Siddhartha bir Brahmanın* oğlu, hərkəsin heyran olduğu bir brahmadır. Lakin günlərin birində Siddharthanın yüksəkliyə can atmaq, sahiblik duyğusu kimi sonsuz istəkləri onu uzun bir axtarış yoluna çıxmağa vadar edər. Və Siddharthanın öz Mən'ini axtarış hekayəsi də elə bu yoldan başlayar. Öz sarayını, ailəsini, gəncliyini arxada qoyaraq meşələrə çəkilən Siddharthanın bu yolda samanlara qoşulub yemədən-içmədən günlərlə ac qala bilməsi, bədənini hər cür ağrı və çətinliyə alışdırması, Budda ilə qarşılaşması, Kamala ilə eşqin, şəhvətin nirvanasını dadması, çay kənarında Vazudeva* ilə söhbəti və s. kimi maraqlı hadisələrdən bəhs olunur.
Kitab su kimi axıb gedir. Bəzi məqamlar bizə "hər şeyin artığı zərərdir" kəlməsinin doğruluğunu isbat edir. Kitabı bitirdikdən sonra üzərində ən çox düşünülən sual isə yaşamın mənasının əslində nədən ibarət olmasıdır. Hər şeydən öncə insanın içinə xoş hüzur bəxş edən bu kitabı sakit beyinlə, rahat və sakit mühitdə oxumağı hər kəsə tövsiyə edirəm. Bəlkə də bir çay kənarında, təbiət qoynunda oxumaq əsl yerinə düşər :)
Siddhartha - mənası "məqsədinə çatmış insan" deməkdir. Kitabın qəhrəmanı Siddhartha - Siddhartha Hautama Budda'nın adaşıdır.
Brahma - qədim hindlilərdə kainatın yaradıcısı. Baş tanrı.
Vazudeva - sanskrit dilində "çay tanrısı" deməkdir.