Aciz Qalan Ulduzlar

Məsudə Cabbar

Puan

8.610 üzerinden
63 Kişi · 8 İnceleme
250 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 saatte okudu
Məncə oxumağa dəyər bir hekayədir onların hekayəsi. Təsadüflər nəticəsində qarşılaşan iki insan və saf sevgidən bəhs edir əsər. Bir oturuşda oxuna biləcək, asan dillə yazılmış bir əsərdir. Mənim fikrimcə gənc və ya yaşlı fərq etmədən, oxuna biləcək bir həyat hekayəsi idi. Bəzi hissələr o qədər tanış gəlirdi ki, bilmirəm daha çox bəyənməyimə səbəb olurdu. Eyni zamanda, belə sonluqlu kitabları daha çox sevirəm. Bunun səbəbini bilmirəm lakin, bu sonluqlar və hadisələr həyata daha yaxın görünür. İnsan özündən daha çox parçalar tapır.
Aciz Qalan Ulduzlar
Aciz Qalan UlduzlarMəsudə Cabbar · 2015230 okunma
250 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Uzun muddetden sonra agladigim bir kitab oldu.Cox duygu yüklü bir kitabdir. Ata hesreti ile boyuyen Fereh her gün məzarliga gelir.Orxanda anası ucun gelir.Anasi ucun her gün bir məktub gətirir.Bir gün Fereh Orxanin anası ucun mektubu gorub aparir eve.Kim deye bilerdiki bir gün bu mektubdan birini Orxan yox Fereh yazacaq ve onu Orxan ucun yazacaq. Qaşlarını niyə çatmısan? Hə..Bilirəm,deyəcəksən ki,məni ağlayarkən görmək istəmirsən və mən bu halımla daha da çirkin görsənirəm... Fərəh dərindən nəfəs alıb gülümsədi.Məzar daşına tərəf yaxınlaşıb buz kimi mərmərin üzərindəki ən isti ada toxundu..Məktubunu üzünə yaxınlaşdırıb kağızı həsrətlə öpdü və hər gün yazıb gətirdiyi digər məktubların yanına qoyaraq gözdən itdi..
Aciz Qalan Ulduzlar
Aciz Qalan UlduzlarMəsudə Cabbar · 2015230 okunma
Reklam
250 syf.
10/10 puan verdi
·
Beğendi
Qızlar analarının talehini yaşayırlar) Kitab çox sadə dillə yazılmış bəzi həyat gerçəklərin ortaya çıxarır. Kitabın adını oxuduqda anlamışdım ki mənə təsir edəcək, elə də oldu. Niyə yaxşı insanlar həyatdan tez köçür? Bunun cavabını heç cürə tapa bilmirəm. Təsadüf sayəsində tanış olub, bir birinin həyatı olan iki gəncdən bəhs edir kitab. Təsadüflərə inanan biri deyiləm, və heç bir zamanda inanmayacam, çünki bir şey olacaqsa əlbət bir səbəbi vardır. Fərəh erkən yaşda ata sevgisindən məhrum olmuşdu bu hissi Orxanla doldururdu. Orxan getdikdən sonra isə yanlız tək başına qaldı. . Ümid edirəm hər kəs sevdiyinə qovuşar bir gün, qısaca oxumağa dəyər bir kitab idi).
Aciz Qalan Ulduzlar
Aciz Qalan UlduzlarMəsudə Cabbar · 2015230 okunma
250 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 saatte okudu
Gün gələcək sevdiklərimizin bir kəliməsinə bir gülüşünə həsrət qalacıq. Qədir bilmək çox qiymətlidir. Bu kitab bir daha öyrətdi mənə bunu. Sadə dillə həyatın doğrularını anlatanan bir kitab...
Aciz Qalan Ulduzlar
Aciz Qalan UlduzlarMəsudə Cabbar · 2015230 okunma
250 syf.
10/10 puan verdi
·
5 saatte okudu
Qızlar analarının talehini yaşayar.....
İndiyə kimi 27 kitab oxudum. Bu kitabla 28 oldu. Və bunu deyim ki, bu kitab digər kitablara heç bəzəmədi. Sonunu belə gözləmirdim. Heç sonunun məni bu qədər ağladacağını belə düşünməmişdim. Kitab məni bir sual üzərində düşünməyə vadar etdi. Görəsən yaxşı insanlar həyatdan niyə tez köçürlər?... Bu sualın cavabını verərdim amma cavabı məndə qalsa daha yaxşı olar deyə düşünürəm. Fərəhin anası bir söz dedi: Qızlar analarının talehini yaşayırlar.... Bu kitabda bu sözün çox doğru olduğunu təsdiqlədi. Amma Həyat,Fərəhi heç olmasa anası qədər də olsa xoşbəxt olmağa imkan vermədi.....
Aciz Qalan Ulduzlar
Aciz Qalan UlduzlarMəsudə Cabbar · 2015230 okunma
250 syf.
·
Puan vermedi
" - Şey, amma məncə qız oğlana inanmalı idi. Heç kəs inanmasa da o inanmalı idi. - İnam təhlükəli bir şeydir. Qazanmaq illərini alır, itirmək saniyəni...."
Aciz Qalan Ulduzlar
Aciz Qalan UlduzlarMəsudə Cabbar · 2015230 okunma
Reklam
250 syf.
10/10 puan verdi
Ah!...niyə gözəl anlar belə qısa sürür,niyə yaxşı insanları tez Tanrı alır bizdən,bu əsər mənə çox böyük təsir bağışladı, sonunu heç belə gözləmirdim, sevdiyimiz insanların əlindən tutaq,onlara demək istədiklərimizi deyək çünki bir dəqiqə sonra onlar yanımızda olmaya bilərlər.
Aciz Qalan Ulduzlar
Aciz Qalan UlduzlarMəsudə Cabbar · 2015230 okunma
Resim