Alçaldılmış və Təhqir Edilmiş İnsanlar

Fyodor Dostoyevski
Roman əsərin aparıcı obrazı Vanyanın dili ilə nəql olunur. O, zavallı mülkədar İxmenevin ailəsində onun qızı Nataşa ilə birgə tərbiyə almışdır. İxmenevin çox varlı malikanə qonşusu knyaz Volkovski onun yaxşı təsərrüfatçı olduğunu qiymətləndirir. İxmenevə əvvəlcə malikanəni idarə etməyi tapşırır, sonra isə oğlu Alyoşanın tərbiyəsi ilə məşğul olmağı xahiş edir. Əsərdəki bütün hadisələr də Alyoşanın İxmenevin evinə gəlməsindən sonra baş verir. Belə şayiə yayılır ki, guya İxmenev qızı Nataşanı Alyoşaya ərə vermək istəyir. Knyaz Volkovski bu izdivacın əleyhinədir. Alyoşa və Nataşa valideynlərindən gizlin ailə qurmaq istəyir. Vanya da Nataşanı sevir… F.M. Dostoyevskinin «Alçaldılmış və təhqir edilmiş insanlar» romanının əsasında psixoloji realizminin leytmotivi sayılan insan iztirabları, tapdalanmış və təhqir edilmiş şəxslərin faciəsi dayanır, «yüksək cəmiyyət» tərəfindən «kiçik insanlar»a edilən maddi və mənəvi işgəncələr təsvir olunur. Əsərdə ictimai həyatın, ictimai münasibətlərin və insanın mənəvi aləminin bir çox cəhətlərinə toxunulur, bir-birinə zidd olan iki əxlaqi görüş xüsusi olaraq nəzərə çarpdırılır. F.M. Dostayevski bu romanı sürgündən qayıtdıqdan sonra 1857-1861-ci illər arasında yazmışdır. Roman ilk dəfə 1861-ci ildə “Vremya” jurnalında çap olunmuşdur. Yazıçının sağlığında bu roman daha iki dəfə – 1865-ci və 1879-cu illərdə nəşr edilmişdir.
Yazar:
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
Çevirmen:
Beydulla Musayev
Beydulla Musayev
Tahmini Okuma Süresi: 15 sa. 25 dk.Sayfa Sayısı: 544Basım Tarihi: 2019İlk Yayın Tarihi: 1861Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 9789952267105Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
544 syf.
·
Puan vermedi
məni unutma(
Destoyevskinin ən axıcı əsərlərindən biri idi , əsər boyu demək olar ki ,obrazların davranışlarına bəzən həm əsəbləşdim ,həm sevindim . Əsər Vanyanin dilinden verilir ,əsas adı Ivan Petrovicdir . Əsərdə ən yaxşı hətta ideal obraz sayılırdı, en nifret etdiyim obraz knyaz və onun oğlu Alyoşa obrazları idi , knyaz xudbin ,pula görə hər alcağlıgı edmək ilə yanaşı həm də insanları tehqir edmək onları əzmək ona xüsusi zövq verirdi , bunu isə Vanyaya restoranda olan söhbətindən sonra görürük. Alyoşa obrazı - qorxag ,iradəsiz , sözünü ifadə edə bilməyən obraz idi , düşünürem ki ,Alyoşa özünə ana axtarırdı, özüne sahiblənilməsini sevirdi ,elə onun Katyaya marag göstərməsinə səbəb də bu idi (.. Natasa obrazı düşünürəm ki ,ziddiyyətli bir obraz idi , o öz etdiyi səhv hərəkətin daimi olarağ iztirabını cəkir, öz ailəsinə qarsı etdiyi hərəkətdən peşman olur , sevdiyim obrazlardan biri Nikoloy sergeyeviç ixmenev idi , o özü hər zaman qızı ucun darıxsa da bunu bildirməmişdir ,hətta o gecələri Natasanın evinin qarşısında işıglarin yanmasını gözlemesi onu göstərir ki o qızına heç vaxt ürəkdən qarğımayıb və həmişə onu sevib... Nelli - bu obraz haqqında nə yazsam bilmirəm ,əsər boyu öz həyat hekayəsi ... Ən pis və təsirləndiyim obraz o oldu , Vanyadan onu unutmamasını xais edir ,Vanya səni heç vaxt unudmayacag Nelli Əsəri hər kəsə tövsiyyə edirəm.
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201918,4bin okunma
Reklam
825 syf.
·
Puan vermedi
·
29 günde okudu
Depresiya səbəbi Dostoyevski...
