Yorumlar ve İncelemeler

Tümünü Gör
235 syf.
·
Puan vermedi
·
4 günde okudu
Spoiler!!!
"Həyatımız hər gün qısalır. Hər ürək döyüntüsü ölümə doğru atılan addımın səsidir." A romanı reper
Qaraqan
Qaraqan
'nın ilk əsəridir. Dəqiq bilmirəm amma deyəsən əsəri 18 yaşında yazıb. Və bu yaşda belə bir əsər yazmaq inanılmazdır.
Qaraqan
Qaraqan
'ın bütün replerini çox sevərək və düzənli olaraq dinləyirəm. Bütün replerini sevirəm amma
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,562 okunma
Reklam
235 syf.
6/10 puan verdi
·
12 günde okudu
Bu kitabı oktyabrda rəfiqəmin tövsiyəsi ilə oxumuşdum, nə yalan deyim o qədər də sevmədim, məncə yazarın reklamı və sevənləri çoxdur deyə kitabları da bir o qədər sevilir, süjet xəttini bəyənməsəm də, “altından xətt çəkiləsi” cümlələr çox idi, müəllifin fikirləri müasir dövrün ən aktual məsələləri ilə üst-üstə düşürdü, kaş onun kitabında təsvir etdiyi həyat realda da eynilə elə olsaydı: özbaşınalıqlar, alçaldılmalar və cinayətlərdən uzaq…
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,562 okunma
235 syf.
6/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
A-kitab təhlili
Deməli belə. Bir kitabında sonuna gəldik. Təbiki həm sevdiyim həm sevmədiyim hissələr var kitabda. Əvvəlcə sevmədiyimdən başlayaq) Məni ən çox əsəbləşdirən şey kitabda qadının alçaldılması,kişinin üstün göstərilməsi... təəssüf ki bu işlənmişdi... "qadınn kişiyə ehtiyacı var qadın gücsüzdü buna görə sevməyi normaldı bəs niyə kişilər bu gücsüz
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,562 okunma
235 syf.
7/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Boşluq
Qaraqanın replərini illər idi ki,dinləyirəm.Ama yazdığı kitabları oxumağım onun özünü və replərini anlamağın üçün daha çox köməy etti.Bəli Qaraqan.Azarbaycanda böyüyüb boya, başa çatmış azərbaycanli bir şəxsiyyət.Hər özünü dərk edən,özünü tanımağa baslayan bir azərbaycanlı gənci kimi onun da Ölkəsi,milləti ilə bağlı öz narazılıqları,iradları var idi.Bunlarıda yazdiğı kitabında əks ettirdı.Artıq 2-ci kitabıdır ki,oxuyuram.İlk oxuduğum kitabı "Mələk"idi. Çox bəyənmişdim ama "A"da isə sevdiyim və sevmədiyim hissələr var.Sevmədiyim yalnızca bir hissə var.O da Anarla Ayselin sevgisi.Mənə çox süni gəldi.Bir-birlərinə məktub göndərmələri nəbilim Ayselin ona bir anda güvənib onunla birgə qaçmağı və s.Tez bir zamanda insan bir-birini belə sevə bilməz. Ama bəlkə də kitab az səhifəlikdir deyə Elxan nəticəyə daha tez çatmaq istəmiş də ola bilər. Sevdiyim hisslərə isə daha çoxdur. Məsələn ; gənclərin haqsızlıqlara qarşı birgə savaşmağı,ədalətisziklərə qarşı çıxmağı,birlik olmağı və s. Anlaya bilmədiyim hisslərdə oldu ama onları da təkrar oxuyub anlamağa çalışacam. Sonda bunu deyim ki,bu kitab 2007-ci il də nəşr olunub.Bu gün isə 2023 Və hələ də dəyişən heçnə yoxdu.Eyni vəziyyətdəyik.Eyni problemlər,eyni ədalətsizliklər və daha nələr-nələr..Bu ölkə həmişə eyni çirkabda və bataqliğda qalacaq.Dəyişən heçnə yoxdu. Çoxusu qayıtmağını istəyir ama onun getməyinə haqq verirəm ,qayitmamağina da haqq verirəm. Qayıtma..!
