Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Aşkın Pınarı Genç Evlilere Tavsiyeler

Ali Hamaney

Aşkın Pınarı Genç Evlilere Tavsiyeler Sözleri ve Alıntıları

Aşkın Pınarı Genç Evlilere Tavsiyeler sözleri ve alıntılarını, Aşkın Pınarı Genç Evlilere Tavsiyeler kitap alıntılarını, Aşkın Pınarı Genç Evlilere Tavsiyeler en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bir milletin kültürel yapısı zayıf düşürülmedikçe kimse o topluma diz çöktüremez; ağzına gem vurup sırtına binemez! Milletleri savunmasızlaştırıp ecnebilere köle yapan şey, kültürel kimliklerini kaybetmelidir. Bu da, o toplumlarda aile düzenini bozmak ve aile yapısını sarsmakla kolaylaşır.
Bu məhəbbət Allahın öz mərhəmət əli ilə iki gənc ürək arasına saldığı düyün, davamlı və təravətli bir nikahın ərş mehridir. Elə bir sərvətdir ki, əgər qorunsa, həyatı qoruyar; əgər işə düşsə, onu rövnəqləndirər, acıları şirin, çətinlikləri asan edər; əgər bu böyük nemətin qədri layiqincə bilinsə, ilahi məhəbbət iksirinə gedən yolu asanlaşdırar.
Reklam
İmam buyurdur: "Gedin bir-birinizlə keçinin!
Mən bir dəfə imamın yanına getdim. O, nikah əqdi oxumaq istəyirdi. Məni gördükdə dedi ki, gəl birinin vəkili sən ol. O, nikah əqdi oxuyanda bizim kimi uzun-uzadı danışmırdı. Əvvəl əqdi oxuyurdu, sonra iki-üç qısa cümlə deyirdi. Mən gördüm ki, o, əqdi oxuyandan sonra üzünü qız və oğlana tutub dedi: “Gedin bir-birinizlə yola gedin”. Mən fikirləşib gördüm ki, biz bu qədər danışırıq, amma imamın sözü “bir-birinizlə yola gedin” cümləsində xülasə olur.
Qızın izzəti əxlaqladır, cehizlə deyil!
Çoxlu mehr və cehiz heç bir qızı xoşbəxt etmir, heç bir ailəni lazımi aramlığa, dincliyə və etimada çatdırmır. Bunlar həyatın artıq işləridir, baş ağrısından, zəhmət və problemdən başqa faydası yoxdur. Məbada gedib borc pul almaqla cehiz düzəldəsiniz! Məbada özünüzü zəhmətə salasınız! Məbada ailənizi zəhmətə salasınız! Məbada elə biləsiniz ki, qızınızın cehizi qonşunuzun, qohumunuzun qızının cehizindən az olsa, ayıb olar. Xeyr, bu ayıb deyil.
Sayfa 124Kitabı okudu
Qadın kişinin zəruri ehtiyaclarını dərk etməli, ona psixoloji və əxlaqi təzyiq göstərməməlidir. Elə bir iş görməsin ki, məişət sahəsində aciz qalsın və Allah eləməmiş, düzgün olmayan yollardan istifadə etsin. Qadın onu həyat sahələrində möhkəm və müqavimətli olmağa həvəsləndirməlidir. Əgər onun işi misal üçün, məişət vəziyyətini bir qədər düzəldə bilməyəcək səviyyədə olsa, bunu daim onun üzünə vurmamalıdır. Bunlar mühümdür. Qadının zəruri ehtiyaclarını dərk etmək də kişinin vəzifəsidir; onun hisslərini anlamalı, onun halından xəbərsiz olmamalıdır.
Cənnətə qədər səfər yoldaşı
Əli (ə) və Fatimənin (ə) müştərək həyatının başlanmasından bir neçə gün ötürdü. Əziz Peyğəmbər (s) həyat yoldaşı barəsində Əlinin (ə) fikrini soruşdu: “Əli can, Fatimə necə həyat yoldaşıdır?” Əli (ə) şükür və minnətdarlığının zirvəsindən xəbər verən sözlə əbədi eşqi barəsində öz fikrini belə xülasə etdi: “O, Allaha itaət üçün ən yaxşı köməkçidir”.
Reklam
Ailə olmasa, yeniyetmə yoxdur, uşaq yoxdur, insan yoxdur, saleh kişi və qadın yoxdur, əxlaq yoxdur, keçmiş nəslin müsbət, yaxşı və dəyərli təcrübələrinin sonrakı nəslə köçürülməsi yoxdur. Ailə olmadıqda iman və dinə etiqad istehsalının mərkəzi də yoxdur. Ailənin zəif və köksüz olduğu, yaxud ümumiyyətlə qurulmadığı, yaxud az qurulduğu və əgər qurulursa da, zəif olduğu və məhv olmaq təhlükəsi qarşısında qaldığı cəmiyyətlərdə psixoloji və sinir problemləri ailələrin bərpa olunduğu, kişi və qadının bir nöqtədə və ocaqda birləşdiyi cəmiyyətlərdən olduqca çoxdur.
Əməli şükür lazımdır!
Şükür etmək təkcə “İlahi, şükür!” demək və şükür səcdəsi etmək deyil. Nemətin şükrü budur ki, insan neməti tanısın, bu neməti ona Allahın verdiyini bilsin, o nemətdən istifadəni və o nemətlə rəftarı Allahın bəyəndiyi şəkildə etsin. Nemətə şükür etməyin mənası budur. Əgər “Allaha şükür olsun!” - desəniz, lakin qəlbiniz dediyim anlayışlarla tanış olmasa, bu, şükür deyil.
