️İtalyan Uşaq Ədəbiyyatı
️Angela Nanetti-100 şatolu çocuk
Monastrda uşaq yurdunda böyüyən , ailəsindən dolayı travmalı və xarici görünüşünə görə bulinqə məruz qalan Violanın , yəhudi soyqırımına kiçik toxunuşlu Nano və şatonun divarlarına qazınan xatirələrin hekayəsi.
Qəlbdən aparırmı?
Xeyr. Ancaq qurğusu, düşüncəsi, uşaqlara çatdırmaq istədiyi məsələləri çatdıra bilir. Hər hekayəsində sanki uşağı, insanı ilmək-ilkmək hörür. Sanki bilir ki, nəyi mənimsəmək uşaq üçün asand və çətin ola bilər. Uşaqların davranışının altını yaxşı doldurur. Anlaya bilirik ki, kədər, qəzəb nədən qaynaqlana bilər.
Sanki, bu yöndə axsamalar var uşaq tərbiyəsində və bunun izahını eşitməyən və ya təcrübə etməyən uşaqlar daha çox tarazlanmamış münasibətlər yaşayır. Bu 5-ci sinifdən etibarən istər müəllimlərlə, istər sinif yoldaşlarıyla münasibətdə daha qabarıq hiss edilir.
Düşünürəm bu planda bizə ən çox yardımçı olan uşaq ədəbiyyatıdır. Bu cür kitabların da paylaşılması çox önəmlidir.