Kitab mı bitdi,yoxsa mən mi bitdim bu,hələ də müəmmalıdır.
Göz yaşlarımın,“kaş ki”lərimin və bəzən də peşmanlıqlarımın müşayiəti ilə oxudum bu kitabı.Ailənin ananı axtarması,onun yoxluğunu hiss etdikcə keçirdikləri peşmanlıq və xatirələr əsərin əsas xəttini təşkil edir.Onlar ananı itirəndən sonra onun evdə və həyatda nə qədər böyük rol oynadığını daha yaxşı anlayırlar.Hər hissədə oxucuya ailə bağlarının və ana sevgisinin nə qədər dəyərli olduğu hiss etdirilir.
Özümü o hadisənin bir parçası kimi hiss edirdim.Xoşbəxt yaşamaq,rahat yaşamaq arzusu ilə çırpınarkən,mənim üçün çox şeyini fəda edən anamı da xəyallarıma daxil etmişdimmi?Gələcək planlarımda onun rahatlığı üçün nəsə düşünmüşdümmü?—deyə özümü sorğulayıb tükəndim.Kitab o qədər dərin izlər buraxır ki,bitirənə qədər anamın gözlərinə baxıb dəfələrlə şükür edib,gülümsəmişəm.Hər birimizə sevdiklərimizin,sevənlərimizin qədrini vaxtında bildiyimiz bir həyat arzulayıram.♡