Anardan oxuduğum üçüncü əsərdi.Hər üç əsərdə də Anarın qələminin axıcılığını,rəvanlığını görmüşəm.Bu əsər digər oxuduğum iki əsərdən fərqli olaraq vətən mövzusunda idi,yenidən yazıçı ilə tanış oldum.Vətənə,türkçülüyə,türk tarixinə olan sevgisini bu əsərdə gördüm.Əsər iki nağıldan ibarətdi,birinci də xoşbəxt Azərbaycandan,ikinci də bədbəxt və acınacaqlı hala düşmüş Azərbaycandan danışır.Birinci nağılı oxuduqca nə qədər xoşbəxt olurdumsa ikinci nağılda bir o qədər kədərlənirdim.Məlik obrazının birinci nağılda təsvir etdiyi Azərbaycan güman ki,Anarın görmək istədiyi Azərbaycan idi,ikinci nağılda qarşılaşdığı hadisələr isə Mirzə Cəlilin “Anamın kitabını” mənə xatırladırdı.Ümumi olaraq əsəri bəyəndim,mövzu və ideyası,hadisələrə munasibətə,boşluq yaratmaması əsərdə sevdiyim nuanslardan idi.Hər kəsə oxumağı tövsiyyə edirəm.Tovsiyyə edəcəyim,digər bir şey isə öz tariximizi unutmamalı,hər zaman əslimizi,soyumuzu qəbul etməli və onun üçün daima çalışmalıyıq.