Art və Xaos

Qaraqan
O qədər də tanınmayan balaca bir ölkənin həddən artıq məşhur rok ifaçısı Eyden Nyu-Yorka köçür. Ulduz statusundan, konsertlərdən və milyonların sevgisindən bezib böyük bir meqapolisin beton küçələrində heç kim olmaq... Eyden uzun illər axtardığı azadlığı yalnız hər şeyini itirəndən sonra tapır. “Sıradan biri” olmaqdan ləzzət ala-ala yaşayan musiqiçi Art və Xaosla üzləşir. Nədir Art və Xaos? Amerikalı gənclər Nyu-Yorkdan iki saatlıq məsafədə yerləşən “Art və Xaos” adlı bu qəribə hostelə toplaşıb nə edir? Ən əsası Xloe kimdir? Amerikalı qızla Eydenin arasında baş verənlər İncəsənətdir, yoxsa Xaos? ART və XAOS... Bu, İNCƏSƏNƏTin və HƏQİQƏTin, YALANın və DOĞRUnun mübarizəsidir. Burada Nyu-York həyatının xırdalıqları, Nyu-York gənclərinin ruhu, arzuları, azad seksual həyatı “Draft Beer” kimi filtrdən keçmədən, təmizlənmədən təqdim olunub. Mentalitet Nazirliyi isə xəbərdarlıq edir: Eydenlə Xloe arasında olan hisslər “Nə deyərləriniz?”in sağlamlığına ziyandır.
376 sayfa
Reklam

