100 Ways to Motivate Others

Steve Chandler

Yorumlar ve İncelemeler

Tümünü Gör
241 syf.
10/10 puan verdi
·
Beğendi
·
38 günde okudu
Çox böyük zövq alaraq oxuduğum, insan münasibətləri, liderlik, idarəçilik adına çox şey qazandığım dəyərli bir kitab oldu. Yazıçılara xüsusi minnətdarlığımı bildirirəm! ️ Kitabda 100 yol göstərilsə də, əslində 101 üsul var idi və hər biri çox sadə və kankret izah olunduğundan heç yorucu ya da qarışıq səslənmirdi. Bu tərəfi çox sevdim. Digər bir məqam kitab daha çox biznes həyatı, İnsan resursları mütəxəssisləri, koç və mentor olmaq yolunda irəliləyən şəxslər, idarəçiliklə məşğul olanlar və eyni zamanda liderliklə müdirlik arasındakı fərqləri anlamaq istəyənlər üçündür. Həmçinin şəxsi inkişafa və düzgün ünsiyyət qurmağa meyilli şəxslərin də bəyənərək və qeydlər götürərək oxuyacaqları kitabdır. Kitabdan qazandıqlarım: ️ Qərarlılığın gücü inancın gücünə bərabərdir. ️ İnsan özü dəyişmək istəməsə, heç kimin ona kömək və ya təsir etməyə gücü çatmaz. ️ Hər verdiyimiz qərar, seçdiyimiz yol, kimliyimizin bariz nümayişçisidir. ️ Optimistliyi seçmək həyata çəhrayı eynəklərlə baxmaq demək deyil. Optimistliyi seçmək hər başımıza gələndə yaxşını görmək, fürsətləri dəyərləndirmək deməkdir. ️ Başqalarında görmək istədiyini özündə yaratmalısan. ️ Həyatını rutinlərlə dəyiş. Özümüzdə bəyənmədiyimiz hər tərəf bizim şəxsiyyətimiz deyil. Odur ki, özümüzü hər neqativə görə sıxmamalı, öz haqqımızda neqativ düşüncələrə keçməməliyik. Anlamalıyıq ki, vərdiş deyə bir şey var. Və bizlər bizlərdəki pis vərdişləri yeni rutinlərlə dəyişdirə bilmək qüvvəsinə malikik.
100 Ways to Motivate Others
100 Ways to Motivate OthersSteve Chandler · Rupa&Co · 20161 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.