Anam Sənə Əmanət

Kyung-Sook Shin

Sözler ve Alıntılar

Tümünü Gör
- Dünyada ən yazıq insan evindən kənarda ölən insandır...
Niyə bəzi şeyləri bu qədər gec başa düşdün? Anan həmişə sənin gözündə ''ana'' olub.Onun da nə vaxtsa iməklədiyini,ilk addımlarını atdığını,üç,on,on iki ya da iyirmi yaşında olduğunu heç fikirləşməmişdin.Elə bil ana kimi dünyaya gəlmişdi.Uşaqlığı,cavanlığı olmamışdı.Dayının yanına həyəcanla qaçdığını görməsəydin,ağlına belə gəlməzdi ki,sənin qardaşına bəslədiyin hisslər onda da var.O gündən sonra ananın da nə vaxtsa uşaq olduğunu anladın.Sonralar ananı bəzən uşaq,yeniyetmə qız,gənc qadın,bəzən təzə gəlin,bəzən də səni dünyaya gətirən ana kimi xəyalında canlandırdın.
Reklam
Elə bilirdin ki,ömür boyu bu cür yaşayaqsan.Amma arvadını gözləməyib qatara mindiyin gün o,sənə çata bilmədi.
Əvvəlcə sol əlinlə yazmağa başladın.Belə sənə daha rahat gəlirdi.Ancaq nə vaxt sol əllə yazsan,qardaşın bambuk xətkeşlə əlinin üstündən vurardı.Axı anana söz vermişdi ki,sənə düzgün yazmağı öyrədəcək.Sən anadangəlmə soloxay olsan da,anan dönə-dönə tapşırırdı ki,bu vərdişindən əl çək.Deyirdi,yoxsa bu həyatda çox çətinlik çəkəcəksən. Mətbəxdə plovu sol əlinlə çəkəndə anan qaşığı götürüb o biri əlinə verərdi.Bir daha sol əlini uzadanda əlinin üstündən vurardı:"Adama bir sözü neçə dəfə deyərlər?"Sol əlin şişərdi. Sənsə qardaşın gözünü çəkən kimi tez qələmi sol əlinə alıbüst-üstə iki dairə çəkərdin,guya səkkiz yazırdın.Sonra qələmi sağ əlinə ötürərdin.Qardaşın səkkizi görən kimi onu necə yazdığını başa düşərdi.Sonra da əllərini açdırıb xətkeşlə ovuclarına vurardı.
Dünyadakı bütün münasibətlər iki tərəfli olduğu üçün hər hansı münasibətin gedişatını da heç vaxt bir tərəf müəyyən edə bilməz.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.