Adı Leylaydı

Pərviz Arif
8/10
2 Kişi
7
Okunma
1
Beğeni
328
Görüntülenme
Pərviz Arifin yaradıcılığına ötəri nəzər salmaq kifayətdir ki, onun necə parlaq istedada sahib olduğunu görəsən. O, həm əruz, həm heca, həm də sərbəst vəzndə olduqca gözəl, təsirli şeirlər qələmə almağı bacarır. SONUNCU GÜNÜN DARIXMAĞI Mən hələ bu qədər darıxmamışdım Milyon il ayrılıq günündən keçib. Lənətəgələsi bu qara pişik Yenə taleyimin önündən keçib. Bu nə darıxmaqdı, qurbanın olum?! Mən hara, bu qədər darıxmaq hara?! Öpürəm gecənin qaranlığından Yumuram gözümü Ay işığına Deyəsən gedirəm çox uzaqlara. Siz ey uzaqlardan gələn adamlar Siz ey uzaqlıqdan ölən adamlar Orda da darıxmaq olurmu belə? Orda da Günəşi qarşılayanlar Gecələr əlacsız qalırmı belə? Daş düşsün başına bu darıxmağın Mən boyda adamın səsini kəsir. Mən boyda adam da deyirəm, amma hələ də qonşunun qara pişiyi Yanımdan ötəndə dizlərim əsir.
96 sayfa · İlk Yayın Tarihi: 2018
Reklam

Yorumlar ve İncelemeler

96 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 saatte okudu
Arif olsaydım əgər mən Sual olsaydım əgər mən, cavabım yox düşünərdim, Xəyal olsaydım əgər mən, sənə gerçək görünərdim. Baxış olsaydım əgər mən, baxışından üzülərdim, Yağış olsaydım əgər mən, dodağından süzülərdim. Qədəh olsaydım əgər mən, başacan sözlə dolardım, Fərəh olsaydım əgər mən, saf ürəklərdə olardım. İşıq olsaydım əgər mən, sən ola səmtə saçardım, Uşaq olsaydım əgər mən, sənin ardınca qaçardım. Ağıl olsaydım əgər mən sən olan yerdə itərdim, Nağıl olsaydım əgər mən, dəli sonluqla bitərdim. Ürək olsaydım əgər mən, bu soyuqluqda donardım, Külək olsaydım əgər mən, sənə sakit toxunardım. Oruc olsaydım əgər mən, səni "Ay" zənn eləyərdim, Səni gördükdə içib su, daha iftardı deyərdim.
Adı Leylaydı
Adı LeylaydıPərviz Arif · Parlaq İmzalar · 07 okunma
30 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.