9.900 Quotes

You can find 9.900 quotes, 9.900 book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
"Kapitalizm komünizmi yendi. Şimdi de kendini yiyor" CHARLES BUKOWSKI
Həyatın qəribə axını var: siz doğulursunuz, siz ölürsünüz, və bu iki hadisə arasındakı zamanda qarnınız sancır. Yaşamaq qarın sancısıdır, aramsız sancı: on beş yaşında qarnınız sancır, çünki eşqə düşmüsünüz; iyirmi beş yaşında qarnınız sancır, çünki gələcəkdən qorxursunuz; otuz beş yaşında qarnınız sancır, çünki içki şüşələrinin içinə girirsiniz; qırx beş yaşında qarnınız sancır, çünki işiniz sizi əldən salır; əlli beş yaşında qarnınız sancır, çünki daha heç kəsə vurulmursunuz; altmış beş yaşında qarnınız sancır, çünki keçmiş sizi kədərləndirir; yetmiş beş yaşında qarnınız sancır, çünki xərçəngə yoluxmusunuz və o, metastaz verib.
Reklam
Bilirsən, niyə bizimki heç vaxt alınmıyacaq? Bilirəm, - cavabında deyirəm. -Çünki mən azad deyiləm, sənsə, sən çox azadsan...
Yəqin ki Prokterin (Procter& Gamble) prinsipindən xəbəriniz var: "İnsanları axmaq hesab etməyin, amma onların axmaq olduqlarını da heç vaxt unutmayın".
"Elə bir zaman yetişmişdi ki, ifrat sənayeləşdirilmiş, mağazalarla zəbt olunmuş dövlətlər özləri üçün yeni inanc, insanların minilliklər ərzindəki səylərinə layiq olan yeni layihə kəşf etdilər: dünyanı nəhəng və vahid şirkətə çevirmək layihəsi" ..René Victor Pilhes
Mən sizi "yenilik" adlı narkotik aludəçisinə çevirirəm, yeniliyin üstün cəhəti onun heç vaxt yeni qalmamasındadır. Hər bir yeniliyi köhnəltmək üçün həmişə təzə növbəti bir yenilik tapılır. Ağzınızın suyunu axıtmaq- mənim müqəddəs vəzifəm məhz budur. Mənim peşəmdə heç kəs sizin xoşbəxtliyinizi arzulamır, çünki xoşbəxt adamlar istehlak etmirlər.
Reklam
46 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.