Aşk Şiirleri

Aleksandr Puşkin

Aşk Şiirleri Posts

You can find Aşk Şiirleri books, Aşk Şiirleri quotes and quotes, Aşk Şiirleri authors, Aşk Şiirleri reviews and reviews on 1000Kitap.
Elegiya
Siz gedin yubanmadan sevgilimin yanına, Söyləyinki, o getdi dar məzarın qoynuna. Bəlkə mənim üstümə o vaxt gəlib o dilbər Tabutumun başında qüssəli bir ah çəkər...
Atlılar
Siz, ey mənim ilə döyüşə gedib, Burda son mənzili məzar olanlar! Söyləyin, əbədi yuxunuzu heç Şirin edəcəkmi göz yaşıyla yar? Lakin yad etməyir heç bir kəs məni, Səssizlik içində qalacağam tək. Elvina eşidib bu ölümümü Gizlicə də olsa, ah çəkməyəcək...
Reklam
Elegiya
Yox! Məndən heç zaman ayrılmayacaq Şirin məhəbbətin acı göz yaşı!
Başını salmısan aşağı, qəmgin. Gizli kədərlər var sənin qəlbində, Ələmlər içində dolaşır fikrin. Ağır düşüncələr qucağında sən... Atlılar önündə, budur, gedirsən.
Ayrılıq
Ancaq səni düşünərək yatıram, ah biləsən. Xəyal olan yuxumda da gözüm görür tək səni; Fikrə getsəm, ixtiyarsız çağırıram səni mən, Qulaq versəm, eşidirəm ancaq sənin səsini. Pərişənhal əyləşirəm dostlarla bir cərgədə, Anlaşılmaz qalır mənə söhbətləri, sözləri, Hərəkətsiz nəzərlərim onları seyr etsə də. Gözüm artıq seçə bilmir mənə tanış üzləri.
Rəssama
Utancaq bir eşqin xəyalını çək, Onunla mən nəfəs alıram hər dəm. Bu məftun aşiqin xoşbəxtliyilə O şəklin altında mən qol çəkərəm.
Reklam
42 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.