Anna Karenina

Lev Tolstoy

Comments and Reviews

See All
775 syf.
8/10 puan verdi
·
Liked
Əsər Tolstoy yaradıcılığının şah əsəri hesab edilir. Anna real həyatdan götürülmüş qəhrəmandır və Tolstoy bu qəhrəmanı ən incə detalına qədər realistcə işləyib. O, Annanın duyğularını,həyatını necə məhv etməsini ,sonda nə qazanmasını açıq şəkildə oxucunun ixtiyarına buraxır. Anna əsərdə hər kəsin qibtə etdiyi qadın olsa da, onun öz oğlunu və həyat yoldaşı Alekseyi öz məşuqu, sevdiyi Vronski uğruna tərk etməsini heç alqışlamıram. Aleksey kobud və soyuq kübarlardan olsa da ailəsinə verdiyi dəyər Vronskidən daha dərindir. Vecsiz, laqeyd Vronskinin azalan məhəbbəti ,hər gün böyüyən diqqətsizliyi,soyuqluğu Annaya əzab verir. Alekseyin Annanın Vronskidən olan qızına qayğısı,ona ata kimi sahib çıxması məni çox təsirləndirdi. Əsərdə Levinin Kitiyə olan sevgisi Vronskinin Annaya olan eşqindən daha saf, daha dərin və daha güclüdür. Kitinin ilk dəfə ona "Hə" deyə bilməməsinə rəğmən, onu unutmaması və sona qədər Kitini incitmədən, öz qürurunu da itirmədən mübarizə aparması, Kitinin qəlbini qazanmasını çox bəyəndim.
Anna Karenina
Anna KareninaLev Tolstoy · Evrensel İletişim Yayınları · 201539.8k okunma
Reklam
775 syf.
8/10 puan verdi
·
Read in 16 days
Rusya’da geçen trajik bir aşk hikayesi anlatılıyor. Zeki , kültürlü bir kadın olan Anna’nın mutsuz evliliğinden sonra aşık olduğu yasak aşkı ile başına gelenleri eserde görmekteyiz. Aslında romanda Anna gibi başka kadınlar da vardır fakat hiçbiri onun kadar dürüst ve cesaretli değildir. Dünya klasik listesinde yer alan eser , aşk temasında zirve romanlardan biri. Tavsiye kitaptır :)
Anna Karenina
Anna KareninaLev Tolstoy · Evrensel İletişim Yayınları · 201539.8k okunma
775 syf.
·
Not rated
·
Liked
L.Tolstoy bu ismi hər dəfə tələffüz edəndə xüsusi ağırlığını hiss etmişəm. Bu gün onun həqiqətən ən ağır ikinci əsəri olduğunu düşündüyüm “Anna Karenina”-dan yazacam. Kitabı oxumamış olanlar da hardasa bu əsərdən bir cümlə ilə rastlaşmışdırlar. Mənə ən çox təsir edən oxuduğum bir hadisə idi. Deməli qadın həyat yoldaşının onu aldatdığından şübhələnir. Amma yoldaşının sadəcə bu kitabı oxuduğunu görür. Belə qənaətə gəlir ki, məhz əsərin baş qəhrəmanı olan Annaya qarşı duyğular bəsləyir. Anna.. Çox qəribədir insanda onu görmək arzusu oyandırır. Bir qadın düşün ki, əsərdə bütün obrazlar ona heyran olur. Əsərdə obrazların iç dünyası həm mənfi həm də müsbət tərəfləri möhtəşəm tərzdə göstərilib. Mənə ən çox təsir edən obraz Levin idi. Bir növ onda özümü daha çox tapirdim. Düşüncəmə görə, yazar Levində öz obrazını yaradıb. Levinin söhbətlərində L.Tolstoyun din barədə olan görüşünə də şahid oluruq. Məhz o axtarış içindədir. İlk dəfə bir kitabı örtdükdən sonra indi nə edirlər deyə düşündüm Ən sevdiyim hissə elə sonluqda Levinin dialoqu oldu
Anna Karenina
Anna KareninaLev Tolstoy · Evrensel İletişim Yayınları · 201539.8k okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.