Maraqlı və axıcı kitab idi. Kitabın üslubunu Şekspirin hamlet kitabına bənzətdim, oxuduqca teatr kimi gözümüzün önündə canlanırdı. Yerli ədəbiyyatımızdanda oxumaq lazımdır deyə düşünürəm, əsasəndə bu işə yeni başlayan yazarlarımızın kitabını, çünki bizə biz dəstək olmasaq kim dəstək olacaq? Vaxtı ilə çox yazıçıların dəyərini bilmədilər deyə indi danışanda deyirik heyif onun dövründə olanlar onun dəyərini bilmədilər, hə, guya indi biz nə edirik? Bizdə elə edirik. Kitablarına önyargılı yanaşmamalıyıq, indi dəstək olmalıyıq ki, yazarlarda həvəslənib gələcəkdə daha gözəl kitablar yazıb ərsəyə gətirsinlər. Elxan Elatlını hər nə qədər tənqid etsəkdə, ondanda nəsə öyrənmək olar, məsələn mən ondan "bizim cəmiyyətin bir qisminin nəyə maraq göstərməsi və nə qədər bəsit dərdlərinin olub onu çəkmələri" olması olmuşdu, nə qədər empatiya qursamda çoxda yararlı olmadı amma, ola bilər ki, yanlışlıq və səhvlik mən də olsun, Konfutsi demiş, insanların məni anlamamasından narahat deyiləm, mənim insanları anlamamğımdan narahatam. Amma bu kitabda öyrədici obrazlar çox idi. Vaxt itkisi hesab edənləri isə heç anlamıram, guya normal yaşadığımız həyatda mənasız şeylərə vaxt ayırmırıq ki? Gündə etməsəkdə, həftədə edirik. Gələn aylardan etibarən yerli yazarların yazdıqlarına üstünlük verəcəyəm, bu səbəbdən, tanıdığınız yerli yazarlar varsa, zəhmət olmasa şərh bölməsinə yazın, mən təssüf ki, bilmirəm, siz yazın birazda tanıdın, yaxşılıq edin. :)