Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
208 syf.
8/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
Oxuyun.
Kitabların 90 faizini türk dilində oxuyuram. Öz dilimizdə mütaliəyə ehtiyac duyduq da isə sadəcə tərcümə olmayanlara üstünlük verirəm. Ölümündən 5 ay öncə yazıb bitirdiyi kitabı elə Şıxlının qələmiylə tanışlığıma vəsilə oldu. Ümumi bir süjet xətti olmasa da(elə düşünürəm), hər fəsil günümüzdə də aktual olan qeyri-sağlam münasibətləri tənqid edirdi. Mənə xoş gələn isə, evdə valideynlərimin öz valideynləri, qohumları ilə olan münasibətlərini kitabdakı obrazların əlaqələrindən anlamağın oldu. Hər zaman rəhmətlik nənəmin bütün qohumlar arasındakı ağsaqqal obrazını düşünürdüm. Deyirdilər ki, onun sözü qanun idi. Kitabda da Güllü nənə eynən belə idi və bunun sayəsində bir xanımın bir ailədə kişidən necə daha hörmətli olmasını anlamış oldum. Tək maraqlı gələn məsələ bu olmadı, çox idi, sadəcə sadalasam bitməz. Ən çox da toxunan o dövrdə azad fikirli, inkişafa açıq insanların Sovet rejimiylə məhv edilməsi oldu. Ən ağırı isə buların Sovetin iti, küçüyü olmuş içimizdəki qeyrətsizlər tərəfindən edilməsi idi. Yolda Fətullayev kimi... Bəyənmədiyim tək hissə, qəhrəman kimi verilən Çapıq Əmrahın elm öyrətmək eşqiylə yanan müəllimi öldürməsi oldu. Günahsızca... Bunun ən azı el-obanın qəhrəmanı olan bir qaçaq tərəfindən edilməsi düzgün deyildi. Sevə-sevə oxudum. Çox da sevdim. Çünki elmi şəkildə bildiyim tariximlə bədii şəkildə tanış olmuş oldum. Düşünürəm ki, xarici ədəbiyyatların bir çoxundan, xüsusilə insanların yerə-göyə sığdıra bilmədiklərindən daha əla idi.
Ölən Dünyam
Ölən Dünyam
İsmail Şıhlı
İsmail Şıhlı
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı · 2011228 okunma
372 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Murad, sən qanadsız mələksən♡
Qanadsız Mələk
Qanadsız Mələk
...həssas qəlbləri titrədəcək bir sevgi romanıdır. Bəhs edilən sevgi kimin sevgisidir? Muradın, Mələyin ya Ayxanın? Səmimi dialoqları, obrazların təsvirləri və duyğuları, maraqlı bənzətmələri sayəsində kitabı sevərək oxudum. Kitab iki hissədən, Mələyin və Muradın diliylə eyni zamanda baş vermiş hadisələrin müxtəlif duyğularla ifadəsindən ibarətiydi. Kitabın ikinci hissəni daha çox sevdim, yəni Muradın diliylə olan hissəsini:) Çox qəribədir ki, kitabda mənfi obraz yoxdur. Kimi sevib sevməyəcəyimə qərar verə bilmədim:D Amma Murad, o fərqliydi. Açığı kitab mənim üçün sadəcə Muraddan ibarətiydi♡.Buna görə də, sonluğu hələ də qəbul edə bilmirəm. Daha fərqli son ola bilərdi, deyə düşünürəm.. Buna rəğmən şans verib oxumağa dəyər bir kitabdır:)
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya · Teas Press · 0116 okunma
Reklam
204 syf.
9/10 puan verdi
Kitab məni o qədər içinə çəkmişdi ki gecə saat 3-də bitirmişəm. İçində üç əsəri: "Qırmızı yaylıqlı qovağım mənim", "Köşək gözü" və "İlk müəllim" əsərlərini cəmləşdirib. Kitabı oxuduqca özüm o dövrü yaşamış kimi idim, sanki bu hadisələr mənim uşaqlığımda olub kimi hiss edirdim.
