Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

An Interrupted Friendship

Ethel Lilian Voynich

An Interrupted Friendship Yorumları ve İncelemeleri

An Interrupted Friendship yorumları ve incelemelerini, An Interrupted Friendship kitabı hakkındaki okur görüşlerini , An Interrupted Friendship puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.310 üzerinden
59 Kişi · 13 İnceleme
408 syf.
·
Puan vermedi
·
8 günde okudu
Kitap macera, keşif, dostluk, bağ gibi duyguları barındırıyor. İki insan arasındakı bağı, insanın gerçek benliğini başka insanlardan saklaması, yalnız yaşaması gibi konular esası kitabın. Kitap çok akıcı, merak uyandıran bir şekilde yazılmış. Film izler gibi okudum kitabı. Olaylar Fransa, İtaliya, Güney Amerika ve Denizlerde geçiyor. Hikayedeki yan karakterlerin hayat hikayelerinin de anlatılması çok hoşuma gitti. Çok sevdim kitabı, tekrar okurum.
An Interrupted Friendship
An Interrupted FriendshipEthel Lilian Voynich · Fredonia Books (NL) · 2002152 okunma
408 syf.
7/10 puan verdi
·
Beğendi
Ovod kimi insanlar ətrafımızda bəlkə də o qədərdir ki, sadəcə biz tapıb onlara kömək etməyə cəhd etmirik. İnsanları qırırıq, sırf özümüz qırılmayaq deyə, öz mənafelərinin, öz məqsədlərimiz üçün, amma fərqində deyilik ki, ömrümüz boyu öz əllərimizlə nə qədər Ovod yaradırıq.
An Interrupted Friendship
An Interrupted FriendshipEthel Lilian Voynich · Fredonia Books (NL) · 2002152 okunma
Reklam
408 syf.
10/10 puan verdi
Ovodun həyatının İtaliyaya qayıdana qədər olan hissəsi ,yaşadığı dostluqları. Ovod haqqında yenidən bir şeylər xumanın verdiyi sevinc. Onun həyat sevgisi, hər nə yaşasa belə sınmayan iradəsi mükəmməl bir nümunə.Ancaq əbəs yerə qırılmış dostluğu qəlbdə bir nisgil yaradır.
An Interrupted Friendship
An Interrupted FriendshipEthel Lilian Voynich · Fredonia Books (NL) · 2002152 okunma
408 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Bu gün sizə Ovod triologiyasının 2-ci və 3-cü hissələri haqqında məlumat vermək istəyirəm. İkinci hissə bizim dilə " Qırılmış dostluq " adıyla tərcümə edilib ( rus dilində " Овод в изгнании " ). Kitabda hadisələr həyat yoldaşı öldükdən sonra uşaqlarına yaxşı şərait yaratmaq istəyən ata Markizin evində başlıyır. Uşaqları ; Anri
An Interrupted Friendship
An Interrupted FriendshipEthel Lilian Voynich · Fredonia Books (NL) · 2002152 okunma
336 syf.
10/10 puan verdi
·
Beğendi
·
15 saatte okudu
....Ethen Lilian Voynich....Qirilmis dostluq.. incelemeden once xususi tesekkurlerim olacaq) https://1000kitap.com/ovodsever
Eyvaz Alieff
Eyvaz Alieff
)en boyuk reklam antireklamdir Bezi kitablar varki uzerinizde tesiri uzun zaman surer.(her ne qeder cox kitab oxusanda fikrin qalar)Buda tebii ki yazarin qeleminden asilidir.Kitab Ovodun davami olsada,Ovodda qaranliq qalan meqamlara aydinliq getirsede,Ovoddan coxx daha maraqlidir mene gore.Ama Ovod dogmadir,baxmayaraqki bu kitabi daha cox sevdim. Bəzən dostluqlar adi bir səbəbdən bitə bilir. Bunu hər iki tərəf də qəbul etməsə də, bəzən qurur hissi bunu bitirə bilir, bəzən də başqa birinin tək bir sözü....Dost sarğı kimidir. Yapışdırarkən yaranı sarar amma çıxararkən canı yandırıb yaxar… Spoiler vermedim,cunki Ovod ve Qirilmis dostluq kitabinda risk etmirem,linc ederler meni) Nəyimiz olmasa da, nağıl danışanlarımız həmişə kifayət qədərdir".)))
