Ancaq səni düşünərək yatıram, ah biləsən.
Xəyal olan yuxumda da gözüm görür tək səni;
Fikrə getsəm, ixtiyarsız çağırıram səni mən,
Qulaq versəm, eşidirəm ancaq sənin səsini.
Pərişənhal əyləşirəm dostlarla bir cərgədə,
Anlaşılmaz qalır mənə söhbətləri,
sözləri,
Hərəkətsiz nəzərlərim onları seyr etsə də.
Gözüm artıq seçə bilmir mənə tanış üzləri.