Abel Sanchez - Tula Teyze

Miguel de Unamuno

Abel Sanchez - Tula Teyze Gönderileri

Abel Sanchez - Tula Teyze kitaplarını, Abel Sanchez - Tula Teyze sözleri ve alıntılarını, Abel Sanchez - Tula Teyze yazarlarını, Abel Sanchez - Tula Teyze yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Abel Sançesdən yenə perfect cahil tespiti.
Onların ən çox nifrət etdiyi şey xəyal gücüdür, çünki özlərində yoxdur bu. Güc! Xəyalatın gücü!
tam tərsi isə bizim sosium üçün keçərlidir. Abel Sançes ötdürür_2
Meşşan, kobud ruhlu insanlar diqqət çəkməyi bacarmırlar və bunu edə bilənlərin varlığına dözə bilmədikləri üçün onlara hamı tərəfindən qəbul olunan ehkamçı libas geyindirirlər. Bu onların həm diqqət çəkmək, həm dəqorunmaq vasitəsidir. Heç şübhən olmasın, incəsənətdə olduğu kimi, dinin də təməlində paxıllıq dayanır. Əgər insanlara ürəkləri istədiyi qiyafədə gəzməyə imkan verilsəydi, onda hamı yalnız öz təbii gözəlliyini göstərən, diqqət çəkən libaslar geyinərdi.
Reklam
don Sançes ;)
Dəb təxminən belə yaranıb: bir kiçi qadınları heyran edib, başqaları isə gözəgəlimli olmadıqlarına görə, paxıllıqdan, hamı bir-birinə bənzəsin deyə basmaqəlib əlbisələr geyiniblər. Dəb bir başqa cür ənənəçilikdir.
və romanın ən ümdə dialogu. İxtisarsız təqdimat:
- Cəhd etmək lazımdır...Bunu etmək üçün insan azaddır. - Azad iradəyə inanmıram, padre. Mən həkiməm. - Axı... - Neyləmişəm ki, Tanrı məni belə, kinli, paxıl, bədxah yaradıb? Xislətimdəki bu pislik atamın qanı ilə keçib mənə? - Oğlum... - Yox, mən insan azadlığına inanmıram və buna görə də azad deyiləm! Azadlıq - azad olduğuna inanmaqdır! - Bunun qanla əlaqəsi yoxdur, siz özünüz pis insansınız, çünki Tanrıdan şübhələnirsiniz. - Tanrının varlığına şübhə edənlər pis insanlardır, padre? - Elə demək istəmirəm, lakin sizin bu iztirablarınız məhz şübhənizdən qaynaqlanır. - Tanrıya şəkk edəndə pis insan oluruq ki? Bir də soruşuram. - Bəli, mənim balam. - Axı O məni pis adam kimi yaradıb deyə, varlığına şübhə edirəm. Qabili də pis insan olaraq yaratmışdı. Məni şübhəyə salan Tanrının özüdür... - O bizi sərbəst buraxıb. - Bəli, mən də pis insan olmaqda sərbəstəm. - Həm də yaxşı insan olmaqda! - Niyə ölmürəm axı, padre?
don Xuakin deyir ki, Abel Sançes Qabilə aşiqdir...
çünki heyran qalmaq aşiqliyin, aşiq olmaq isə yazığı gəldiyinin göstəricisidir.
"O da mənim hislərimə nifrətlə qarşılıq versəydi, hər şey başqa cür olardı. Bəlkə də, onda bu əzablardan qurtulardım." "Etiraflar"
Reklam
Geri199
1.000 öğeden 991 ile 1.000 arasındakiler gösteriliyor.