Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Cep Boy

46 Bənövşə

Salam Qadirzade

46 Bənövşə Yorumları ve İncelemeleri

46 Bənövşə yorumları ve incelemelerini, 46 Bənövşə kitabı hakkındaki okur görüşlerini , 46 Bənövşə puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.310 üzerinden
188 Kişi · 35 İnceleme
140 syf.
6/10 puan verdi
·
32 saatte okudu
Əsər haqqında uzun-uzadı yazmaq istəmirəm. Mənə görə sadəcə vaxt itkisidir. Düzü, əsərin ilk səhifələrini oxuduqca kitabı sevəcəyimi düşünmüşdüm, lakin daha sonra hadisələrin primitiv şəkildə irəliləməsi ürəyimi sıxmağa başladı. Əsərin sonu isə yarımçıq şəkildə qələmə alınmışdı sanki, daha əhatəli şəkildə təsvir edilə bilərdi
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014529 okunma
140 syf.
·
Puan vermedi
·
23 saatte okudu
Bəli öncəliklə kitabı mənə tövsiyyə edən @flower_0000 'a təşəkkürlərimi bildirirəm🫂 Kitab haqqında deyəcəyim bunlardır: çox axıcı və maraqlı bir kitab idi. Hər kəsə tövsiyə edirəm. Xoş oxumalar.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014529 okunma
Reklam
140 syf.
10/10 puan verdi
·
Beğendi
·
32 saatte okudu
Salam Qadirzade
Salam Qadirzade
qələmi ilə tanış olduğum əsər... Belə başlayım ki, kitab bir neçə həftə öncə davamlı paylaşımlarını izlədiyim və çox bəyəndiyim bir oxucunun—
Vəfa Hafiz
Vəfa Hafiz
paylaşımında qarşıma çıxdı. Diqqətimi çəkdi, oxuyacaqlarıma əlavə etdim, amma kitab və yazıçı haqqında bir məlumatım olmadığı üçün o qədər də gözləntim yox idi. Oxuyub bitirəndən sonra isə... Oxuduğum kitablar arasında təsirli hissələr çox olub, lakin bütünlüklə məndə böyük iz buraxmış kitab—
Şeker Portakalı
Şeker Portakalı
olmuşdu. Ondan sonra ikinci kitab
46 Bənövşə
46 Bənövşə
oldu, hansı ki, başlanğıcdan sona qədər təsirində qaldım. #212396356 Hər kəsə oxumağı tövsiyə edirəm. Oxuyacaq olanlara xoş mütaliələr.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014529 okunma
140 syf.
10/10 puan verdi
·
Beğendi
·
27 saatte okudu
İnanmıram.. bir kitab, bir əsər, bir hekayə bu qədərmi sehirli, möcüzəli olar.. Keçən dəfəki incələmədə də dedim:"Həyatımın bu yaşlarında bu kitabları oxuduğum üçün çox şanslıyam"- deyə. Bu aralar bir müddətlik həyatımı dəyişəbiləcəyim kitabları oxuymağı qərarlaşdırıram. Yəni, oxuyanlar bilir, oxumayanlara da deyim ki, bu əsər Salam Qədirzadə'nin dilindən yazılıb. Sadə bir qızın həyatının ən qəribə, acılı-şirinli, yaxşılı-pisli anlarında qeydə aldığı nimsərlövhə yerinə bənövşə çəkdiyi bu dəftəri, günlüyü yazıçıya təqdim edir. Tövsiyyə edirəm))
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014529 okunma
140 syf.
