6 Nömrəli Palata

Anton Çehov
“6 №-li palata” Çexovun ən vahiməli, sarsıdıcı hekayələrindən biridir. Ağıllı, dərin fəlsəfi düşüncəsi olan bir ziyalının dəlixanaya necə düşməsini əks etdirən dəhşətamiz bir gerçəklikdir. Mürəkkəb xarakterlər, fəlsəfi dialoqlar, ağıllı insanın yalqızlığı bu hekayənin əsas motivləridir. Təqibolunma maniyasından əziyyət çəkən Qromov dəlixanaya düşməyi ilə barışmır, ondan qat-qat aşağı insanların bayırda əl-qolunu sallaya-sallaya gəzməsinə, özününsə palatada çürüməsinə daxilən dözə bilmir. Doktor Yefimiç isə xoşbəxtliyin xaricdə yox, insanın daxilində olduğunu deyir; fərqi yoxdur, insan istər palatada olsun, istər evində, əgər o, dərrakəli insandırsa, deməli, xoşbəxtdir. Yefimiç öz düşüncəsi üzündən get-gedə tənhalaşırdı. Cəmiyyətin kəmağıl, mənfəətpərəst olması onu mənən incidirdi; o yalnız palatada, Qromovla söhbət edərkən rahatlaşırdı. Əslində, Çexov cəmiyyətin iç üzünü açaraq absurd və müdhiş bir reallığı – dəlixanadakıların, əslində, ağıllı, cəmiyyətdəki bir çox intelligent insanın isə küt, hissiyyatsız olduğunu – çatdırır.
Tahmini Okuma Süresi: 3 sa. 51 dk.Sayfa Sayısı: 136Basım Tarihi: 2021İlk Yayın Tarihi: 1982Yayınevi: Parlaq İmzalar NəşriyyatıOrijinal Adı: Палата № 6
Ülke: AzerbaijanDil: Azerice

Yorumlar ve İncelemeler

136 syf.
·
Puan vermedi
Mənim üçün istər bədii baxımdan, istərsə də psixo analiz baxımından zəngin bir əsərdir. Anton Çexovun qələmi ilə bu əsərdə olanları dərindən hiss edirik.Əsərdə çarəsizlik,anlaşılmazlıq,kədər hissi mənə təsir etdi.Həmçinin əsərdə fərqli baxış bucaqları ,obrazlar arasında dioloq gözəl ifadə olunub. Bundan sonra yazdıqlarım,əsəri oxumayanlar üçün
6 Nömrəli Palata
6 Nömrəli PalataAnton Çehov · Parlaq İmzalar Nəşriyyatı · 202173,6bin okunma
Reklam
30 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.