Cengiz Aytmatov
Cengiz Aytmatov
qələmini çox sevdim və oxuduğum son kitabı olmayacaq. P.S.- kitabın tərcüməsi çox gözəl idi. Ümumiyyətlə "Teas Press " nəşriyyatından oxuduğum üçüncü kitabdır və hələ ki tərcümə tərəfdən heç bir çətinlik çəkməmişəm.
Qırmızı Yaylıqlı Qovağım Mənim
Qırmızı Yaylıqlı Qovağım MənimCengiz Aytmatov · Teas Press Nəşriyyatı · 20199,5bin okunma
240 syf.
8/10 puan verdi
·
Beğendi
·
21 günde okudu
Sevgi fonunda azadlıq müharibəsi
Kitabı oxuyanda elə bildim ki, kitabı heç sevmirəm, sevməyərək oxuyuram. Ola bilsin ki, ilk dəfə tarixi-siyasi kitab oxuduğuma görə belə bir təəssürat yarandı məndə. Ancaq davam etdikcə kitabın nə qədər gözəl yazıldığını başa düşdüm. Böyük ehtimal bu kitabın səhifələrini çevirmək mənə bir də qismət olacaq. Çünki hələ tam dərk edə bilmədiyim məqamlar var. Kitab ,düzünə qalsa, bir az dərindir. Dili çətin olmasa da siyasi söhbətlər çoxdur. Bir çox oxuyucu kimi mən də oxuyana qədər elə bilirdim ki, kitab ən çox Əli və Ninonun sevgisindən danışacaq. Ümidlərim boşa çıxdı deyə bilərəm.Amma mənə görə Əli və Nino burada dövlətləri təmsil edir. SPOİLER VAR Sonda Əlinin ölməsi ilə birlikdə AXC də dağılır. Və Əlinin ölməsi məndə böyük hüzün yaratdı. İndi gələk kitabda sevmədiyim tərəflərə. Ən sevmədiyim tərəf Əlinin Avropalı bir qızla evləndiyini bəzən unutmasıdı. Düzdür, bir vaxtdan sonra Ninonun etdiyi heç bir avropalı hərəkətə qarşı çıxmır. Amma əvvəlcədən ona atasının anasına etdiyi kimi qul kimi, özünün tarlası kimi baxması məni həqiqətən çox əsəbiləşdirdi. Seyid Mustafanı bilmirəm sevdim yoxsa,yox. O hələ də düşüncəmdə sual altındadır. Dost olaraq çox sadiq və yardımsevər dostdur. Lakin ümumi baxış bucağı altından baxanda heç sevməyim gəlmir. Çox qatı şiə müsəlmanı olduğuna görə. Nəysə, məncə bu qədər bəsdir. Ümid edirəm tariximizi əks ettirən bu gözəl əsəri Azərbaycanlı yoldaşlarım sevərək oxuyar, ya da mənim kimi sonda sevməyi bacarar. Oxuduğunuz üçün təşəkkürlər
Əli və Nino
Əli və NinoKurban Said · Bakı, Altun Kitab Nəşriyyatı · 20102,434 okunma
596 syf.
10/10 puan verdi
·
Beğendi
·
14 günde okudu
Oxuduğum ən maraqlı və ən qan dondurucu kitab ola bilər. Bir ara kitabı oxumaqdan imtina edib, Elxan Elatlı kitablarına tövbə edəcəkdim. Çünki yazılan səhnələr o qədər qanımı dondurdu və məni sarsdı ki, artıq davam edəcək gücü tapa bilmirdim özümdə. Bir yandan da kitabı yarıda buraxmağı sevmirəm. Və buraxa bilməyəcəyimi anladığımda, yenidən oxumağa davam etdim. Kitabın yarısında baş verən cinayətlərin kimin törətdiyi haqqında artıq ağlımda müəyyən fikirlər yaranmışdı. Düşüncələrimdə də yanılmadım. Bu kitab da erməni canilərinin nə qədər şərəfsiz, murdar olduqlarını bir daha görürük. Bu ilan xislətli, hiyləgər insanların qabarıq şəkildə ifadə olunmasını sevdim. Öncə cinayətlər baş verir, hər kəs qatilin kim olduğundan tamamilə əmindir. Lakin elə bir məqam gəlir ki, Ələmdar bütün sirri açır və o öz ağlı və zəkası sayəsində bir çox insanın təmizə çıxmasına kömək edir.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Elgün Nəşriyyatı  · 2014675 okunma
560 syf.