Bir aya yaxıdır ki, oxuyub bitirə bilmirdim bu kitabı. Sonunda bitti. Möhtəşəm əsərdir... Buna heç nə demirəm. Amma daşürək olduğumu anladım. Kirabı oxuyarkən gözüm yaşarmadı belə. Nəyə ağlayım? İmkansiz sevgi ilə məhv olan Vanyamı? Dəli aşiq Nataşayamı? Bunu da qeyd edim ki, Nataşaya nə əsəbləşdim, nə də yazığım gəldi. Onun Alyoşaya duyduğu sevgi asıllıq idi ki, sonda ayıldı. Belə insanlar, adətən qadınlar olur, hər şeyə göz yumur ki, təki tək qalmasın Ən gözəl,həqiqu sevgi və daha dəqiq EŞQ Vanyanın idi. Tam da eşq budur... Sehv etmiremse 50 il evvelin eseridi.. Hele o dovrde Alyoşa kimi manipulyatorlar var imiş deməli. Bəlkə özü də bilmədən bu cür rəftar edirdi. Amma o Nataşanı heç sevmirdi. Formalaşmamış bir kişiliyi var idi ki,bu da sonluqda özünü əks etdirdi. Nataşaya heç əsəb olmadım. Əksinə anladım onu. Mən özümü divanə sanırdım. Amma onu görəndə dedim ki, yox, mənim düşüncəm yerindədi çox şükür. Olmayacağını bildiyin bir şey üçün savaşmağın bir önəmi yoxdur. Bir dəki insanlar dəyişmir. Dəyişən şəraitdi... Knyaz dəli etdi məni. Onun Vanya ilə söhbəti, Nataşanın atasını, özünü alçaltması... Yazılacaq çox şey , müzakirə ediləcək çox müans var.... Ən çox Vanyanı sevdim Ən çox acıdığım Nelli oldu.
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201918,4bin okunma
544 syf.
7/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Kitab mənə bir cümləni xatırlatdı: "Piyadalar ölür həmişə krallar yaşasın deyə". Dosteyevskinin də irəli sürdüyü məhz cəmiyyətin əxlaqını korlayan, hakimiyyət, rütbə uğrunda öz mənəviyyatlarını satan insanların ziddiyətli həyatlarıdır. Hələ 1861-ci ildə, özü də Rusiya kimi bir yerdə(həmin dövrün ziddiyətli hadisələrini nəzərə alaraq) insanların bu cür alçaldılması, təhqir olunması, bizim(vətəndaşlıq nəzərdə tutulmur) humanist yazıçını hədsiz qəzəbləndirir. Bunu kitabdan da aydın anlamaq və hiss etmək olur. Oxumayanlara və oxumaq istəyənlərə tövsiyə edirəm. Xoş mütaliələr!
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201918,4bin okunma
544 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Insan xarakterinin zəiflikləri,ziddiyyətləri o qədər çılpaqca,incəliklərinə kimi təsvir edilmişdir ki,sanki Vanyanın yerində özünü təsəvvür edirsən.Baş verən hadisələrin fonunda yeni nəyi isə axtarmaq ehtiyacı yaranır,Knyaz Valkovski başqa formada təsvir edilmiş olsaydı hadisələrin axarı necə dəyişərdi,ya İxmenev,ya da başqa birisi.Ancaq bütövlükdə kin,nifrət,inad,mərhəmətlilik-hamısı, bunlar insana məxsusdur,xarakter tək özünə deyil,ətrafında olanlara da təsirin edir.Atılmış olan yanlış addım birdən çox həyatın istiqamətini dəyişə bilir.Oxuyacağınız roman deyil,həyatın özüdür.Vanya-hər birimizik,qalanları da gündəlik rastlaşdığımız insanlar,sadəcə biz Dostoyevski kimi onu qələmə ala bilmirik.Ətrafımızda yüzlərlə alçaldılmış və təhqir edilmiş insanlar var,hər gün rastlaşırıq bu həyatlarla...
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201918,4bin okunma
Reklam
544 syf.
