Əməliyyat keçirmiş dostu Edqar Veydemanisi istirahət üçün Dronqo onu Azərbaycanın gözəl guşələrindən biri olan Şəkiyə gətirir. Ucqar kəndin birində istirahət mərkəzində olarkən güclü yağış nəticəsində çay daşıb yolu bağlayır və şəhər mərkəzi ilə əlaqə kəsilir. Bir neçə millətdən olan və Dronqogillə birlikdə istirahət edən turistlərdən biri gecə müəmmalı şəkildə öldürülür. Və yenə Dronqo işə qarışmalı olur...