10/10 puan verdi
Hər vaxtınız xeyir olsun dostlar. Bugün qələmiylə ilk dəfə tanış olduğum, lakin Azərbaycan ədəbiyyatında öz sözünü demiş yazarlarımızdan biri olan Salam Qədirzadənin 🌸46 Bənövşə🌸 kitabını oxudum. Kaş ki, daha geniş olsaydı dedim içimdən.Kitab ilk məhəbbətini sonralar təsadüfən tanış olduğu oğlana dəyişərək uğursuz ailə həyatı quran bir qızın həyatından bəhs edir. Həyatda aşağı-yuxarı eyni yoldan keçən insan olaraq əsərin qəhrəmanını hardasa başa düşmək çətin olmadı mənə. Bəzən atdığımız addım səhv də olsa, o yoldan dönmürük. Həyatda etdiyimiz seçimlər bizə zaman zaman dərs olaraq geri qayıdır. Əgər o dərsi ala biləcək beynə və düşüncəyə sahibsənsə. Əsərin digər qəhrəmanı Dərya əslində mentalitetin evlilik problemini ortaya çıxarır. El qınağından çəkindiyi üçün qurduğu ailə ilə bir gənc qızı bədbəxt edir. Eminə gəlincə də mənim fikrimcə o sadəcə gecikmişdi. Məhəbbət isə gecikəni gözləmir. Çalışın gecikməyin. Sonra ömrünüzün sonuna qədər o qatarın arxasınca baxa baxa qalarsız.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014529 okunma
140 syf.
7/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Günlerin bir günü yazar Salam Qadirzade`nin yanına bir kadın gelir. Kadın yazar olmak isteyen ikiz kız kardeşinin iki adet günlüğünü okumasını Qadirzade`den rica eder. Yazar başlar okumaya. Ve ortaya bu kitap çıkmıştır.. 46 Bənövşə ( bənövşə Türkçe hangi çiçek bilmiyorum maalesef) ismi nereden çıkmış derseniz: Günlüğün sahibi Gönül her yeni gün için anılarını yazdığı günlüğüne tarih ile yok, bir boynu bükük "bənövşə" çizerek başlıyor. Kitap sade dilde yazılmış. Elinize almanızla bitirmeniz bir oluyor. Zaten cep boy olarak yayınlanmış. Biraz kitap hakkında bilgi vermek gerekirse; Gönül, heykeltıraş (ismi Derya) bir adama aşık olur. Gözü ondan başka kimseyi görmez. Eskiden aşık olduğu, huyu suyu düzgün Emin`i bile unutur. Varsa yoksa Derya vardır artık onun için. İlk defa anne/ babasına yalan söyler. Etrafa karşı kulaklarını tıkar. Derya`nın kusurlarını görmezlikten gelir. Babasının biricik kızını kimse henüz üzmemişken, ilk göz yaşını döker, ilk ihanet darbesini yer.. Hikaye 1969 yılında keleme alınmış olsa da olaylar sanki günümüze hitap ediyor. Benim için gizemli kalan meselelerden biri; bu günlük olayı doğru mu yoksa yazarın kurgusu mu? Gizemi çözmem dileği ile :)
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014529 okunma
Reklam
140 syf.
·
Puan vermedi
·
Beğendi
·
18 saatte okudu
46 Bənövşə… Həcmi kiçik olsa da, həyata real gözlə baxmağa vadar edir. O reallıq ürək açan olmasa da görməyə məcbur edilirsən. Kitab Bütün hər şeyin gözəl olduğu xəyallar dünyasından çıxarıb iyrənc bir reallığa atır səni. Könülün təsvir etdiyi bənövşələr və yaşadığı hadisələr. Bəlkə də elə özü biləmədən boynu bükük bənövşə təsvir edərkən özünü təsvir edirdi?! Hisslərimiz düşüncələrimizin qarşısı kəsdiyi an özümüz özümüzü kədərə təslim edirik. Real olan bir şey var: Fəzilənin etdikləri və dedikləri inandırıcı olmasa və gözəl səslənməsə də həqiqət idi. Acı həqiqətləri isə heç vaxt qəbul edə bilmirik.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014529 okunma
140 syf.
6/10 puan verdi
·
Beğendi
·
36 saatte okudu
Salam Qədirzadə-46 Bənövşə 5/5 Salam Qədirzadənin qələmi ilə ilk tanışdığım zamandan bəri çox sevməyə başladım yazı üslubunu, özünü ifadə edişini və hadisələrə yanaşma şəklini. Hər daim yazıçının bu kitabını mənə çox önərirdilər. Məndə fürsət bu fürsət deyib bu səfər ki, Bakıya gedişimdə aldım. Kitab o qədər axıcı idi ki, bir nəfəsə bitti. Hər
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014529 okunma
140 syf.
