Ağ Zanbaqlar Ölkəsi

Grigory Petrov
“Ağ zanbaqlar ölkəsi” görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Spiridonoviç Petrovun (1866-1925) ən tanınmış publisist əsəridir. Rusiyada baş verən qanlı Oktyabr inqilabından sonra mühacirətə gedən Q.Petrov bu kitabı Serbiyada çap etdirmişdi. Kitab çap olunan kimi Avropanın slavyan xalqları arasında böyük şöhrət qazanmış, təkrar-təkrar nəşr edilərək yayılmışdı. Kitabda Finlandiyanın Ru­siyaya birləşdirilməsindən sonra keçdiyi inkişaf yolu təsvir edilir. Əlbəttə, burada təsvir olunan hadisələr bütünlüklə reallığı əks etdirmir, Q.Petrov Finlandiyanın timsalında geri qalmış bir ölkənin tərəqqi yoluna çıxması və çiçəklənən bir ölkəyə çevrilməsinin özünəməxsus modelini yaradaraq ortaya qoyur. Lakin Q.Petrovun bu əsərində, yarıreal-yarıutopik təsvirlərlə oxucuya təqdim olunan Fin­landiya, doğrudan da, bu əsərin yazılmasına qədər və yazılmasından sonra keçdiyi inkişaf yoluyla dünyanın ən qabaqcıl və zəngin bir ölkəsinə çevrilməsiylə heyrət doğurur. 1928-ci ildə türk dilinə çevrilən kitabla tanış olan Atatürk kitabı çox bəyənmiş, onun Türkiyənin məktəblərində, xüsusilə də, hərbi liseylərdə dərs vəsaiti kimi öyrədilməsi barədə əmr vermişdi.
Yazar:
Grigory Petrov
Grigory Petrov
Tahmini Okuma Süresi: 5 sa. 40 dk.Sayfa Sayısı: 200Basım Tarihi: Mart 2019İlk Yayın Tarihi: 1923Yayınevi: Qanun NəşriyyatıOrijinal Adı: Финляндия, страна белых лилий
ISBN: 9789952366112Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
200 syf.
10/10 puan verdi
·
8 günde okudu
"Ağ zanbaqlar ölkəsi"
İlk öncə yazıçı haqqında məlumat vermək istərdim. Qriqori Petrov-XX əsrin əvvəllərində Rusiya imperiyasında ən tanınmış din xadimlərindən və yazıçılardan biri idi.Fərqli fikirlərinə görə kilsədən qovulmuşdu.Qovulduqdan sonra isə ədəbiyyatla məşğul olmağa başlamışdır. Yazıçı ən məşhur əsəri "Ağ zanbaqlar ölkəsi"(1923) kitabını isə Rusiya İmperiyasında baş verən 'Oktyabr İnqilabı'ndan sonra ölkədən qaçdıqdan sonra Finlandiyada yazmışdır. Yazdığı bu məşhur əsərində olan fikirlərinə görə kitab SSRİ-də qadağan edilmişdir. Lakin SSRİ-də qadağan olunmasına baxmayaraq yeni inkişafda olan Türkiyə'də böyük maraqla qarşılanmışdır. Mustafa Kamal Atatürk - kitabla tanış olduqdan sonra bu kitabın türk dilinə tərcümə olunub hərbi məktəblərində tədris edilməsinə göstəriş verir. Bu cür addımı yalnız Atatürk kimi dahi ata bilərdi. Məhz buna görə həmin dövrdə Türkiyədə ən çox satılan kitab sıralarında ilk yerləri tutmuşdur. Əsərdə yazıçı Finlandiyada yaşadığı illərdəki təcrübələri qeydə almışdır. Yazıçı Q.Petrov bu məşhur əsərində fin mütəfəkkiri Yohan Vilhelm Snelman'ın öz xalqının düşdüyü çətin durumdan çıxarmaq yolunda apardığı əziyyətli mübarizəni ustalıqla şərh etmişdir. Hər kəs mütləq şəkildə bu gözəl əsəri oxumalıdır. Xoş mütaliələr.