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,562 okunma
Reklam
·
Puan vermedi
Romanı oxuduğum zaman bir çox dəfə kitabı yarıda qoymaq istədim bunlardan biri Anar və Ayselin münasibəti idi. Axı Ayselin Anarın döydüyü və "cəzalandırdığı vahişələrdən heç bir fərqi yoxdur. Aysel də həmin fahişələr kimi pul üçün evli adamla münasibət də idi tək fərqi fahişələrin həyatında bağlılığ olmur hərşey bir günlük olur Anar fahişələrə göstərdiyi münasibəti Ayselə də göstərməli idi . Kitabı yarıda qoymaq istəməyimin bir digər səbəbi Anarın valideynlərinə olan münasibəti idi düzdür biz yuvadan ayrılıb öz həyatımızı qurmalıyıq səhvlər edib həyatı yaşamalıyıq biz ömür boyu valideynlərimizə bağlı yaşamalı deyilik axı bu təbiətin qanunudur bəzi " valideynlər" uşaqlara mən səni böyütmüşəm ki sən mənə qocalanda dayağ dur mənə bax kimi sözlər deyirlər bunlar dırnaq içərisində valideyndir. Anarın valideynləri də çox mükəmməl deyildi. Amma uşağı üçün həqiqətən narahat olan bir ana və oğlunun ona daha dünən tanıdığı bir fahişə tipli qıza dəyər verdiyi qədər dəyər verməməsi və bunun çox düzgün bir şeymiş kimi gənclərə göstərilməsi mənə çox səhv gəldi. Kitabda gənclərə yaxşı örnəklərdən çox pis örnəklər verilirdi. Hətta tək yaxşı örnək mənə görə bu idi : Gənclərin birlik olub yeniliklər etməsi.
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,562 okunma
235 syf.
4/10 puan verdi
·
9 günde okudu
Hər nə qədər Qaraqanın fikirlərini bəyənsəm də bu kitabı bəyənmədim. Təəsüf ki Qaraqan bu kitabda bir şeylər izah etmək istəyib ancaq fikrini tam olaraq çatdıra bilməyib. Kitabın bədii hissəsi çox zəifdir. Hətta kitab tamamilə kobud dillə yazılıb desəm yanılmaram. Deyəsən Qaraqan bu kitabda Hostun ideologiyasından gələcəkdəki görəcəyi işlərdən bəhs edir. Kitabda bəzi fikirləri bəyəndim ancaq bir çoxu qarışıq gəldi. Bəzi fikirlər isə həddindən artıq absurd. Kitabın axırlarında hətta Anar adlı xarakterin şizofren olduğunu belə düşündüm. Kitabda bəzi problemləri çözmək üçün Hostun ideologiyasının metodlarından danışır. Mənə görə bu metodlar problemi kökündən təmizləməz sadəcə üzdən problemi həll edə bilər. Bir digər nüans isə A adlı birinin gözəgörünməz qəhrəman olması mənə Qaraqanın indi heç bir yerdə gözə görünmədiyini xatırlatdı. :)
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,562 okunma
235 syf.
7/10 puan verdi
·
3 günde okudu
Yaşın 17 olsun və belə möhtəşəm kitab yazasan. Sadəcə əhsən. Digər kitablardan fərqli olaraq sanki bunu daha rahat oxuyurdum, daha doğma gəlirdi oxuduqca... Ən fəlsəfi suallara ən sərt cavablar.. Həyatın sadələyindən və mənasızlığından bezmiş bir qrup gənc bu dünyanı dəyişə bilərmi? Oxuduqdan sonra bunun cavabını alacaqsınız. Amma sonda cavabını ala bilmədiyim bəzi suallar oldu: Yeni həyat necə oldu? Aysel niyə anidən gərəgahı tərk etdi? A tam olaraq kim idi? 9cu mərtəbədən tullanıb sağ qalan biri adi adam ola bilərmi? Şeytan idi bu yoxsa Allahın elçisi? Abbas öldümü? Ən əsasda Anarın reaksiyası necə oldu? Təbii ki bu sualların cavabı olsaydı daha aydın ola bilərdi sonu amma yenədə ideal bir sonluq gətirə bilib Elxan. Təbii ki buna görə Qaraqanı qınamıram. Fikrimcə 17 yaşında olan bir insanın yaza biləcəyi ən yaxşı əsərdir. Siz indi təsəvvür edin ki 17 yaşında belə uğurlu və əsrarəngiz fəlsəfi, psixoloji roman yazan biri iləridə nələrə qadir ola bilər. Biz onu gördük, indidə görmək istəyirik. Qaraqan bu xalqın sənə ehtiyacı var. Hər kəsi bunu oxumağa səsləyirəm, təşəkkürlər...
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,562 okunma
235 syf.
8/10 puan verdi
·
Beğendi
Kitabda HOST sözünü görəndə birtəhər oldum. Çünki bizim zövqümüzü, həyata baxışımızı, kitablara sevgimizi yaradan HOST olub. 2010-cu ildən HOST dinləməyə başlamışdım. İndi də hansısa mahnısını eşidəndə keçmişə qayıdıram. Kitabda şişirtmələr olsa əsas mahiyyət ideyanın, ideologiyanın insanları birləşdirmə bacarığıdır. Qaraqan arzularındakı birliyi bu kitabda yazıb. Əslində bütün gücün, hakimiyyətin gənclərin əlində olduğunu vurğulayır kitab. Vahid ideyanın və birləşmiş gəncliyin qarşısında heç bir qüvvə dayana bilməz.
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,562 okunma
Reklam
63 syf.