8/10 puan verdi
·
Beğendi
Ən sevdiyim kitab serilərindən biri ola bilərdiiiiii!!!!
•Mən içərisində mühariba strategiyası və s. olan kitablarçın fazla cahiləm məncə. •Kitabı sevdim amma çoooox sevməməyimin səbəblərindən də biri də 3 kitabın arasında oxuma zamanaıyla bağlı aşırı fərq qoymamdı. Yəni problem mənəm •Bunlar xaricində fantastikasını çox sevdim,1 və 2-ci kitabı çox sevdim,3-cü kitabsa deyərdim əlimdə süründü,gec-gec oxudum və yavaş gəldi. •Mən fantastikada daim romance axtaran biriyəm,burda ucundan-qırağından biraz var idi ,bu da mənə yetdi. #kewfet #keşfet #haşhaşsavaşı
Yanan Tanrı
Yanan TanrıR.F. Kuang · İthaki Yayınları · 2022311 okunma
Reklam
78 syf.
8/10 puan verdi
·
4 günde okudu
Kitabı bəyəndim.Birinci hissəsində "Büyük Petro'nun arabı" romanı,ikinci hissəsində isə "Mektuplarla roman" əsəri idi.Büyük Petro'nun arabı əsərin o qədərdə bəyənmədim(7/10).Əsərin sonu tam bitirilməyib...Buna görə də əsəri çox sevmədim,onsuzda qısa əsərdir,sonluğu tam olaraq olmayan kitabları sevə bilmirəm. Mektuplarla roman əsəri çox gözəl idi(9/10).Mektuplarla roman əsərindəki 3 obraz əsasən nəzərə çarpır,üçünüdə çox sevdim:).Mektuplarla roman əsərində Liza və Saşanın,Vladimir və onun dostunun bir-birinə yazdığı məktubları əhatə edir.
Büyük Petro'nun Arabı
Büyük Petro'nun ArabıAleksandr Puşkin · Ezr Yayıncılık · 2020303 okunma
220 syf.
10/10 puan verdi
·
Beğendi
dəniz
Az getdik, çox getdik, dərə-təpə düz getdik, nəhayət ki, altıncı kitabımızı da çapa göndərdik. Ürəyim çox böyük fərəh hissi ilə döyünür! İlk 5 kitabda çəkdiyimiz zəhməti təkcə bu kitab üçün çəkdik, yəqin ki. Bu cür kitabı dilimizə qazandıran nəşriyyat olduğumuz üçün çox sevinirəm. Bir neçə səbəbi var: John Banville İrlandiya ədəbiyyatının
Dəniz
DənizJohn Banville · Nebula Publishing House · 2055140 okunma
128 syf.
·
Puan vermedi
·
4 günde okudu
Çarlz Dikensin oxuduğum ikinci əsəri idi.Əsəri çox sevdim. Əsəri araşdırda onun oxucular tərəfindən ən çox oxunan kitab olduğunu gördüm. Niyə insanların bu kitabı bu qədər sevdiklərini öyrənmək üçün kitabı oxudum. Həqiqətən, gözəl əsərdir.
İki Şəhərin Hekayəsi
İki Şəhərin HekayəsiCharles Dickens · Altun Kitab Nəşriyyatı · 058,4bin okunma
384 syf.
·
Puan vermedi
·
Beğendi
·
16 günde okudu
Tanımadığınız biri ilə liftdə qalmaqmı ? Özü də evləndiyiniz gün ?
