Altın Cep Saati

Varis

Sözler ve Alıntılar

Tümünü Gör
Eh həyat... Sənin dolanbac yollarında azmamaq bəlkə də mümkünsüzdür.
Hər insanın bir evinin qonaqları olur, bir qəlbinin, bir də ömrünün. Evinin qonaqları tanış-biliş, qonum-qonşu, qohum-əqrəbadır. Hətta bəzən tanımadıqları, təsadüf nəticəsində qarşılaşdığı adamlardır. Gəlirlər, gedirlər, zaman keçdikcə gəlişləri səngiyir, bəzilərininki tamam kəsilir. Sonra bu ev qonaqları yeniləri ilə əvəzlənir. Gəldi-gedər qonaqlardır bunlar. Qəlb qonaqları sevdiklərindir. Dostların, rəfiqələrin, sevgilin... Bunlar daha istənilən qonaqlardır, öz mövcudluqları ilə sənin qəlbini titrədir, riqqətə gətirirlər. Amma onlar da əbədi qonaq deyillər. Onların da gəlişlərinin "gediş" adlı sonucu mütləq olur. Hər bir sevgiyə mütləq bir ayrılıq libası biçilir axı. Ömür qonaqları isə sənin qanıbir, canıbir doğmalarındır. Valideynlərin, qardaş-bacıların, övladların, bir də ömrün boyu bir dam altda yaşadığın, bir yastığa baş qoyduğun, doğmalaşdığın həyat yoldaşın... Bax onlar sənin əbədi qonaqlarındır. Ömrün durduqca onlar da ömründə qalasıdırlar.
Reklam
Başına nə gəlirsə-gəlsin, hətta səni səndən alan, göyün hansısa bir qatına qaldırıb da yerə çırpan vaqeələr belə baş versin, yenə məyuslaşıb ruhdan düşmə, təslim olma. İstədiyini əldə edənə qədər şükür etmək lazımdır. Uğur - diləyi gerçəkləşməsində də şükür etməyi bacaranındır.
Tarix ona görə tarix olur ki, güclüyə xidmət edib, zəifi aşağılayır. Tarixin qələmini, kağızını güclülər ayırır, onu yazan mirzələri güclülər seçir, bir tikə çörəyini, bir içim suyunu verir ki, otur yaz. Onlar da yazır. Qaraya ağ, ağa qara deyə-deyə yazdıqlarını üst-üstə qalaqlayırlar. Şərəfin tarixi əsla mümkün olan şey deyil. Məncə, yalnız şərəfsizliyin tarixi mövcuddur.
Nəyə lazımsan axı, ay insan?! Yaşadıqca amansız, mərhəmətsiz illər həm daxilən, həm zahirən səni soyub talayır, bütün gözəlliklərini əlindən alır. Dözümünü, rahatlığını, sağlamlığını qurban verirsən. Sonda içdə ürəyi, çöldə üzü qırışmış lazımsız bir məxluqa çevrilirsən...
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.