Yorumlar ve İncelemeler

376 syf.
6/10 puan verdi
·
5 günde okudu
Qaraqan bir yazıçıdan çox reper kimi maraqlı olub mənə, bu səbəbdən bütün əsərlərini oxumamışam. Amma bu romanını oxuyarkən sanki "A" romanını təkrar oxuyurmuş kimi hiss etdim, lakin
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019791 okunma
%44 (168/376)
2/10 puan verdi
Kitabda oxunmalı bir şey yoxdur. Təxminən yarısına kimi oxudum, bu qədər böyük hissədə olan bir şey yoxdursa elə ümidimi də kəsdim. Qaraqan ümumiyyətlə mənə uyğun yazar deyil. Pessimist biri olsam da Qaraqan'ın pessimizmi məni narahat edir. Kitaba subyektiv yanaşır. Başa düşürəm, cəmiyyətimizdə açıq aşqar danışılmayam mövzulara toxunmaq istəyir, ancaq yanaşma tərzi tamamilə yanlışdır. Hər şeyi bəsitləşdirdiyini zənn edir. Əsərin ədəbi olmamağı onu vaxt itkisi olaraq görməyimə əsas deyil, əsas kitabda heç nə olmamasıdır. Rapper olaraq yaxşı işlər görüb ancaq roman yazarı olaraq eynisi etdiyini deyə bilmərəm. Kitab o qədər sadə, vaxt keçirmək üçün yazılmış kitaba bənzəyir ki, ciddi mülahizələr yazmağa ehtiyac belə yoxdu.
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019791 okunma
376 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
♡Art və Xaos♡ Mükəmməl yazıçının mükəmməl bir romanı daha... Qaraqan(Elxan Zeynallı) yaradıcılığının sonuncu romanı olan "Art və Xaos".Roman axıcılığı gözəl,maraqlı süjeti ilə insanı valeh edir.Kitaba başladıqda oxumağı dayandırmaq istəmir,fasiləsiz şəkildə davam etmək istəyirsən.Qaraqan romanlarının ən sevdiyim cəhəti odur ki,romanda təsvir olunan sevgi şablonlaşmış bir anlayış ifadə etmir.Hər dəfəsində fərqli,görməyə,oxumağa öyrəşdiyimizin əksinə daha maraqlı bəzən isə imkansız sevgi təsvirlərinə romanlarında yer verib.Kitab öz içində təkrara yol vermir və məncə, bu romanda yazıçı "Qaraqan niyə getdi?" tipli suallara yetərincə cavab vermişdir.Kitabda Eyden(Aydın) adlı keçmiş SSRİ-nin tərkibində olan bir şərq ölkəsindən New-York'a gəlmiş musiqiçi gəncin başına gələn qəribə bir əhvalatdan bəhs olunur.Bu mükəmməl romanı hərkəs oxumalıdır . Əsərdə sevmədiyim bir cəhət isə bəzi səhnələrin dərinliklərinə kimi gedib həddindən artıq incəlikləri ilə təsvir olunmasıdır.Nəzərə alsaq ki,Qaraqan romanları ən çox satılan və hər yaş dövrünün sevərək oxuduğu romanlardı bəzi məqamların həddindən artıq açıq və geniş təsvirinə gərək yox idi.Əsərin sonunun yarımçıq olduğunu düşünənlər var.Xeyr roman lazım olduğu yerdə bitdi Qaraqan yenə də,sonluğu bizim düşüncəmizə buraxdı.
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019791 okunma
376 syf.
9/10 puan verdi
·
15 günde okudu
Bəyəndiyim kitablar siyahısına girə bilər, yalanı məncə heç birimiz bu cəhətdən dəyərləndirməmişik. Həyatımızda yalanın rolu, əslində hər an bir addım arxamızdan gəlməyi, bəlkə də heç fərqinə varmadığımız bir məqamdır. Axıcı süjet xətti və gözlənilməz nüansları ilə necə bitdiyini anlamadığım kitab oldu :)
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019791 okunma
376 syf.
7/10 puan verdi
·
3 günde okudu
Sonu tam aydın şәkildә bitmir. Deyәsәn, Qaraqan bu dәfә dә sonu biz oxucuların ixtiyarına verib. Kitabdakı sәtiraltı sublimal mesajları bәyәndim. Lakin bәzi fundamental detallara çox toxunulub. Bu da kitaba gәrәksiz hәcm verib. Mәncә bu kitabda "Qaraqan niyә getdi?" tipli suallara yazıçı tәrәfindәn aydın cavab verilib. Ümumilikdә bәyәndim, oxumağa dәyәr. Yenә Qaraqan tәrzindә kitabdır, amma digәr kitablarını daha çox bәyәndiyimi deyә bilәrәm.
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019791 okunma
376 syf.
7/10 puan verdi
·
3 günde okudu
İlk öncə bildirim ki, kitab həmişə kimi Qaraqan üslubunda yazılmışdır.Nə vaxt bitdiyini belə anlamayacaqsız.Art vǝ Xaos kitabı bir tanınmazlığa qaçan musiqiçinin özündə, xəyallarında, sevgisində, suallarının içərisində qərq olmasından bəhs edir.Mən düşünürəm ki kitabın əsas ideyası başqa persenoj adı ilə Qaraqanın özünü ifadə etməsi,həmçinin ən çox verilən sullardan biri olan Qaranqan niyə getdi? sualına kitabda cavab vermiş olmaqdadır.Kitab müsbət tərəfləri kimi mənfi tərəfləridə az deyildi. -Amma oxumağa dəyərəmi? -Əlbəttə dəyər:)
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019791 okunma
376 syf.
10/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
"Əsl sevgi isə intihar kimidir. Sən öz "mən"ini öldürməyə və "biz" kimi dirilməyə razılaşırsan". Bu dəfə Qaraqanın son kitabı olan "Art və Xaos" haqqında fikirlərimi bölüşmək istəyirəm. Bu kitabla birlikdə Qaraqanın bütün kitablarını oxumuş oldum. İlk öncə bu kitab Qaraqanın ən iri həcmli əsəridir. Kitab öz içində təkrara yol vermirdi, buda onu daha rahat oxumağa səbəb olurdu. Kitabda Eyden adlı keçmiş SSRI-nin tərkibində olan bir Şərq ölkəsindən(yəqin ki bu ölkənin Azərbaycan olduğunu hər kəs anlamışdır) New-Yorka gəlmiş musiqiçi gəncin başına gələn qəribə bir əhvalatdan bəhs edilir. Kitabda Eyden obrazı üzərindən Qaraqan məncə öz şəxsi düşüncələrini, öz baxış tərzini və ən əsası şəxsi həyatını, musiqiçi kimi yaşadığlarını və hiss etdiklərini bizlərə çatdırır. Kitabı oxuyanların bəzi qismi kitabın sonunun gözlədikləri kimi bitmədiyini deyirlər, amma məncə kitabın sonu kitabı daha dəyərli və daha anlamlı etmişdi ,ən azından mənə görə elə idi. Bəzi şeçimlər var ki, doğru və yanlış , həqiqət yoxsa yalan anlayışı insana görə dəyişə bilər. Məncə bu əsərdə də o çatdırılmaq istənilmişdi. Kitabı bitirəndən sonra gördüyüm ilk iş isə, "Mələk" və "Adəm və Həvva" mahnılarına qulaq asmaq oldu.
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019791 okunma
376 syf.
6/10 puan verdi
·
13 günde okudu
"Həə, bu kitabı oxu, Qaraqanın getmə səbəbini öyrənəcəksən"lə başlayar hər şey. Doğma yazarmı deməliyəm, yoxsa bir insan dəyişildikdən sonra doğma olmur? Hər halda yazdığı janra əsasən
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019791 okunma
Kitab maraqlıdır?
376 syf.
·
Puan vermedi
·
10 günde okudu
Kitab axıcı və maraqlıdır.Eyden və onun yalançı Xloesi haqqındadır. Eyden azərbaycanlı məhşur musiqiçidir. O hər şeyi atıb Nyu-Yorka yerləşir. Burada özünü, kim olduğunu tapmağa çalışır. Elə bu zaman onun tapdığı bir vizit kart onun həyatını dəyişdirir. Art və Xaos hostelinə düşür və həqiqi məhəbbətini tapır. Sonra anlayır ki hər şey yalan imiş. Orada olan şəxslərin hamısı yalan danışırmış. O hosteldə aşiq olduğu Xloeni tapmaq üçün çox çalışır. Lakin alınmır.Xloe adlı albom çıxarır və hitə çevrilir. Bu zaman aşiq olduğu qadına bənzəyən Xloe ortaya çıxır. Bu həqiqi Xloe idi. Amma hosteldəki Xloe deyildi. Eyden bu Xloeni də sevir və heç gözləmədiyi anda hosteldə aşiq olduğu yalançı Xloe ortaya çıxır. Və o seçim etməlidir. Sizcə kimi seçəcək?
Qaraqan
Qaraqan
Art və Xaos
Art və Xaos
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019791 okunma
İncələməmi oxumaq istəyirsinizsə, sadəcə, bundan əmin olun.
376 syf.
·
Puan vermedi
·
Beğendi
·
8 günde okudu
Art və Xaos. Öz trackləri və əsərləri ilə adını Azərbaycan sənət tarixinə yazdırmış Qaraqanın qələmindən oxuduğum daha bir əsər... Gəlin, sizə bir sual verim. Yəqin ki, hamınızın sevərək dinlədiyi
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019791 okunma

