Şəhid Əbdülhüseyn Burunsinin Yaxınlarının və Döyüş Yoldaşlarının Xatirələri

Allahdan Nur Almış İnsan

Səid Akif

Sözler ve Alıntılar

Tümünü Gör
Yadımdadır, vəsiyyətnaməsinin sonunda yazmışdı: «Hansısa vəzifəni qəbul etməyim şəriət baxımından vacib olduğuna görə idi. Çünki komandirlik mənim üçün üstünlük deyildi».
Reklam
Şəhid Burunsinin uğurlu əməliyyat barədə bütün nəzəri bundan ibarət idi: “Əhli-Beytlə (ə) yaxınlığımızı artırmalı və imanımızı gücləndirməliyik”.
Çoxlarına kəfən almışdı, amma heç biri özünün deyildi; yəni öz adını çəkmədi. Gülərək soruşdum ki, bəs özününkü hanı? Gülümsədi. - Məgər mən təbii şəkildə öləcəyəm ki, özümə kəfən alım?! İkinci cümləsi də yaxşı yadımdadır. Gülüb dedi: «Mənim döyüş paltarım kəfənim olmalıdır!»
Höccətülislam Məhəmmədrza RzayiKitabı okudu
«İki« qiyməti
Məktəbin son zəngi çalındı. Sinifdən çıxmaq istəmirdim. Atamın narahat üzü yadıma düşəndə başıma min cür fikir gəlirdi. Necə oldusa, evə yollandım. Nəhayət, çatdım. Heç kimə yaxınlaşmadım, başqa bir otaqda büzüşüb oturdum. Mənimlə dalaşan atamın hirsli görkəmini təsəvvür edirdim. Birdən gördüm ki, qapının ağzında dayanıb. Ona baxdım. Gülümsəyib yaxınlaşdı, başımı tumarladı və məni ayağa qaldırdı. - Gəl, bu dəfə eybi yoxdur, inşallah, bundan sonra yaxşı dərs oxuyarsan.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.