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201997,9bin okunma
Reklam
200 syf.
·
Puan vermedi
·
7 günde okudu
"Ağ zanbaqlar ölkəsi” görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Spiridonoviç Petrovun ən tanınmış publisist əsəridir. Əsərin adını çox eşitmişdim, alıb oxumağa qərar verdim. Düzü, kitabı alanda bir az tərəddüdlü idim. Çünki az-çox mövzusuna bələd idim. İndiyə qədər bu tipli kitab oxumamışdım oxuduğum bütün kitablar müəyyən süjetli
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201997,9bin okunma
200 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
İlk əvvəl qeyd edim ki, M.K.Atatürkün bu kitaba verdiyi diqqət məndə oxumaq həvəsinə səbəb olmuş,lakin siyasətlə bağlılığına görə oxumamışdım. Bir müddət sonra hədiyyə edilməsi ilə anladım ki , oxumaq kaderime yazılmış). Nə qədər siyasətlə bağlı şeylərdən qaçsamda
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar Ölkəsi
maraqlı gəldi. Kitabda Finlandiyanın timsalında inkişafdan qalmış ölkənin tərəqqi yolu göstərilmişdir. Göstərilir ki, hər kəs ilk əvvəl özünü dəyişdirməli, inkişaf etdirməli, həmçinin xalqı üçün nələrsə etməlidir. Burada xalqı maarifləndirməkdən, Vətən sevgisindən, dini inanclardan, valideyn övladlarını necə tərbiyə etməlidir, cəmiyyət necə qurulmalıdır məsələlərinə ustalıqla toxunulmuşdur. Xoş mütaliələr...
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201997,9bin okunma
200 syf.
·
Puan vermedi
·
4 günde okudu
Mustafa Kamal Atatürkün əmri ilə məktəblərin tədris proqramına salınan
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar Ölkəsi
. Kitab Finlandiyanın tarixi , mədəniyyəti, ədəbiyyatı ilə bağlı məsələləri özündə əks etdirir. Finlandiyanın qabaqcıl ziyalıları və müəllimləri xalqın maariflənməsi və özünü dərk prosesində iştirak edirlər. Onlar hər bir sahədə yenilik yaratmağa, xalqı hər tərəfli inkişaf etdirməyə çalışırlar. Xüsusilə tarix sevənlərin mütləq oxumalı olduğu bir kitabdır.
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201997,9bin okunma
Reklam
200 syf.
6/10 puan verdi
·
6 günde okudu
Bataqlıqdan ağ zanbaqlar ölkəsinə...
Böyük gözləntilərlə və həvəslə başladığım kitabında sonuna gəldim. Kitabda illərlə əsarət altında qalmış Finlandiyanın necə bu bataqlıqdan xilas olduğunu aydın şəkildə görürük. Finlandiyalıların təhsilə verdiyi önəmi çox sevdim. Təhsili gücləndirməklə necədə gözəl yerlərə gəlmək olarmış....Ümumi kitab haqqında düşüncələrimə gəlsək, "Türkiyədə Qurandan sonra ən çox satılan kitab" cümləsini gördüyüm an kitabdan olan gözləntilərim pik nöqtəyə çıxdı. Amma çox təəssüf ki, yenə hərkəsin tərifləyə tərifləyə bitirə bilmədiyi kitablardan birini mən elədə bəyənmədim. Heç axıcı gəlmədi mənə kitab. "sürünə-sürünə" oxudum desəm yeridi. Ancaq "Qəhraman və kütlə" " Kazarma" bölümləri digərlərinə nisbətən babatıydı. "Valideynlər və uşaqlar" "Karokep" bölümü isə ən sevdiklərim oldu. Kitabın ən can alıcı və axıcı hissəsiydi. Qalan hissələr zorla birtəhər oxudum. O qədər sıxıldım ki bir çox səhifədə oxuduğumu anlamadığımın fərqinə varıb, həmin səhifəni başdan oxumağa başladım. Yenədə çatdırdığı fikirlər gözəl idi. Amma bizim ölkəyə görə birazda nağıl kimi gəldi.... kaş insanlarımızı o qədər asanlıqla özlərinə gətirmək olsaydı. Görəsən doğurdanda bataqlıq da olan ölkəni ağ zanbaqlar ölkəsinə çevirmək mümkündürmü? Görəsən bir gün bunu bacara biləcik? Qüsursuz kitab yoxdur. Qüsurlarıyla sevin kitabları. Kitabla qalın! salamat qalın!!!
