Atalar və Oğullar

Ivan Turgenyev

Atalar və Oğullar Sözleri ve Alıntıları

Atalar və Oğullar sözleri ve alıntılarını, Atalar və Oğullar kitap alıntılarını, Atalar və Oğullar en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
İndiki zamanda inkar etmək hər şeydən faydalıdır, biz də inkar edirik.
Reklam
..məgər adam qəlbində baş verən şeyləri həmişə danışa bilərmi?
Sayfa 121Kitabı okudu
Odintsova yadına düşən kimi qanı cuşa gəlirdi. Öz qanının öhdəsindən asanlıqla gələ bilərdi, ancaq daxilində elə bir qüvvə də vardı ki, özü bunu heç cür güman edə bilməz, buna həmişə lağ edərdi, bu qüvvə də onun qüruruna toxunurdu.
Sayfa 108Kitabı okudu
Əsl adam odur ki, onun barəsində düşünülməli bir şey olmasın, ona itaǝt ya da nifrət edilsin.
Sayfa 151Kitabı okudu
Şəxsiyyət cənab, bax bu ən vacibidir. İnsanın şəxsiyyəti bir qaya kimi sağlam olmalıdır, çünki hər şey onun üzərində qurulur.
Reklam
Xatirə çoxdur, amma yada salınmalı bir şey yoxdur. İrəlidə, qarşımda isə uzun, çox uzun bir yol var, məqsəd isə yoxdur... Buna görə də yerimək, irəli getmək istəmirəm.
Sayfa 117 - Qanun NəşriyyatıKitabı okudu
Bazarov
Bütün ömrünü qadın məhəbbətinə həsr etmiş bir adam işi uduzduqda, heç bir şeyə yaramayacaq dərəcədə məyus olub ruhdan düşürsə, o, heç kişi deyil, mərd adam deyildir.
Sayfa 40 - Qanun NəşriyyatıKitabı okudu
Yaxşı bir kimya alimi hər bir şairdən iyirmi qat faydalıdır.
Reklam
Ölüm köhnə şey olsa da, hər bir nəfər üçün yenidir.
Sayfa 231 - Qanun nəşriyyatıKitabı okudu
Doğrudanmı onların duaları, onların göz yaşlanı səmərəsizdir? Doğrudanmı məhəbbət, müqəddəs, səmimi məhəbbət qadir deyildir? Yox, yox! Qəbirdə yatan qəlb nə qədər coşqun, günahkar, üsyankar olursa-olsun, üstündə bitən çiçəklər məsum gözləri ilə bizə sanki sakit-sakit baxır. Onlar bizə yalnız əbədi sükunətdən, laqeyd təbiətin o böyük sükunətindən danışmır, həm də əbədi ülfət və sonsuz həyatdan danışır.
Sayfa 239Kitabı okudu
Bazarovla ortaq xüsusiyyətimiz
Arkadi bir qədər düşündükdən sonra dedi: — Qəribədir. Mən heç kəsə nifrət etmirəm. — Mən isə çoxlarına nifrət edirəm.*
- Sən niyə qadınlarda fikir azadlığı olmasını mümkün hesab etmirsən? -Çünki, qardaşım, öz müşahidələrimə görə, ancaq kifir qadınlar sərbəst düşünürlər
Sayfa 90 - Qanun NəşriyyatıKitabı okudu
Cürbəcür tutqun hisslərin təsiri, həyatının hədər getməkdə olduğunu anlamaq, yenilik arzulamaq nəticəsində özünü müəyyən həddə qədər getməyə,həddin o tayına baxmağa macbur etmiş və orada hətta uçurum da deyil, bir boşluq və ya biabırçılıq olduğunu görmüşdü.
Sayfa 123Kitabı okudu
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.