Gəlinlər, siz qoymayın!
Cehizləri ağırlaşdırmağa qoymayın, qızlar qoymasınlar. Gəlinlər, siz qoymayın! Əgər ata-analar istəsələr də, siz qoymayın. Bu qədər bahalı əşyalar nəyinizə lazımdır? Gəlin anaları cehiz alarkən əl saxlasınlar, çox ifrata varmasınlar, israfçılıq etməsinlər. Deməsinlər ki, misal üçün, qızımızdır, ürəyi sınar. Xeyr, qızlar yaxşıdırlar, qızlar istəmirlər. Biz əbəs yerə onların qəlbini belə məsələlərə sövq etməməliyik ki, hər bir qəşəng və lüks şey onlar üçün mütləq təmin olunsun.
Sayfa 128Kitabı okudu
Qadın da özünün qadın həyatının keşməkeşlərində böhran və təlatümlərlə qarşılaşır. İstər evdən bayırda müxtəlif siyasi, ictimai və digər fəaliyyətlərlə və işlərlə məşğul olsun, yaxud evin daxilində - bunun zəhməti və əhəmiyyəti bayırda işləməkdən az deyil - işlə məşğul olsun. Qadın bu işlərdə bəzi iztirablara düçar olur. Onun ruhu daha zərif olduğundan aramlığa, dincliyə və etimadlı bir şəxsə arxalanmağa daha çox ehtiyacı olur. O kimdir? O ərdir. İnsan maşın deyil. İnsan ruhdur, mənəviyyatdır, emosiya və duyğulardır. O indi aramlıq istəyir. Bu aramlıq haradadır? Ailə mühitindədir.
Reklam
Bir-birinizə əhval-ruhiyyə verin!
Həmkarlıq və kömək bəzən elə deyil ki, bir-birinin iş zonasına daxil olsunlar. Xeyr, bir-birinə ruhi cəhətdən kömək etsinlər. Kişilər adətən cəmiyyətdə daha çətin məsələlərlə qarşılaşırlar. Qadınlar onlara ruhiyyə verə, onların yorğunluqlarını çıxara, onlara təbəssüm göstərib ürəkləndirə bilərlər. Əgər qadınların da evdən bayırda işləri olsa, kişi də ona kömək etsin və onu gücləndirsin.
İnsan bədəni hüceyrələrdən təşkil olunmuşdur. Hüceyrələrin çürüməsi və xəstəliyi zəruri və təbii olaraq bədənin xəstəliyi deməkdir və əgər genişlənsə, insanın bütün bədəni üçün təhlükəli yerlərə çatacaq. Cəmiyyət də bu şəkildə hüceyrələrdən təşkil olunmuşdur. Bu hüceyrələr ailələrdir. Hər bir ailə cəmiyyətin bədəninin bir hüceyrəsidir. Bunlar sağlam olsa, bunlar düzgün rəftara malik olsa, cəmiyyətin bədəni sağlam olacaq.
Əgər bir cəmiyyətdə ailə möhkəm olsa, ər və arvad bir-birinin hüququna riayət etsələr, bir-biri ilə gözəl əxlaqla keçinsələr, qarşılıqlı həmkarlıqla problemləri aradan qaldırsalar və övladları tərbiyə etsələr, belə ailələrə malik olan cəmiyyət yaxşı cəmiyyət olub qurtuluşa nail olacaq. Əgər cəmiyyətdə islahatçı olsa, belə cəmiyyətləri islah edə bilər. Əgər ailə olmasa, ən böyük islahatçılar da gəlsələr, cəmiyyəti islah edə bilməzlər. Ailə təməlinin möhkəm olduğu hər hansı bir ölkənin çoxlu problemləri, xüsusən də əxlaqi və mənəvi problemləri sağlam və möhkəm ailənin sayəsində aradan qalxacaq, yaxud ümumiyyətlə yaranmayacaq.
Bir-birinizin qısqanclıq və qeyrət hissini təhrik etməyin!
Mən həmişə gənc oğlanlara tövsiyə edirəm ki, siz naməhrəmlə və hətta məhrəmlərlə rəftarda öz xanımlarınızı qısqanclığa vadar edən bir iş görməyin və bir söz deməyin. Gənc qızlara da tövsiyə edirəm ki, yad kişilərlə rəftarlarında ərlərinin qısqanclıq və qeyrət hissini təhrik edən bir iş görməsinlər və bir söz deməsinlər. Bu qısqanclıqlar bədbinlik gətirir və məhəbbətin təməllərini zəiflədib kökündən yandırır.
Qərb dünyasında ailə institutu dağılıb, ailələr gec qurulur, tez dağılır, fəsad və pozğunluq günbəgün artır. Əgər bu sonacan davam etsə, o cəmiyyət böyük bəlalara düçar olacaq. Əlbəttə, bu xəstəliklər və müsibətlər beş ilin, on ilin içində özünü göstərən məsələlər deyil. Lakin uzun illərdən sonra öz təsirini qoyduqda, bir cəmiyyəti bütünlüklə məhv edir, elm, düşüncə və maddiyyat sərvətlərini dağıdır. Bu gələcək, Qərb ölkələrinin çoxunu gözləyir.
26 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.