Bəzi kitablar vardır bitməsini heç istəmədiyin, hər sətri diqqətlə, hərarətlə oxuduğun. Baxın bu elə bir kitab idi mənim üçün..Davam kitabı olsa belə, mövzu fərqli olduğundan hər kəs oxuya bilər deyə düşünürəm. Rene və Marqarita obrazları kitaba rəng qatmışdılar. Arthuru yenidən oxumaq məni çox sevindirdi.
“Ovod” kitabının davamı və yazıçının 2-ci kitabı olan Qırılmış dostluq, Arthurun Cənubi Amerikada başına gələn faciələrdən,əhvalatlardan bəhs edir.Kitab mənə o qədər təsir etdi ki, Arthura bir doğmam kimi yanaşmağa başlamışam.
“Əgər nə vaxtsa bir insana rast gəlsən və sənə elə gəlsə ki.. o , sənə və başqalarına oxşamır.. aramıza gözqamaşdırıcı ulduz kimi gələn nadir insanlardan biri..çalış unutmayasan ki, bu cür insanları tanımaq-xoşbəxtlikdir,sevmək isə Təhlükəlidir “..