Qırılmış Dostluq
Qırılmış DostluqEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 2013152 okunma
336 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
E. L. Voyniçin " Ovod " trilogiyasının 2 ci hissəsi olan bu əsər mükəmməldir. Əlbəttə ki, " Ovod "u oxuduqdan sonra " Qırılmış dostluq" u da oxusaq, bir bütün halında baş qəhrəmanın izdirablarını, yaşadıqlarını anlayarıq. Artur inqilab uğrunda mübarizə aparan gəncdir. Onun bu əsərlərdə inqilabda iştirakından çox ailəsi ilə yaşadıqları və başına gələnlər öz əksini tapır. " Ovod " kitabında Artur haqqında qapalı qalan sirlər " Qırılmış dostluq " da aşkara çıxır. Ürək yanğısı ilə oxuduğum və bütün kitablardan ən çox məndə təsir buraxan əsərdir. Trilogiyanın 3 cü hissəsi isə " Сними обув твою " Rus dilində oxuduğum kitabdır. Azərbaycan dilinə tərcümə olunmayıb, ya da mənim rastıma çıxmayıb. Əsərin adı müqəddəs kitablardan olan " İncil" in giriş hissəsindən götürülsə də, din ilə əlaqəsi yoxdur. Məndən soruşan olanda ki, " Hansı kitabı məsləhət görürsən?", əlbəttə ki, " Ovod " trilogiyası " deyirəm. P.S. Bu kitabları oxuyub Rivaresə platonik eşq ilə vurğun olan şəxs tanıyıram))
Qırılmış Dostluq
Qırılmış DostluqEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 2013152 okunma
Reklam
336 syf.
10/10 puan verdi
·
22 saatte okudu
Mövzusu çox maraqlıdı, ilk dəfə Rivares adını oxuyanda göz yaşlarımı saxlaya bilmədim. Daha doğrusu heç saxlamaq istəmədim də. Doyunca ağladım bu əsərdə də. Ovoddan geriyə qalan bütün göz yaşımı axıtdım. Ovodu sevən hər kəsin bu əsəri də sevəcəyindən əminəm
Qırılmış Dostluq
Qırılmış DostluqEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 2013152 okunma
336 syf.
·
Puan vermedi
·
17 günde okudu
“Əgər nə vaxtsa bir insana rast gəlsən və sənə elə gəlsə ki, o sənə və başqalarına oxşamır, o aramıza ulduz kimi gələn nadir adamlardan biridir, çalış unutmayasan ki, bu cür insanları tanımaq xoşbəxtlikdir, sevmək isə təhlükə. Kiçik sevinclər, kədərlər, bağlılıqlar bizim kimi sadə adamlarş üçün əziz olan bir şey bu cür adamlarçün həddən artıq adidir və bu kimi hisslər onların həyatlarını doldurmur. Amma biz bütün qəlbimizlə onlara bağlananda bə fikirləşəndə ki, bizim dostluğumuz qırılmazdır, hərdən elə görünür ki, biz onlar üçün, sadecə, artıq yükük. Elə fikirləşmə ki, onlar qəsdən bizi aldatmağa qadirdir. Yalnız xırda adamlar bu cür davranır, həqiqətən böyük adamlar isə həmişə xeyirxah olmağa çalışır. Problem də buradadır. Onlar bizə ürəkləri yandıqları üçün və yaxud etdiyimiz hansısa yaxşılığa minnətdarlıq duyduqları üçün dözürlər. Sonra isə biz onları tamam təngə gətirəndən sonra isə bu isə gec-tez baş verir, axı, hər halda onlar insandır, onda həyat yenidən başlamaq üçün həddən artıq gec olur…”
Qırılmış Dostluq
Qırılmış Dostluq
Qırılmış Dostluq
Qırılmış DostluqEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 2013152 okunma
336 syf.
·
Puan vermedi
Çox sevdiyim obraz olan Ovod haqqında 2-ci kitabdır. Hətta onun cümlələri olmasaydı belə təkcə onun təsviri insanı qəribə bir şəkildə özünə çəkir. Renenin düşündüyü kimi, "Rivares sadəcə bir küncdə oturub ağzını açmadan döşəməyə baxsa da, elə bil onun bütün varlığını ələ keçirir." Onu anlamaq bəzən çətindir, amma bu vacib deyil; o dostları tərəfindən sevilir.
Qırılmış Dostluq
Qırılmış DostluqEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 2013152 okunma
336 syf.