8/10 puan verdi
Qaraqan
Qaraqan? HOST? uşaqlığımın ənn içtən xatirəsidir Qaraqan. Səhnəni tərk etsə belə, rep'ləri yaddaşımızda dərin iz qoydu. O sadəcə çox sevilən 'reper' idi. Gələk kitabına. Bu kitabı bir dəfə yarım saxlamışdım. Ilk səhifələrdə gözləntilərimin düşdüyünü hiss etdim və davam edə bilmədim. Indi isə oxuyub bitirdim. Ehh qaraqan bu sonluq məndə qarışıqlığa səbəb oldu. Qarışıq və qarışıq və yenə də qarışıq... Kitabda elə fikirlər oxudum ki, həqiqətən də çox bəyəndim. Əslində gənclərimizin nə istədiyini qaraqan çox gözəl anlamış və çarəsizlərə dəstəyini burda da göstərmişdi. Ama yenə də, əsərə qaraqanın kitabı kimi deyil sadəcə bilmədiyim şəxs kimi yanaşsam, bədii cəhətdən mənə xoş gəlmədi. Təbii ki fikirlərini də tərifləməsəm olmaz. QARAQAN. Onu çox tərifləmək istərdim. Ama kitaba ədalətli yanaşmalıyam.
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,562 okunma
235 syf.
·
Puan vermedi
·
5 saatte okudu
"A" romanı olduqca axıcı bir kitabdır. Mən bir çoxlarından fərqli olaraq H.O.S.T ilə əvvəlcədən tanış deyildim. Sadəcə bu kitabı 3-4 il əvvəl oxumuşdum.. hazırlıq vaxtlarımda ilk dəfə olaraq bu kitabla mütaliəyə başlamışdım.. mənə nədənsə həmin vaxtlar təsir etmişdi, ama bu dəfə oxuduğum zaman eyni hissləri keçirmədim. Kitab Anarın həyatında dəyişiklik etməsi üçün səyahətə çıxması ilə başlayır. İllər əvvəl oxusam da mövzusu qəti olaraq yadımda qalmamışdı. Lakin əsəri oxuduğum zaman baş obrazın şizofren olduğunu düşünürdüm.. Çünki bəzi hadisələrin nağıl kimi baş verməsi, bütün obrazların adlarının A hərfi ilə başlaması və s. Lakin əsərin sonluğunda yazıçı qərarı oxucuya buraxır. Yazıçı müasir Bakı və aktual problemlərdən söz açır kitabda: rüşvətxorluq, özbaşınalıq, tərbiyəsizlik, soyuqluq və s. Bütün bunların çarəsini isə gənclərdə görür. Kitab psixoloji triller janrındadır. Ümumillikdə götürsəm kitabı nə çox sevdim, nə də az. Ama Yazıçının kitabı 20 yaşında yazması təqdirəlayiqdi. Oxuyacaq olanlara xoş oxumalar.
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,562 okunma
235 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Öncəliklə deməliyəm ki, kitab bir sözlə MÜKƏMMƏLDİRR.. İlk dəfə Qaraqanın "Mələk" kitabını oxumuşdum və o zaman anlamışdım ki, Qaraqan digər yazarlardan çox fərqlidi. Onun düşüncələri,yazdıqları o qədər mənə maraqlı gəlir ki. Çox sevdiyim yazarlardan biri olan Qaraqanın "A" romanını düşünürəm ki, hər kəs oxumalıdır. Və oxuduğunuzada əsla peşman olmayacaqsınız. Gələk kitab haqqında incələməyə; Kitab Anar adlı gəncin eyniləşmiş və robotlaşmış həyatından yorulmasını və yeni bir şeylər,fərqli bir həyat axtarışına çıxmasından bəhs edir. Və çıxdığı bu yolda H.O.S.T adlı bir qrupla tanış olur. Və Anarın həyatı burada tamamilə dəyişir. Onlar bir ideologiya altında gəncləri toplayıb öz qruplarını bu şəkildə genişləndirirlər..
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,562 okunma
235 syf.
5/10 puan verdi
·
1 saatte okudu
Bu romanı 20 yaşımdan əvvəl oxuduğum üçün sevinirəm.Reallıqlarla üzləşdim və öz düşüncülərimin kitabda əks olunduğunu gördüm. Kitabda bəyəndiyim fikirlərlə yanaşı bəyənmədiyim fikirlər də var idi. Oxucuların çoxunun romanı bəyənməsi sırf müəllifinin Qaraqan olduğu üçündür. Qaraqan yaxşı reper ola bilər amma kitabı üçün eyni fikirdə deyiləm.
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,562 okunma
235 syf.
9/10 puan verdi
·
Beğendi
Qaraqanın əsərləri içərisində ilk oxuduğum romandır. Qaraqanın o vaxtkı yaşını, təcrübəsini və ilk əsəri olduğunu nəzərə alsaq çox yaxşı bir əsərdir. Mənim kimi digər gənclərin də içindən keçəni qələmə alıb sanki
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,562 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.