Mən Hüqo və bu kitabla əlaqəli bir söz yazmıyacam, çünki nə həddimə?) Mənim ürəyimdən keçənlər bu kitabı səsləndirənlə əlaqəlidir. Kitabı storyteldən səsli şəkildə dinlədim, Okan Şenozan səsləndirmişdi. Heç vaxt səsli kitab dinləyərkən bu qədər qarışıq və rəngli duyğular keçirdiyimi xatırlamıram. Sanki teatrdaydım və hər şey gözümün önündə baş verirdi, o qədər mükəmməl səsləndirilmişdi. Əgər səsli şəkildə dinləməyi planlayırsınızsa, mütləq şəkildə Okan bəyin səsləndirdiyi versiyaya şans verməyinizi tövsiyə edərdim. Əməklərinə sağlıq
Bu kitab məndə çox qəribə, eyni zamanda da doğma, xoş hisslər oyatdı. Baxmayaraq ki, demək olar ki, dramatik bir kitabdır. Çox qəribə hiss edirəm. Hisslərimi ifadə edə bilsəm, yazacam.
Deməli, dünən gecə çox gec saatda bitirdiyimə görə kitabı review yaza bilmədim. Həm də fikirlərimi toplamaq istəyirdim. Gülseren Budayıcıoğlu oxumağın həm mənfi, həm də müsbət tərəfləri var. Müsbət
Madeline Millerdan oxuduğum ilk əsər. O qədər gözəl idi, nə deyib, nə yazsam az qalar. İlliadanı oxuyandan sonra bu əsəri oxumaq, hadisələrin daha da içinə girmək, Troya müharibəsinə lap ilk əvvəlindən şahidlik etmək, Akhilleslə Patroklosu hiss etmək, onların bütün həyatını oxumaq mükəmməl idi.