Yazar Hakkında

Qaraqan
QaraqanYazar · 9 kitap
Qaraqan (tam adı: Elxan Aqşin oğlu Elçin) - Azerbaycanlı rapçi, müzisyen, yazar, gazeteci, Azerbaycan Yazarlar Birliği üyesi, Ulusal Kitap Ödülü yarışmasının ilk birincisi. Şu anda 8 romanın yazarıdır. Elhan Zeynallı 3 Nisan 1987 yılında Bakü'de doğdu. 7 yaşında okula gitmiştir. 2005 yılında Türkiye Diyanet Vakfı Bakü Türk Lisesi'ni (TDV-BTL) bitirdi. Aynı yıl Bakü Devlet Üniversitesi'nin Gazetecilik Fakültesi'ne girmiştir. 2007 yılında oluşan H.O.S.T. grubunun solistidir. Grup üyeleri 2012 yılından itibaren solo okumaya başladılar. 2007 yılının sonlarından yazarlık faaliyetine başladı. 7 romanın ve ilginç hikayelerin yazarı. Eserlerinde adalet hissi tebliğ olunur. 2007 yılında AYB-nin en genç üyesi seçilir. 2007 yılında "A" romanı Azerbaycan'da en çok satan kitaplardan birine çevrilir. 2008 yılında bir süre Amerika'da yaşadı. 2008 yılında Azerbaycan çapında "Yılın Genci" adına layık görülüyor. 2009 yılında Cumhurbaşkanlığı bursu ile ödüllendirilir. 2009 yılında "Bir milyon Dollarım olsaydı" romanı en çok satan kitap olur. 2010 yılında askeri hizmette olur. Rus dilinde yazdığı "Исповедъ Одного Извpaшeнцa" romanı Rusça konuşan kitle için tasarlanmıştır. 2011 yılında "Kısa devre" adlı solo konseri oluyor. 2011 yılında "Çocuk yardım" kampanyasında yer alıyor ve "Bir" şarkısına klip çekilir. 2012 yılında "Deniz vağzalı" nda "Beşikten Mezara" adlı konseri yapılacaktır. 2012 yılında Ankara ve İstanbul konserleri oluyor. 2012 yılında "A" romanı ABD'de basılan ilk Azerbaycanlı yazarların kitabı olur. 2012'de fantastik-dram-trajedi tarzında yazılan "Melek" romanı BDT ülkelerinde bestsellerə çevrilir. 2013 yılında "Коpоткое Зaмыкaние" adı altında Moskova konseri oluyor. 2013 сü yılında "Evakuasiya" adlı romanı ilgiyle qarşılanır. 2013 yılının Kasım ayında trilogiyanın birinci bölümü "Birinci adım Beş anonim milyoner" sunuluyor .. 2014 yılının Aralık ayının 27-sinde yazarın "Üç adım" trilogiyasının "İkinci adımı "yazıcıdan çıkıyor. Aynı gün okuyucuları ile BMM-de görüşen yazar kitabını sunuyor ve kitaptaki konularla ilgili seminer geçiyor. Görüşmede yer alan 250 kişi okuyucuya imzalı kitap verilir.
30 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.