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201997,9bin okunma
150 syf.
·
Puan vermedi
·
15 günde okudu
Salam əziz kitabsevərlər! Bugün sizinlə yeni oxuduğum " Bəyaz zanbaqlar ölkəsində" kitabı haqqında öz fikirlərimi bölüşmək istəyirəm. Kitab Finlandiyadan, bu ölkənin çətin təbii şərait və vəziyyətdə necə böyük uğurlar qazandığından bəhs edir. Bu kitab uzun müddətdir ki, oxuyacağım kitablar siyahısında idi və nəhayət oxumağa başladım. İlk vaxtlar məni nədənsə o qədər cəzb etmirdi ,lakin 20-25 səhifə sonra maraqla oxumağa başladım və həmin maraqla da kitabı bitirdim. İlk öncə onu qeyd edim ki kitabı çox qısa vaxt ərzində də oxuyub bitirə bilərsiz. Kitabı sevməmin əsas səbəbi, bir çox dahi şəxsiyyətlərdən bəhs etməsi oldu. Əsas olaraq onu göstərir ki, təhsilsiz Dövlət inkişaf edə bilməz. Təhsilin cəmiyyətə təsiri çox gözəl şəkildə əks olunub kitabda. Kitab Atatürk tərəfindən də tövsiyə olunmuşdur. Hər kəsə xoş mütaliələr!
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201997,9bin okunma
200 syf.
·
Puan vermedi
·
Beğendi
·
29 saatte okudu
Bu günləri Finlandiya öz rifahı, iqtisadiyyatı, insanlarının düşüncə tərzi ilə seçilən və bir çox insanın yaşamaq istədiyi ölkələrdən biridir ki, kitabda da bataqlıq ölkəsinin ağ zanbaqlar ölkəsinə çevrilməsinindən bəhs edilir. Əsərin bir ölkənin inkişafı üçün əsas amilin təhsil olduğunu vurğulaması çox xoşuma gəldi. Ölkənin əhalisinin aşağı yaş təbəqəsindən tutmuş qocasına, əlilinə qədər inkişaf etməyə, oxumağa göstərdiyi önəm göstərilir. Yazar bunu İki ayrı evdə ayaqları olmayan qoca və kor bir qoca qadının özlərinin taleləri ilə barışmaması, inkişaf etməyə olan meylləri barəsində olan əhvalat ilə nümunə olaraq göstərmişdir. Təhsil əsaslı bir toplum kitabda bilik və bacarıqların bar verdiyi bir bağça olaraq təsvir edilmişdir. Ziyalı dedikdə ağla gələn şəxs kimdir və nə etməlidir? Sualına cavab məhz bu kitab olardı. Ziyalı ancaq öz halına yanan olmamalı, yaxşı maaş naminə bu yola atılmamalıdır. Onlar xalqın beynidir, xalqa kömək etməlidir. Yəni, inkişaf az bir qismdə yox, bütün cəmiyyətdə olmalıdır. Bu mənə iqtisadçı olaraq, Pareto optimumunu xatırlatdı. Pareto optimumu o vaxt baş verir ki, hər hansı dəyişikliyin qiymətləndirilməsi ya hamının rifah halının yaxşılaşmasını, ya hamının rifah halını pisləndirməməklə heç olmasa bir nəfərin rifah halının yaxılaşdırmasını əks etdirir. Zövqlər fərqlidir. Mənim xoşuma gəldi. Bəzi kitablar vardır ki, insanın dünya görüşünü artırır məhz bu o kitablardandır..