·
Puan vermedi
This book very wonderful. I myself translated this book from English to Persian. I hope that after the publication my compatriots will enjoy reading it.
Qırılmış Dostluq
Qırılmış DostluqEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 2013152 okunma
Reklam
336 syf.
·
Puan vermedi
Bəzi kitablar vardır bitməsini heç istəmədiyin, hər sətri diqqətlə, hərarətlə oxuduğun. Baxın bu elə bir kitab idi mənim üçün..Davam kitabı olsa belə, mövzu fərqli olduğundan hər kəs oxuya bilər deyə düşünürəm. Rene və Marqarita obrazları kitaba rəng qatmışdılar. Arthuru yenidən oxumaq məni çox sevindirdi. “Ovod” kitabının davamı və yazıçının 2-ci kitabı olan Qırılmış dostluq, Arthurun Cənubi Amerikada başına gələn faciələrdən,əhvalatlardan bəhs edir.Kitab mənə o qədər təsir etdi ki, Arthura bir doğmam kimi yanaşmağa başlamışam. “Əgər nə vaxtsa bir insana rast gəlsən və sənə elə gəlsə ki.. o , sənə və başqalarına oxşamır.. aramıza gözqamaşdırıcı ulduz kimi gələn nadir insanlardan biri..çalış unutmayasan ki, bu cür insanları tanımaq-xoşbəxtlikdir,sevmək isə Təhlükəlidir “..
Qırılmış Dostluq
Qırılmış DostluqEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 2013152 okunma
336 syf.
·
Puan vermedi
Kitab Etel Lilian Voyniçin sevimli qəhrəmanı Ovod - Artur haqqında yazmış olduğu trilogiyanın ll romanıdır. Əsərdə yazıçı sevimli qəhrəmanın Cənubi Amerikada başına gələn hadisələrdən bəhs edir. Təbii ki hadisələr Fransa -Parisə qədər gəlib çıxacaqdır. Əsərdəki qəhrəmanların bir çoxu haqda yazmaq olar bunlar arasına, Markiz, Anri, Marqarita, Anjelika və.s daxil etmək olar. Amma əsas qəhrəmalardan digər i olan Rene Atasına bənzərliyi, saf və təmiz ürəkli olması ilə və ən əsası isə ağlı ilə digərlərindən seçilirdi. Renə haqqında geniş məlumat almaq olar. Bundan əlavə Marqaritada kiçik yaşlarında başına gələn hadisələr onda sarsıntılar qoyur. Onun Renə ilə bağlılığı da ataların da diqqətini cəzb edəcək heyrətamiz idi. Əsərin pik nöqtəsi isə Renə ilə Feliks Rivares arasındakı tanışlıqdan sonra ki hadisələr idi. Əlavə olaraq da əsərdə epizodik amma bir o qədər də maraqlı olan Polkovnik Düpre, Həkim Marşan və Anrinin yoldaşı Blanş və digərlərini qeyd etmək lazımdır. Ümumilikdə çox maraqlı və cəlbedici bu əsəri oxumağı tövsiyyə edirəm. İndidən xoş mütaliələr
Qırılmış Dostluq
Qırılmış DostluqEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 2013152 okunma
336 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Öncə Ovod sonra bu kitab oxunulmalı imiş, mənsə sıranı ortadan başladım. Bu kitab bitirdikdən sonra o qədər də maraqlı hislər keçirdim demək olmaz. Feliks öz dostunun ona xəyanət etdiyini düşünüb həyatını məhv edir. Rene bütün həyat sadəcə bir adama bağlıymış kimi görünür. Marqarita niyə özünə qapanır onu heç anlamıram. Bunu yazdıqdan sonra anladığım biz insanların həyatı digərlərindən asılıdır. Xoşbəxtliyi kiminsə bizi sevməsində görür, bütün varlığımızı həmin şəxslərə bağlamağı sevirik. Neqativliklər həyata təsirmi edir, yoxsa həyatın daha mükəmməl olmasına köməkmi edir hələ ki anlamış deyiləm. Daha aydın olan bir məqam var ki, sevgi, sevilmək, sevmək bütün həyatın anlamı budur. Əgər sevgi əksikdirsə, yarımçıq oluruq. Ya dünyanı məhv etməyi seçirik, ya da içimizdə özümüzü məhv edirik.
Qırılmış Dostluq
Qırılmış DostluqEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 2013152 okunma