B.Alkoç'u çoxdan oxuyuram və "Asansör" uzun müddətdir ki, oxumaq istəyib, lakin ərtələdiyim bir kitab idi. Çünki yazarın yarımçıq qoyduğum kitabları və ya kitab seriyaları olub, bu dəfə də elə olmasından çəkinirdim. Belə olmadığı üçün hal-hazırda " Özümlə qürur duyuram" deyə bilərəm :D. Ümumən, kitabın mövzusuna, qəhrəmanlarına gəldikdə isə düşünürəm ki, geniş bir kadroya sahib kitab deyildi. Hadisələr bir neçə xarakter ətrafında dönüb dururdu. Baş rolların o yaşda olan davranış tərzlərini bəyəndim deyə bilmərəm, Atahanlı'nın o həddindən artıq relaxlığı, Nefes' in düşünmədən danışması və hərəkət etməsi mənə adətən cinnət keçirdə bildi. Yan xarakterlərə gələrsək, Tuğsan'ı sevdim deyə bilərəm, Aysel'lə olan ilişkilərini daha aydın və geniş şəkildə oxumaq istəyərdim. Kitabın bir çox yerlərində boşluqlar olduğunu düşünürəm, amma bu oxumamaq üçün yetərli səbəb deyil deyə qərarlaşdırdım. Ümumilikdə, kitabı 80% sevdim deyə bilərəm. Çox uzatmaq istəmirəm. Sadəcə, həqiqətən, " Bozuk asansörlerden uzak durmayın, belki gerçek aşkınız sizi orada bekliyordur!"
Beyza Alkoç
Beyza Alkoç
Asansör
Asansör
Asansör
AsansörBeyza Alkoç · İndigo Kitap · 20176,5bin okunma
Reklam
224 syf.
10/10 puan verdi
·
Beğendi
·
24 saatte okudu
Çoox Fədakar olmaqda bədbəxtlikdir!!!
DİQQƏT spoyler var! Roman sevən biri deyiləm, amma bu kitab...
Vəfa Hafiz
Vəfa Hafiz
ilə birlikdə oxuduğum kitab. Bu haqda söhbət edərkən, kitab seçimin Vəfanın seçiminə buraxdım, güvənirdim Vəfaya. Və elədə oldu, Vəfanın seçiminə əmin idim, çox möhtəşəm olan bu kitabı tövsiyyə etdi və birlikdə oxuduq. Vəfayla birlikdə oxuyurdum deyə bir başqa zövq verirdi kitab, məhz elə Vəfa ilə oxuduğuma görə bu kitabdan alıntı paylaşmadım, qısqandım çünki. Mənə elə gəlirdi ki, bu kitab ikimizə aiddir, buna görə paylaşım etməyə qısqanırdım:). Obraz olaraq Qulunu çox sevdim, aşiq oldum ona. Muradla Nuriyyəyə qaldıqda isə, məncə Nuriyyə çox fədakarlıq edirdi, Murad Səadətdən boşanıb Nuriyyə ilə evlənsəydilər daha xoşbəxt olacaqdılar, zatən indi fərqli insanlarla evli olub da, amma qəlbləri yenə bir birindədir. Nuriyyə Muradın uşağın bəhanə edirdi, amma uşaq sevgisiz ailədə böyüməkdənsə atasız böyüsə ondan yaxşı idi. Bəzən cütlüklər övladları üçün məcburi bir evin içində iki yad insan kimi yaşayırlar, amma boşansalar daha çox xoşbəxt olacaqlar, həmçinin uşaqlarda. Mənim üçün evlənməkdə, boşanmaqda xoşbəxtlikdir, çünki boşananda xoşbəxt olmadığın üçün boşanırsanki xoşbəxt olasan. Məncə Murad Nuriyyəyə bu haqda deyəndə, Nuriyyə öz sevgisini etiraf etsə idi, Murad çoxdan boşanıb Nuriyyə ilə evlənərdi və xoşbəxt olardılar. Sevgiləri nakam bitdiyi üçün isə müəllif İlyas bəyə qəzəbliyəm...