7/10 puan verdi
·
24 saatte okudu
Salam Qədirzadə-46 Bənövşə
Əsər insan həyatının gənclik dövründə yaşadığı sevgiyə müxtəlif yanaşmaları təsvir edir. Yazıçı insan və sevgi münasibətlərini müxtəlif subyektlərin xarakter və davranışında bizə çatdırır. Könül-Gənclik dövrünün pak sevgisi ilə addım atmağa çalışan, mövqeyini obyektiv şəkildə ortaya qoymağa çalışan obraz. Dərya-Nə vaxtsa sevdiyini düşündüyü qadına(Könül) qarşı münasibətləri dəyişən obraz. Emin-Böyüdükcə uşaqlıq qayğısı sevgiyə çevrilən obraz.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014529 okunma
·
Puan vermedi
Hər nə qədər dünya ədəbiyyatı oxusam da öz yazarlarımızdan oxuyanda o doğmalığı,istiliyi hiss edirəm içimdə. 46 bənövşə sovet dövründən oxunan,sevilən bir əsərdi.Mənim də yazardan ilk oxuduğum bir kitab oldu və qərara aldım ki, mütləq digər əsərlərini də oxuyum.Ümumiyyətlə mən İlyas Əfəndiyev və eləcə də Salam Qədirzadədən oxuduğum bu əsər sayəsində duyduğum o eşq tarifini hələ ki heç bir dünya ədəbiyyatından heç bir romanda almamışam( söhbət kitabdan gedir.Həyatda bunu ən incəliyinə qədər yaşamaqdayam) Maraqlı və günümüzdəki hadisələrə dayanan bir əsərdi.Tövsiyəmdir oxuyun. Sonda isə: "Sizcə aşiq olmaq insanın gözünü kor mu edir?"
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014529 okunma
Reklam
140 syf.
·
Puan vermedi
·
Beğendi
Deməli yazıçının yanına bir gənc qadın gəlir və başqasının başına gəlmiş hadisələri danışır. Ailə-məişət üslubunda yazılmış bir əsərdir. 21-ci əsrdə neçə nəfər oxuyub deyə bilmərəm, amma 20-ci əsrdə gənc xanımların çox oxuduğu kitablar arasında yer alır.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014529 okunma
140 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Həmişə tanınmiş yazıçılarin əsərlərini oxuyuram,bu dəfə bir tanışımın tövsiyəsilə kitabı oxudum. Əsərin mövzusuna keçək , sevgiyə olan inamımı onsuz dünyada olan ,eşitdiyim hadisələr yavaş-yavaş itirir. Buda o inamı itirməyimə səbəb olan əsərlərdən biri oldu . Oğlanın sevdiyi qızı əldə edənəcən şirin danışıqları, evləndikdən sonra elədiyi
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014529 okunma
140 syf.
8/10 puan verdi
·
5 saatte okudu
Ağıla bir sual gəlir. Sənin sevdiyin ya səni sevən? Çox təəssüf ki, insan həqiqətən onunçun doğru olan insanı seçə bilmir. Buna görə də bəzən özümüzü qismətin ağuşuna atmalı oluruq.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014529 okunma
140 syf.
·
Puan vermedi
İlk dəfədir ki, Salam Qədirzadədən bir kitab oxudum. Əslində, daha çox xarici ədəbiyyat oxuyan biriyəm, amma arada Azərbaycan ədəbiyyatının incilərindən oxumaq xoş olur mənim üçün. "46 Bənövşə" əsəri də onlardan biridir,məncə. Maraqlı və günümüzdəki hadisələrə də toxunan bir əsərdi. Və mənim üçün haqqında danışılacaq çox söz olan bir mövzu- xəyanət'in baş rolda olduğu bir əsər yaradıb Salam Qədirzadə..
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014529 okunma
140 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 saatte okudu
Salam Qedirzade... Men bu yazicinin eserlerin neden oxumamiwamm) Kendimeee cokk kızıyom. Sevdasiz aylar oxudugum ilk kitabi idi vee coxx sevmişdim.Ama 46 bənövşe daha dahhaaa guzelmiş. tamda indiki dovr üçün aktual movzudu məncə.Oxuyub Konulun elediyi tercihi coxxx duşundumm.Bəlkə də insan ozu sevdiyine yoxx onu sevene sans verməlidir...Kitabb bitdii...Təsiri qalıb...Hələdə bu sual etrafinda duşunurəmm. Bəs siz olsaydiz kimə şans vererdiz?
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014529 okunma
36 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.