Bu gün sizə Ovod triologiyasının 2-ci və 3-cü hissələri haqqında məlumat vermək istəyirəm. İkinci hissə bizim dilə " Qırılmış dostluq " adıyla tərcümə edilib ( rus dilində " Овод в изгнании " ). Kitabda hadisələr həyat yoldaşı öldükdən sonra uşaqlarına yaxşı şərait yaratmaq istəyən ata Markizin evində başlıyır. Uşaqları ; Anri , Renne və Marqarita. Əsərdə daha çox Renne və Marqaritadan bəhs edilir. Marqarita uşaq vaxtı annası vəfat etdikdən sonra pilləkənlərdən yığılmış və sonradan sümük-əzələ sistemində problem yaranmışdı. Renne təhsili üçün əmisinin yanına göndərilir. İllər sonra evinə qayıtdıqda bacısının gəzə bilmədiyini , cansıxıcı həyat keçirdiyini görərək onu bu həyatdan qurtarmağa çalışır. Bacısının xəstəliyini müalicə edəcək həkim tapdıqda müalicəyə pul çatmadığı üçün Cənubi Amerikaya ekspedissiyaya qoşulur və Arturla da burada tanış olur. İlk vaxtlar Arturdan xoşu gəlməsə də sonradan çox möhkəm dostluqları olur. .
Siz həmişə hamıdan şübhələnirsiniz, hamını axmaq yerinə qoyursunuz və inanmırsınız ki, sizi həqiqətən sevirlər. Yəni siz ölənə kimi maska ilə gəzəcəksiniz ? Və artıq heç vaxt heç kimə inanmayacaqsınız, nə var, nə var, bir insan sizə xəyanət edib deyə ?
.
Əlbəttə ki, ilk əsər kimi olmasa da bu əsəri də bəyəndim Renne obrazını çox bəyəndim.
Oxumağınızı tövsiyyə edirəm
.
Gələk 3-cü hissəyə kitab bizim dildə tərcümə olunmayıb , kitabı rus dilində online olaraq web saytdan oxudum; " Сними обовь твою ". Kitabda Henri Telford və Beatrisin tanış olub evlənməsindən bəhs edilir. Bir gün uşaqları qəzaya uğrayanda Arturun atası onları xilas edir və ailə öz minnətdarlıqlarını bildirmək Arturun təhsilini öz üzərlərinə götürmək istəyirlər. Elə bu zaman Cemmayla tanış olur , bir yerdə böyüyürlər. Bu kitabda tamamilə Arturun uşaqlığından bəhs edilir.
3-cü kitab mənə xoş gəlmədi Arturun adı keçənə kimi uzun müddət oxumalı oldum.
Mən , Etelin yerinə olsam 2 kitab edərdim. İkincidə Arturun uşaqlığından başlayıb sonradan ekspedissiyadan söhbət açardım. Bir sözlə birinci hissə çox oxucuya xoş gəlib deyə Etel Arturdan vaz keçmək istəmiyib Trilogiyanın digər kitablarını oxuyan varmı ?