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201997,9bin okunma
200 syf.
·
Puan vermedi
·
14 günde okudu
Finlandiyanın dirçəlməsindən bəhs edən bir kitabdır. Atatürkün bu qədər bəyəndiyi kitabı oxumamışdan qabaq məni maraqlandırırdı. Ancaq kitabı oxusanız yeni bir həyata baxış bucağı əldə edəcəksiniz. Insanların ruhunu alovlandıran, ölkənin dirçəlməsi uğrunda mübarizə aparan Snelmon dilindən yazılıb. Hər kəsə hədiyyə edin. Oxuyun oxutdurun. Kitabla qalın..
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201997,9bin okunma
Reklam
200 syf.
·
Puan vermedi
Finlandiya-bataqlıqdan ağ zanbaqlar ölkəsinə çevrilən dövlət. Kitab fin xalqının inkişaf yolunda mübarizəsini hərtərəfli əks etdirir. Sözün əsl mənasında, bəşəriyyət üçün nümunə ola biləcək bir əsərdir. Sivilizasiyadan uzaq, dövrünün bir çox dövlətləri ilə müqayisədə sosial, iqtisadi, mədəni sahədə geri qalan bir xalq belə bir inkişafa necə nail oldu? Uzun illər İsveç və Rusiya əsarətində qalaraq müstəqillik kəliməsindən bixəbər olan bir xalq üçün bu çox önəmli və təqdirəlayiq bir uğur idi. Əsərdə əsas diqqət çəkən məqam xalq içərisindən olan ziyalıların öz üzərlərinə düşən öhdəliyi dərk edib əzmkarlıqla mübarizə aparmalarıdır. Bir ovuc ziyalının fin xalqını bu bataqlıqdan çıxara bilməsi isə kənardan asan görünən, lakin güclü iradə və səbir tələb edən bir mərhələ idi. Kitab 13 hissədən ibarətdir və bu hissələr ziyalıların səyi ilə reformasiya edilən sahələrin adı ilə adlandırılır. Ailə münasibətləri, düzgün təhsil sistemi, mühüm insani keyfiyyətlər haqqında verilən mesajlar isə sadəcə alqışlanmalıdır. Hər kəsin oxumalı olduğu kitab olduğunu düşünürəm.
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201997,9bin okunma
200 syf.
9/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Suomidən - Li-li'yə
Finlandiya- Bataqlıqdan- bəyaz zanbaq diyarına... 3 milyon cahil xalq kütləsindən - Dünyanın ən xoşbəxt ölkəsinə... 《Bu təzadları yerlə bir edən finlər! Adından da göründüyü kimi kitab fin xalqının yüksəliş xəttindən bəhs edir. O xalq ki, 1809-cu ilə qədər İsveç, daha sonra isə Rusiya əsarətində olub. Müəllif kitabda aclıq, səfalət, cahillik,
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201997,9bin okunma
207 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
"Ağ zanbaqlar ölkəsi" tərifləndiyi qədər varmış... Kitab, bir ölkənin mədəni tərəqqiyə gedən inkişaf yolundan bəhs edən yüksək səviyyəli bir əsərdir. Həmin ölkə məhz Finlandiyadır. Təbiətin bütün gözəlliklərindən, eləcə də bir çox yaşayış imkanından məhrum olan finlər Y. V. Snelman adlı bir ziyalının ciddi səyi nəticəsində mədəniyyətlərinin inkişafı yolunda irəliləməyə başlayırlar. Az müddətdə buna nail olurlar. Xüsusilə Snelmanın xalqın mədəni inkişafı yolunda gördüyü işləri heyranlıq və rəğbət hissi ilə oxudum. Kaş Azərbaycanda da bu işlər tətbiq olunaydı dedim içimdən. Bir sözlə, kitabı çox bəyəndim, oxumağınızı tövsiyyə edirəm. Xoş mütaliələr!
