Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Yorumlar ve İncelemeler

Tümünü Gör
216 syf.
9/10 puan verdi
·
Beğendi
Kitab özündə həm psixologiya, həm motivasiya, həm də tarixi birləşdirir. Oxuyarkən sıxılmayacağınız, hər hadisə barədə həm saatlarla düşünməyi istəyəcəyiniz, həm də "növbəti cümlədə nə deyir görəsən" fikri ilə tez oxuyub bitirəcəyiniz bir əsərdir. Altı xətlənməli olan o qədər cümlələr var ki.. əgər diqqətli oxuyucusunuzsa, bu kitabdan özünüzə onlarca həyat mottosu seçə bilərsiniz. Kitabı oxuyarkən personajların yaşadıqlarına şərik olacaqsınız desək doğru olar. Yazarın da dediyi kimi, bu kitab sizi buludlardan aşağı endirəcək. Amma işin yaxşı tərəfi, siz endiyiniz zaman doğru yolda olacaqsınız. Tövsiyyə edirəm. Həyata ilk addımını atmaqda olan hər kəs bu kitabı oxuduqdan sonra real həyata davam etsə nə gözəl olar. Kitab haqqında son fikirimə gəldikdə isə, heç gözlədiyim tərzdə sonluq olmadı. Lakin, əgər getdiyiniz yol sizə nələrisə öyrədirsə, hara getdiyinizin o qədər də önəmi yoxdur:)
Alamo 13
Alamo 13Coşqun Kərimov · 201715 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.