Ağ Qoç, Qara Qoç

Anar Rzayev

Yorumlar ve İncelemeler

Tümünü Gör
182 syf.
9/10 puan verdi
·
Beğendi
·
7 saatte okudu
Fikrimcə, utopiya və disutopiya mövzusunda olan ən gözəl əsərlərdəndir... İkinci hekayədə öz kökündən ayrılmanın, ailənin hər bir üzvünün ayrı-ayrı "zona"lara səpələnməyinin verdiyi məyusluqlara baxmayaraq birinci hekayədəki gələcəyə nikbin baxış, ağ qoçun bizə çox yaxın olması fikirləri insanı müsbət düşünməyə səsləyir.
Ağ Qoç, Qara Qoç
Ağ Qoç, Qara QoçAnar Rzayev · Hədəf Nəşrləri · 2013121 okunma
Reklam
182 syf.
10/10 puan verdi
·
Beğendi
Hər vaxtınız xeyir olsun,əziz kitabsevərlərBu gün sizlərlə sevimli yazıçım Anarın "Ağ qoç qara qoç" əsərini paylasacagam.Bu Anardan oxuyub bəyəndiyim artıq 3cu əsərdir.Əsəri əslində avqust ayında oxumuşdum,paylaşmağa indi fürsət tapıram. Və bu əsərlə
Nigar Qoca
Nigar Qoca
-nin başlatdığı #nigarqocaylamilliədəbiyyat marafonuna qoşuluram
Ağ Qoç, Qara Qoç
Ağ Qoç, Qara QoçAnar Rzayev · Hədəf Nəşrləri · 2013121 okunma
182 syf.
6/10 puan verdi
·
Beğendi
Anar "Ağ qoç,qara qoç".Adı ilə bizə ilk olaraq Məlikməmməd nağılını xatırladır elə deyil.Bəli elədi tam iki hissəli olan bu əsər yazıçının "Məlikməmmədin nağılı"a müraciəti əsasında yaranıb.İlk hissəni oxuduğumda əslində çox sıxıldım.Çünki ilk hissədə hadisələr o qədər axarında normal inkişaf edirdi ki,bir növ nağıl kimi
Ağ Qoç, Qara Qoç
Ağ Qoç, Qara QoçAnar Rzayev · Hədəf Nəşrləri · 2013121 okunma
182 syf.
9/10 puan verdi
·
Beğendi
·
33 saatte okudu
Bu kitabı təsadüfən aldım.İndiyə kimi Anarın yaradıcılığı ilə bağlı bir əsər belə oxumamışam.Dedim hərşeyin bir ilki var.Kitabı az əvvəl bitirdim,aldığıma və oxuduğuma qətiyyən peşman deyiləm.Əksinə bitirdiyim üçün biraz pis oldum,kaş biraz daha uzun olsaydı.O zaman 10 xal verərdim bəlkədə.Əsər oxuduğuma görə dünyada bir ilk həm utopik həmdə distopik janrların harmanlanmasi ilə yazılıb.Bu iki tərzin birləşməsi çox mükəmməl bir iş ortaya çıxarıb.İlk hissəsi firavan və ideal,yazıçı və mənimdə görmək istədiyim Azərbaycana aiddir.Bu hissə çox çəkmir və ikinci hissə-Viran olmuş yurdumuzu göstərir-dəhşəti andıran bir fəlakət ssenarisidir.Əsər çox axıcıdir,birnəfəsə bitirmək mümkündür.Qısacası mən bu əsəri bəyəndim,ruhuma toxundu və məni tətmin etdi,sadəcə birazda uzun olmasını istərdim...
Ağ Qoç, Qara Qoç
Ağ Qoç, Qara QoçAnar Rzayev · Hədəf Nəşrləri · 2013121 okunma
Reklam
120 syf.
·
Puan vermedi