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201997,9bin okunma
200 syf.
·
Puan vermedi
Əsasən milli hisslər əsasında yazılan bu kitab, müəllifinin dediyi kimi, ən möhkəm yatmış insanları belə oyadacaq tərzdədir. Əsərin böyük qismində savadsızlığa qarşı mübarizə təsvir olunur. İnsanlarda mədəni səviyyənin yüksəldilməsinin vacibliyi ilə yanaşı, vətən üçün faydalı cəmiyyətin yaradılması və inkişaf etdirilməsi yazarın əsas məqsədidir deyə bilərəm. Hər bir ölkənin "Snelman"lara ehtiyacı var. Həmçinin də bizim. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda da mədəni səviyyə olması gərəkəndən çox aşağıdır və savadsızlıq qar uçqunu kimi getdikcə böyüyür və xalqı ağuşuna alır. Ümid edirəm ki, gənclər boş işlərindən vaxt ayıraraq kitab oxuyar və "oyanar".
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201997,9bin okunma
200 syf.
10/10 puan verdi
·
Beğendi
·
27 saatte okudu
Best in History
Rusiyanın məşhur yazıçısı Grigoriy Petrov`un bu əsəri istər türk, istərsə də dünya xalqları tərəfindən böyük rəğbətlə qarşılanıb. Hətta kitab üzərində "AtaTürkün hərbi məktəblərin tədris planına salınmasını əmr etdiyi kitab" deyə not da var. Kitabda çox kiçik ölkənin (Finlanidiya) həyatı, mədəniyyəti, tarixi, inkişafı haqqında o qədər
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201997,9bin okunma
·
Puan vermedi
Finlandiyanın timsalında geri qalmış bir ölkənin tərəqqi yoluna çıxması və çiçəklənən bir ölkəyə çevrilməsinin özünəməxsus modelini yaradaraq ortaya qoyur. Lakin Q.Petrovun bu əsərində, yarıreal-yarıutopik təsvirlərlə oxucuya təqdim olunan Fin­landiya, doğrudan da, bu əsərin yazılmasına qədər və yazılmasından sonra keçdiyi inkişaf yoluyla dünyanın ən qabaqcıl və zəngin bir ölkəsinə çevrilməsiylə heyrət doğurur.
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201997,9bin okunma
200 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Hər kəsə salaaam Grigory Petrovun “Ağ zanbaqlar ölkəsi” əsəri haqqında danışacam. (9/10) •Atatürkün bəyəndiyi və məktəb dərsliklərinə əlavə etdirdiyi kitablardan biridir. Kitabı oxuyanda ilk 30-40 səhifədə bəyənməyəcəyimi düşündüm. Amma məni tamamən yanıltdı. Çox axıcı, gözəl fikirlər olan, öyrədici əsərlərdəndir. •Əsərdə Finlandiyada baş verən dəyişikliklər haqqında bəhs edir. Yəni insanların yoxsulluqdan qurtuluşları, siyasi və ekonomik olaraq ölkənin yaxşı duruma gəlməsindən danışılır. Və bu intibahın səbəbkarının xalq olduğu, onların sayəsində olduğu göstərilir. Eyni zamanda əsərdə sevdiyim əsas hissələrdən biridə təhsilə çox önəm verdiklərini, yaşlıların belə kitab, qəzet oxuduğu, uşaqlara öyrətdiyindən bəhs edilir. Təhsilin çox önəmli olduğu göstərilir. Şiddətlə tövsiyyə edirəm kitabı hər kəsə xoş mütaliələr
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201997,9bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.