Anam və Həyatın Mənası

Irvin D. Yalom

Sayfa Sayısına Göre Anam və Həyatın Mənası Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Anam və Həyatın Mənası sözleri ve alıntılarını, sayfa sayısına göre Anam və Həyatın Mənası kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
- Axı həkimlərə nə olub? Nəyə görə onlar sadəcə adamın yanında olmağın əhəmiyyətini başa düşmürlər? -0 məndən soruşdu. - Niyə dərk edə bilmirlər ki, məhz heç bir şey təklif edə bilmədikləri an xəstənin onlara ən çox ehtiyac duyduğu məqamdır.
Sayfa 36
Lakin ölüm gizlədilə bilməz, belə ki, onun əlamətləri özünü hər yerdə büruzə verir: tibb bacıları pıçıldayaraq danışır, yoxlamaya çıxan həkimlər həmişə bədənin qeyri-müvafiq yerlərinə diqqət yetirir, tibb fakültəsinin tələbələri otağa barmaqlarının ucunda daxil olur, ailə ürək-dirək verərcəsinə gülümsəyir, ziyarətçilər şən görünməyə çalışır.
Reklam
Pasiyent qorxularını və ürəksıxan düşüncələrini büruzə verərək ailəsi ilə dostlarına öz dəhşətini yaşatmaq istəmədiyinə görə özünü onlardan təcrid edir.
Heç kəs ölümü bizimlə, ya da bizim əvəzimizə yaşaya bilməz.
Ölüm
Adam ölümdən daha çox, onu müşayiət edən mütləq tənhalıqdan qorxur.
Sayfa 37 - Bakı "Mono" nəşriyyatıKitabı okudu
Adam ölümündən daha çox onu müşayiət edən mütləq tənhalıqdan qorxur. Həyatda kiminləsə qoşa addımlamağa çalışırıq, lakin hər birimiz təkcə ölməliyik. Heç kəs ölümü bizimlə, ya da bizim əvəzimizə yaşaya bilməz. Yaşayanların ölüm ayağında olanlardan uzaq qaçması sonda baş verəcək mütləq tənhalıqdan xəbər verir. O, məktubun sonuncu abzasında oğluna xatırlatmışdı ki, ana bətnindəki dölün nə ağ ciyərləri nəfəs alır, nə də gözləri görür. Beləcə, döl hələ təsəvvürünə gətirə bilmədiyi mövcudluğa hazırlanır. Bəs elə bizim özümüz də anlayışımızdan hətta xəyallarımızdan kənardakı mövcudluğa hazırlaşmırıqmı?
Reklam
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.