Amanabənd

Cavid Ramazanov

Sözler ve Alıntılar

Tümünü Gör
Sonra il keçdi, heç nə baş vermədi. Sonra illər keçdi, yenə heç nə baş vermədi. Hər şey keçmişdə qaldı və xatirəyə çevrildi.
Bəzən qədirbilməzlikdən xatirələri yolda salıb itirərsən, bəzən uzunömürlü birlik, əbədi vüsal nəşəni söndürər, bəzən sadəcə ayrılar və unudarsan. Səbəb hər nə olursa-olsun, sevgi çox vaxt öləziyər. oddan-alovdan geriyə ancaq gözlə görünməyən kül zərrələri qalar. Əksəriyyətin qismətinə düşən budur. Amma elə insanlar da var ki, sevgilerinə mübtəla olarlar və xatirələrini hədsiz qiymətli bir dəfinə kimi ürəklərinin ən gizlin guşəsində basdırarlar. Eşq onlarda sağalmaz bir zədə, dinmək bilməyən küt bir ağrı kimi qalar...
Sayfa 145Kitabı okudu
Reklam
Geriyə boylanıb keçmişə baxanda ilk sevgidən çox az şey yadına düşər Ən tez söhbətləri unudarsan. Zəhmət çəkib yaddaşını qurcalasan. küncdə-bucaqda itmiş bəzi xatirələri tapıb təsəvvüründə canlandıra bilərsən, təbii. Bihuşedici qoxudan, işıq saçan gözlərdən, öpülməli dodaqlardan, məxsusi ədalardan, toxunuşlardan, oxşamalardan necə vəcdə gəldiyini xatırlayarsan. Bütün bunlar az deyil, əlbəttə, amma yenə də azdırlar. Həmin dövrdə coşub daşan hisslərinin müqabilində heç nədirlər..
Sayfa 145Kitabı okudu
Böyük ümidlər bəslənilən gün böyük məyusluqla başa çatırdı. Köksündə yaranan boşluqdan xilas olmaq ümidiylə İlyas yolboyu " Kaş hər şeyi video kaset kimi geriyə fırlamaq mümkün olardı" deyə düşündü...
Hər dəfə bu qapını ürəyindəki cılız bir ümidlə açırdı,elə bilirdi, içəridə kimisə görəcək, amma qapıdan içəri girməsilə, amanabənd ümidlərinin çiliklənib boş evin içinə tökülməsi bir olurdu..
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.