·
Puan vermedi
·
19 saatte okudu
Son vaxtlar yalnız Dostoyevskini oxuyuram və təkrar oxuyuram...) Düşünürəm zamanəmiz və dövrümüzdən irəli gəlir. Həmdə Dostoyevski sevdiyim klassiklərdəndir. Dostoyevskinin yaradıcılığı ilə ilk tanışlığım 10-cu sinifdə, “Cinayət və cəza” romanına başladığım vaxtdan başladı. Mən də bir çox məktəblilər kimi süjeti bilirdim, amma 200 səhifə oxuduqdan sonra onu bir kənara qoyub daha əlimə almadım. Oxumaq mənim üçün çətin idi və nəticədə maraqlı deyildi. “Alçaldılmış və təhqir olunmuş” əsəri ilə artıq daha şüurlu , müəllifin çatdırmaq istədiyini başa düşərək, oxuduqlarımı sakitcə təhlil edə bildiyim zaman tanış olmuşdum. Dostoyevski yeniyetmələr üçün yazıçı deyil :))) Fyodor Dostoyevskinin “Alçaldılmış və təhqir olunmuş” kitabı sevgi, xəyanət, ədalət və əxlaq mövzularına toxunan bir romandır. Kitabda sosial ədalət və cəmiyyətdəki ədalətsizlik mövzusuna toxunulur. Dostoyevski kasıbları və zəifləri aşağılayan təhqir edən varlıların və qüdrətlilərin eqoizmini, qəddarlığını tənqid edir. O, mərhəmət və şəfqət, mənəvi güc və alicənablıq tərəfdarıdır. Kitab həyat və ölüm, sevgi və sədaqət, günah haqqında fəlsəfi düşüncələrlə doludur. Bu, bizi hərəkətlərimiz və ətrafımızdakı insanlarla münasibətlərimiz və ətrafımızdakı dünyanı necə dəyişdirə biləcəyimiz haqqında düşünməyə vadar edir. Hər kəsə xoş mütaliələr !
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201918,4bin okunma
544 syf.
10/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
10/10deyil 1000/10,çox maraqlı idi. Spoilər var yazdığımda:)
Mən adətən çox səhifəli kitab oxuya ,yada uzunmüddətli film izləyə bilmirəm,tez sıxılıram. Bu əsər isə axıcılığı və maraqlı olması ilə məni axıracan oxumağıma cəlb etdi. Dostoyevskinin digər əsəri olan Suç ve cəza əsərinin mövzusu cəlb etməmişdi deyə 300 də yarıda qoymuşdum,ama onada nə vaxtsa davam edəcəyimə əminəm. Gələk əsərin mövzusuna,
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201918,4bin okunma
544 syf.
8/10 puan verdi
·
Beğendi
·
49 günde okudu
"Biz birlikdə xoşbəxt ola bilərik..."- Kitabın son cümləsi, Nataşanın bunu sonda başa düşməsi və kitabın bu sonluqla bitməsi..... Həqiqətən çox gözəl əsərdir. Oxuyun və oxutdurun!
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201918,4bin okunma
544 syf.
·
Puan vermedi
·
24 günde okudu
Mövzu - Sevdiyi oğlana görə ana, atasını geridə qoyaraq qaçan Nataşa, digər tərəfdən anası ölən özü isə başqa adamın evində qalaraq zülmə məruz qalan Nelli, bir yandan isə yazıçı, mərhəmətli və bu iki xanıma dəstək olan , onların yanında qalan Vanya.. Əsərdə aşağı təbəqədən olan insanların yüksək təbəqə qarşısında alçalması amma bir o qədər də onlar ilə qürurla mübarizələrindən bəhs edilir.. ____________________________________________ Öncəsi oxuyarkən biraz sıxılsam da kitab bir yerdən sonra adamı maraqda saxlayır və həyəcanla oxumağa başlayırsan.Kitabda göstərilən sevgi şəkli mənə heç xoş gəlmədi. Nataşanın hər dəfə Alyoşanı səhvləri, xəyanəti ilə qəbul etməsi isə bir ayrı əsəblərimə toxundu :/ Çünki qarşındaki adamı çox sevsən belə bəzi şeylər vardır ki , onları asanlıqla qəbul etməməlisən, qəbul etsən bu sənin özünə , şəxsiyyətinə edilən ən böyük yanlışdır.İnsan özünü daha dəyərli tutmalı, daha çox sevməlidir ki ətrafdakı insanlar da ona qarşı elə olsun ..
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201918,4bin okunma
Reklam
544 syf.
8/10 puan verdi
·
Beğendi
·
28 günde okudu
Romanın qısa məzmunu
Dostoyevski insan duyğularının ədəbiyyatdakı rəssamlarından biridir. Romanının əsasında psixoloji realizmin leytmotivi sayılan insan iztirabları, tapdalanmış və təhqir edilmiş şəxslərin faciəsi dayanır, «yüksək cəmiyyət» tərəfindən «kiçik insanlar»a edilən maddi və mənəvi işgəncələr təsvir olunur.  Ən çirkin xarakterli kimi görünən knyaz Volkovskini Dostoyevski elə dərin təsvir etmişdir ki, nifrət etmək olmur knyaza. Knyazın ərköyün oğlu Alyoşanın açıqsözlülüyü, saf və sadəlövhlüyü özü daxil, onu sevən insanlara əzab verir. Vanya və Alyoşanın sevdiyi , rəğbət etdiyi Nataşadan daha çox mənə Nellinin həyatı təsir etdi və iz qoydu. Romanın sonlarını oxuduqca içimdə fərqli duyğular fırtınası yaşadım. Romanın son cümləsi isə bütün hadisələrin qısa amma tam məzmunudur: "Biz bir yerdə həmişəlik xoşbəxt ola bilərdik!”
