‘Bu gün bütün axşam mənə sübut etməyə çalışırsınız ki, heç bir fitri ideya yoxdur. Bu, nə deməkdir? Bu, o deməkdir ki, insan ən yüksək reallığı dərk edə bilməz. Siz doğulanda da, beyninizdə heç nə olmur. Bütün sonrakı idrak fenomenlərə, yalnız beş duyğunuzun köməyi ilə aldığımız təəssürata əsaslanır. Doğularkən beyninizdə olmayan noumenlər sonradan heç bir vəchlə oraya daxil ola bilməz.’
‘Haqlı olub-olmadığımın məndən ötrü əsla fərqi yoxdur. Bunun heç bir əhəmiyyəti yoxdur. Axı insan heç bir zaman mütləq həqiqəti dərk edə bilməyəcəkdir.’
‘Əlbəttə sıravi adam yalnız donuq nadanlığı ucundan bu cəfəngiyata inanır. Vayninger bu cür adamların təfəkkür prosesini çox gözəl təsəvvür etmişdi. Düşünməyi bacarmayanlar elə bilirlər ki, düşünürlər və odur ki, doğrudan, düşünə bilən adamların müqəddəratını həll edirlər.’
‘O öz səfehliyindən əvvəllər belə təsəvvürdə idi ki, fəhlə sinfinə mənsub olmayan, geyimli-keçimli hər bir adamın iti ağlı və incə gözəllik duyğusu vardır. Nişastalanmış boyunluq onun gözündə mədəniyyət nişanəsi idi. O bilmirdi ki, universitet diplomu ilə əsl təhsil heç də eyni şey demək deyildi.’