçün biraz anlamaq çətin idi, amma qalanı çətin deyil - B1-B2 oxumaq istəyən olsa pdf ataram.
Der AmokläuferStefan Zweig · e-artnow · 2013134,5bin okunma
9/10
·282 syf.··
2024 3. kitabı
·
9 günde okudu
·
Okunma: 24 Ocak 2024 23:02
Kitaba bilmədim 8 ya 9 bal verim, əsl 8.5 lik idi) (son vaxtlar da kitabların hamısına 10 bal verməmək üçün çalışıram bal aralığımı daha aşağı çəkəm)
Aziza Gasimova
Aziza Gasimova
ablama da burdan teşekkürler
Gece Yarısı KütüphanesiMatt Haig · Domingo Yayınevi · 202597,9bin okunma