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201918,4bin okunma
544 syf.
·
Puan vermedi
·
Beğendi
Alçaldılmış və təhqir olunmuş insanlar- Bir daha Dosteyevski yaradıcılığının möhtəşəmliyinin fərqinə vardım.❤ Əsərdəki qəhrəmanların və baş verən hadisələrin dərin psixoloji təsvirlərinin verilməsi, mövcud ictimai qayda və "yüksək cəmiyyət" tərəfindən "kiçik insanlar"a qarşı edilən mənəvi və maddi təhqirlər, yazıçı tərəfindən
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201918,4bin okunma
544 syf.
8/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Kitabı oxuyarkən bir çox insan əsərin möhtəşəm olduğunu, lakin layiq olduğu dəyəri görmədiyini demişdi. Sonlara yaxın gözümdən iki damla yaş düşəndə belə olduğuna tam əmin oldum. Əsər bir hadisə üzərində qurulubsa da obrazların hər biri ayrı cür alçaldılıb, təhqir edilib. Yüksək təbəqəyə mənsub şəxslərin özlərindən vəzifəcə aşağılarla necə rəftar etməsi, onların hisləri ilə oynaması, onları alçaltması bütün çılpaqlığı ilə əks olunub. Romanlarla ilk tanışlığım Dostoyevski ilə olub deyə kitabı ayrı bir zövqlə oxudum. Klassiksevərlərin mütləq oxumalı olduğu bir əsərdir)
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201918,4bin okunma
544 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Dostoyevski kitablarıyla həmişə insanda dərin izlər qoyan dahidi mənə görə. Hər kitabını ayrı bir həvəslə oxuyuram və hər kitab bitəndə üzərinə uzun müddət düşünməyə məcbur qalıram. Kitabda dram,sevgi,nifrət,eqoistlik,siniflər fərqi incəliklə izah olunub. Bu da heç təəccüblü deyil,çünki Dostoyevskinin hər kitabında bu özəllikləri görmək mümkündü. Dostoyevski bu kitabında yanlış seçimləri,yanlış həvəsləri,sevgiləri olan obrazlara,eyni zamanda mərhəmətli,sadiq obrazlara yer verib. Nataşa yanlış düşüncələrlə,yanlış seçimlərlə özünü və ətrafındakıları böyük bir uçuruma atsa da,Vanya həmişə ona dəstək olmağa,onu o uçurumdan çıxarmağa çalışırdı. Nataşa hər nə qədər onu başqa birinə əvəz etmiş olsa da,o yenə də Nataşanı dəstəklədi və heç vaxt onun yanından çəkilmədi. Burdan da Vanyanın xüsusiyyətlərini anlamaq olur,məncə. Xəyanətə uğrasa da,yenə də,sevdiyi insanı girdiyi bataqlıqda boğulmağa qoymadı. Alyoşa da öz qərarsızlığı,saflığı və düşüncəsizliyiylə bu dramın başlıca səbəblərindən idi. Nelli obrazı başlarda sirli,davamında ürəkağrıdıcı həyat hekayəsiylə insanın qəlbini parçalayır. Və kitabda Nataşanın valideynləri çox gözəl obrazda idi. Nelliyə qarşı olan xeyirxahlıqları,qızlarına qarşı münasibətləri,tərəddüdlərinə baxmayaraq,yenə də sonda qızlarından əl çəkə bilməmələri ayrı bir məna qatırdı kitaba. Sonda,kitabı hamıya tövsiyə edirəm.Çox bəyəndiyim və üzərinə düşündüyüm əsər idi.
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201918,4bin okunma
544 syf.
·
Puan vermedi
Dostoyevski den bitirdiyim 3-cü əsərdir. Dostoyevski hər anda, hər ruh alında oxuna bilinəcək bir yazar deyildir. Onu oxumaq insanın öz daxilində olan ziddiyyətlərlə, daxilindəki dərinliklərdə olan bütün şeytani xüsusiyyətlərlə üzləşmək, bu üzləşməyi özündə tapa bilməyə cəsarət etmək deməkdir. Çünki hər bir əsərində olan obrazlarda insan
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201918,4bin okunma
412 syf.
·
Puan vermedi
·
14 günde okudu
İçim sıkılarak okudum resmen kitabı. Kendi sorunlarımdan mı yoksa kitapta verilen sorunlardan mı bilmiyorum resmen depresyona girdim. Nerdeyse yarım bırakıyodum. Kitap kötüydü demiyorum asla. Güzeldi. Ama... Acıtdı...
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201918,4bin okunma
Resim