Alçaldılmış və Təhqir Edilmiş İnsanlar

Fyodor Dostoyevski
Roman əsərin aparıcı obrazı Vanyanın dili ilə nəql olunur. O, zavallı mülkədar İxmenevin ailəsində onun qızı Nataşa ilə birgə tərbiyə almışdır. İxmenevin çox varlı malikanə qonşusu knyaz Volkovski onun yaxşı təsərrüfatçı olduğunu qiymətləndirir. İxmenevə əvvəlcə malikanəni idarə etməyi tapşırır, sonra isə oğlu Alyoşanın tərbiyəsi ilə məşğul olmağı xahiş edir. Əsərdəki bütün hadisələr də Alyoşanın İxmenevin evinə gəlməsindən sonra baş verir. Belə şayiə yayılır ki, guya İxmenev qızı Nataşanı Alyoşaya ərə vermək istəyir. Knyaz Volkovski bu izdivacın əleyhinədir. Alyoşa və Nataşa valideynlərindən gizlin ailə qurmaq istəyir. Vanya da Nataşanı sevir… F.M. Dostoyevskinin «Alçaldılmış və təhqir edilmiş insanlar» romanının əsasında psixoloji realizminin leytmotivi sayılan insan iztirabları, tapdalanmış və təhqir edilmiş şəxslərin faciəsi dayanır, «yüksək cəmiyyət» tərəfindən «kiçik insanlar»a edilən maddi və mənəvi işgəncələr təsvir olunur. Əsərdə ictimai həyatın, ictimai münasibətlərin və insanın mənəvi aləminin bir çox cəhətlərinə toxunulur, bir-birinə zidd olan iki əxlaqi görüş xüsusi olaraq nəzərə çarpdırılır. F.M. Dostayevski bu romanı sürgündən qayıtdıqdan sonra 1857-1861-ci illər arasında yazmışdır. Roman ilk dəfə 1861-ci ildə “Vremya” jurnalında çap olunmuşdur. Yazıçının sağlığında bu roman daha iki dəfə – 1865-ci və 1879-cu illərdə nəşr edilmişdir.
Author:
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
Translator:
Beydulla Musayev
Beydulla Musayev
Estimated Reading Time: 15 hrs. 25 min.Page Number: 544Publication Date: 2019First Publication Date: 1861Publisher: Qanun Nəşriyyatı
ISBN: 9789952267105Country: AzerbaijanLanguage: AzericeFormat: Karton kapak

Comments and Reviews

See All
544 syf.
·
Not rated
məni unutma(
Destoyevskinin ən axıcı əsərlərindən biri idi , əsər boyu demək olar ki ,obrazların davranışlarına bəzən həm əsəbləşdim ,həm sevindim . Əsər Vanyanin dilinden verilir ,əsas adı Ivan Petrovicdir . Əsərdə ən yaxşı hətta ideal obraz sayılırdı, en nifret etdiyim obraz knyaz və onun oğlu Alyoşa obrazları idi , knyaz xudbin ,pula görə hər alcağlıgı edmək ilə yanaşı həm də insanları tehqir edmək onları əzmək ona xüsusi zövq verirdi , bunu isə Vanyaya restoranda olan söhbətindən sonra görürük. Alyoşa obrazı - qorxag ,iradəsiz , sözünü ifadə edə bilməyən obraz idi , düşünürem ki ,Alyoşa özünə ana axtarırdı, özüne sahiblənilməsini sevirdi ,elə onun Katyaya marag göstərməsinə səbəb də bu idi (.. Natasa obrazı düşünürəm ki ,ziddiyyətli bir obraz idi , o öz etdiyi səhv hərəkətin daimi olarağ iztirabını cəkir, öz ailəsinə qarsı etdiyi hərəkətdən peşman olur , sevdiyim obrazlardan biri Nikoloy sergeyeviç ixmenev idi , o özü hər zaman qızı ucun darıxsa da bunu bildirməmişdir ,hətta o gecələri Natasanın evinin qarşısında işıglarin yanmasını gözlemesi onu göstərir ki o qızına heç vaxt ürəkdən qarğımayıb və həmişə onu sevib... Nelli - bu obraz haqqında nə yazsam bilmirəm ,əsər boyu öz həyat hekayəsi ... Ən pis və təsirləndiyim obraz o oldu , Vanyadan onu unutmamasını xais edir ,Vanya səni heç vaxt unudmayacag Nelli Əsəri hər kəsə tövsiyyə edirəm.
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201918.8k okunma
Reklam
544 syf.
7/10 puan verdi
·
Liked
·
Read in 6 days
Kitab mənə bir cümləni xatırlatdı: "Piyadalar ölür həmişə krallar yaşasın deyə". Dosteyevskinin də irəli sürdüyü məhz cəmiyyətin əxlaqını korlayan, hakimiyyət, rütbə uğrunda öz mənəviyyatlarını satan insanların ziddiyətli həyatlarıdır. Hələ 1861-ci ildə, özü də Rusiya kimi bir yerdə(həmin dövrün ziddiyətli hadisələrini nəzərə alaraq) insanların bu cür alçaldılması, təhqir olunması, bizim(vətəndaşlıq nəzərdə tutulmur) humanist yazıçını hədsiz qəzəbləndirir. Bunu kitabdan da aydın anlamaq və hiss etmək olur. Oxumayanlara və oxumaq istəyənlərə tövsiyə edirəm. Xoş mütaliələr!
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201918.8k okunma
544 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 8 days
Insan xarakterinin zəiflikləri,ziddiyyətləri o qədər çılpaqca,incəliklərinə kimi təsvir edilmişdir ki,sanki Vanyanın yerində özünü təsəvvür edirsən.Baş verən hadisələrin fonunda yeni nəyi isə axtarmaq ehtiyacı yaranır,Knyaz Valkovski başqa formada təsvir edilmiş olsaydı hadisələrin axarı necə dəyişərdi,ya İxmenev,ya da başqa birisi.Ancaq bütövlükdə kin,nifrət,inad,mərhəmətlilik-hamısı, bunlar insana məxsusdur,xarakter tək özünə deyil,ətrafında olanlara da təsirin edir.Atılmış olan yanlış addım birdən çox həyatın istiqamətini dəyişə bilir.Oxuyacağınız roman deyil,həyatın özüdür.Vanya-hər birimizik,qalanları da gündəlik rastlaşdığımız insanlar,sadəcə biz Dostoyevski kimi onu qələmə ala bilmirik.Ətrafımızda yüzlərlə alçaldılmış və təhqir edilmiş insanlar var,hər gün rastlaşırıq bu həyatlarla...
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201918.8k okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.