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020759 okunma
174 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Çox maraqlı və axıcı bir kitabdır. Özəlliklədə yazarın yazım dilini çox bəyəndim. Bəzi yerlərdə arqo sözlərdən istifadə edilsə də, bu çoxda narahat edilməyən şəkildədir. Kitabı oxuyarkən sanki bir dostunuzla söhbət edirmiş kimi hiss edə bilərsiniz. Kitabda müsbət nəticələr çıxacağınız bir çox mövzuya toxunulub. Son bölümü ayrı bir sevdim. Ölüm haqqında deyilənlər və yazarın dostunun ölümündən sonra yaşadığı dönüm nöqtəsi çox maraqlı idi. Kitab sayəsində günlük yaşamımızda olan və bu artıq rutinləşmiş acılarımızdan, problemlərimizdən qurtulmağımız və ən önəmlisi fərqinə varmağımız üçün bir xəritə rolunu oynayır. Oxuyarkən heç sıxılmayacaqsınız və hər səhifə də daha da kitaba bağlanacaqsınız.♡
Vecinə Almamağın İncə Sənəti
Vecinə Almamağın İncə SənətiMark Manson · Qanun Nesriyyati · 201613,1bin okunma
88 syf.
9/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Çox bəyəndim.İstər fikirləri,istərsə də həyata baxış tərzini,fəlsəfəsini çox sevdim.Sadə,ağıldan qalan və məqsədyönlü.Hərkəsə bu kitabı oxumağı məsləhət bilirəm.
Unutma Mutlu Bir Hayat Çok Az Şeye Bağlıdır - Marcus Aurelius
Unutma Mutlu Bir Hayat Çok Az Şeye Bağlıdır - Marcus AureliusErtürk Akşun · Destek Yayınları · 20202,763 okunma
208 syf.
10/10 puan verdi
·
Beğendi
·
24 günde okudu
Həyatımda oxuduğum ən gözəl kitablardan biri...
"Fərqlilik nədə idi? O özü üçün bilmək istəyirdi. Görəsən bu insanları kim pijamalılara və uniformalılara bölüb?" (Səh 102) Uzun müddətdir oxumaq istədiyim və axır ki, oxuduğum o möhtəşəm kitab...
John Boyne
John Boyne
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı Oğlan
kitabı... Bu kitabı o qədər çox sevdim ki, o qədər mənə təsir etdi ki, bu kitaba bir təhlil yazmasam, özümü borclu hiss
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202038,9bin okunma
160 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Gözəl bir sevgi kitabı idi. Kitab iki bölümdən ibarətdir. İlk bölümdə yazarın duyğularından bəhs edir. Bir çox başlıq altında yazarın sözləri var. İkinci bölümdə isə gözəl bir sevgi hekayəsi ilə qarşılaşırıq. Olduqca təsirli və gözəl bir hekayə idi. Kitab oxuyarkən insan belə sevgilər həqiqətən var mı? Demədən dura bilmir. Sevgi bu qədər mi gözəl ifadə edilər? Çox sevdim və sizə də önərirəm. Axıcı şəkildə yazılıb,həmçinin ikinci bölümdəki hekayədə maraqlıdır. Sevgiyə inanmayan biri olaraq bu kitabdan sonra sevgi anlayışım dəyişdi. Kitabda da deyildiyi kimi, sevgini kimə verəcəyinizə diqqət edin. Biri üçün mübarizə aparmaq, onu əldə etmək üçün bir şeylər fəda etmək,əlbətt, gözəldir,amma əgər bir dəlik qədər belə ümid yoxdursa, sadəcə özünüzü incitmiş olarsınız. Tək çıxdığın mübarizədə iki nəfərlik qalibiyyət ala bilməzsən.. Kitabın ən sonundaki heyvanların hekayəsidə, insana bir çox şey göstərir əslində
Başka Bir Gökyüzüne İnanmak
Başka Bir Gökyüzüne İnanmakEzgin Kılıç · Destek Yayınları · 2017868 okunma
321 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.