Azerbaycan'ın önemli yazarlarından birisi olan Anar'ın 2003 yılında yazdığı romanı. Roman iki modern masaldan oluşuyor. Birincisinde Ak koç'un sırtına binen Melik Memmed güzel bir manzarayla karşılaşıyor. Azerbaycan ütopyası dediği bu masala göre Azerbaycan dünyanın en gelişmiş ülkelerinden birisi durumunda. Hatta tek bşına da değil Türk dünyası muasırlaşmış; ekonomiden politikaya, sanattan kültüre kadar herşey fevkalade iyi durumdadır. İkinci masal ise bir korku senaryosudur. Burada Kara koç'un sırtına binen Melik Memmed'in dinci, komünist ve demokratik olarak üç bölgeye ayrılmış ve üçünde de olması gerekenden uzak, kimliksiz, milli değerlerin olmadığı ve felaket olarak nitelenebilecek bir Bakü manzarası var. Yazarın dünya görüşünü ortaya koyan başarılı bir roman Ak Koç, Kara Koç...
Ak Koç Kara Koç
Ak Koç Kara KoçAnar Rzayev · Da Yayınları · 2005121 okunma
144 syf.
·
Puan vermedi
·
24 saatte okudu
Anardan oxuduğum üçüncü əsərdi.Hər üç əsərdə də Anarın qələminin axıcılığını,rəvanlığını görmüşəm.Bu əsər digər oxuduğum iki əsərdən fərqli olaraq vətən mövzusunda idi,yenidən yazıçı ilə tanış oldum.Vətənə,türkçülüyə,türk tarixinə olan sevgisini bu əsərdə gördüm.Əsər iki nağıldan ibarətdi,birinci də xoşbəxt Azərbaycandan,ikinci də bədbəxt və acınacaqlı hala düşmüş Azərbaycandan danışır.Birinci nağılı oxuduqca nə qədər xoşbəxt olurdumsa ikinci nağılda bir o qədər kədərlənirdim.Məlik obrazının birinci nağılda təsvir etdiyi Azərbaycan güman ki,Anarın görmək istədiyi Azərbaycan idi,ikinci nağılda qarşılaşdığı hadisələr isə Mirzə Cəlilin “Anamın kitabını” mənə xatırladırdı.Ümumi olaraq əsəri bəyəndim,mövzu və ideyası,hadisələrə munasibətə,boşluq yaratmaması əsərdə sevdiyim nuanslardan idi.Hər kəsə oxumağı tövsiyyə edirəm.Tovsiyyə edəcəyim,digər bir şey isə öz tariximizi unutmamalı,hər zaman əslimizi,soyumuzu qəbul etməli və onun üçün daima çalışmalıyıq.
Ağ Qoç, Qara Qoç (Utopik və Antiutopik Nağıllar)
Ağ Qoç, Qara Qoç (Utopik və Antiutopik Nağıllar)Anar Rzayev · Qanun Nəşriyyatı · 2022121 okunma
120 syf.
·
Puan vermedi
Məlikməmmədi, Beyrəyi, Burlanı birlikdə görə biləcəyimiz postmodern əsər. Müasir dövrdə yaşayan bu obrazların davranışları, həyat tərzi də əvvəlkindən fərqlənirdi.
Ak Koç Kara Koç
Ak Koç Kara KoçAnar Rzayev · Da Yayınları · 2005121 okunma
120 syf.
·
Puan vermedi
Anar, mənim üçün əfsanəvi, hər yeni kitabında `bu ən sevdiyimdir` dediyim, daha sonra dönüb baxanda yox axı, digərlərini də çox sevirəm yazıçı. Çox xoşbəxtəm ki, bu gün onu məhz iş otağında, saatlarla dinləmək, beynimdə fırlanan suallarımı soruşmaq imkanım oldu. Ağ qoç, Qara qoç Anarın 2003cü ildə qələmə aldığı, dünya ədəbiyyat tarixində ilk dəfə
Ak Koç Kara Koç
Ak Koç Kara KoçAnar Rzayev · Da Yayınları · 2005121 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.